İQTİSADİYYAT
“TuranBank”ın aktivləri 21,02 faiz artmışdır
Bakı, 11 sentyabr (AZƏRTAC). Sentyabrın 1-nə “TuranBank”ın aktivləri 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 21,02 faiz artaraq 237,111 milyon manat təşkil etmişdir.
Bankdan AZƏRTAC-a bildirmişlər ki, hesabat dövründə bankın kredit portfeli ötən ilin müvafiq dövrü ilə müqayisədə 21,51 faiz artaraq 181,2 milyon manata, müştəri hesabları və depozit portfeli 10,19 faiz artaraq 107,827 milyon manata, depozit portfelinin strukturunda müddətli əmanətlər 27,9 faiz artaraq 65,325 milyon manata, ümumi kapitalı isə 64,23 faiz artaraq 44,506 milyon manata çatmışdır.
Bankın gəlirləri 17,792 milyon manat, xərcləri isə 14,178 milyon manat təşkil etmişdir. Hesabat dövründə bankın balans mənfəəti 3,614 milyon manat olmuşdur.
Bankın nizamnamə kapitalı 40 milyon manat təşkil etmiş, ötən ilin müvafiq dövrü ilə müqayisədə 68,1 faiz artım qeydə alınmışdır.