Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Turistlərin kəşfini gözləyən, dağlarından süd arxı çəkilən - qədim Buduq kəndi FOTOREPORTAJ

Quba, 8 sentyabr, Elxan Yusifli, AZƏRTAC

Qubanın ucqar dağ kəndləri arasında tarixi və yerləşdiyi coğrafi mövqeyinə görə bir sıra yaşayış məntəqələri xüsusilə seçilir. Böyük Qafqaz dağlarının yamacında, Qaraçayın sahilində yerləşən Buduq kəndi də belə ərazilərdəndir.

Turistlərin kəşf etmədiyi “dağlar qoynundakı ada”lardan daha biri - Buduq kəndi

AZƏRTAC xəbər verir ki, rayon mərkəzindən 64 kilometr məsafədə yerləşən Buduq kəndində “Şahdağ etnik qrupları”na aid edilən buduqlular yaşayır. Buduqluların özlərinə məxsus dilləri mövcuddur və kəndin sakinləri gündəlik ünsiyyət zamanı əsasən bu dildə danışırlar. Buduq etnik qrupunun tarixi və etnoqrafik tərəfdən araşdırılmasına ehtiyac var. Buduqluların mədəniyyətləri və dilləri qrızlılara çox yaxındır. Tarixi məlumatlara görə, Buduq kəndinin əsası hələ Qafqaz Albaniyası dövründə qoyulub.

Şahdağın ətəklərində qədim yaşayış məskəni

Meşəsiz dağlıq yamacda yerləşən Buduq kəndi yadellilərin qəfil basqınlarından qorunmaq üçün çətin keçilən, ucqar yerdə salınıb. Qaraçay dərəsinin əlçatmaz sıldırım qayalıqlarında qədim “Yeddilər” qalasının qalıqları bu günədək qorunub saxlanılıb. Kəndin yaxınlığında yerləşən Küləxana və Əmbərə dağında olan, əllə yonulmuş mağaralar qədim zamanlarda da burada yaşayışın olduğunu ehtimal etməyə əsas verir.

Buduq kəndində evlər yonulmuş daşdan tikilib. İkimərtəbəli, 2 otaqlı evlərin alt mərtəbəsindən adətən heyvan saxlanması üçün istifadə olunub. Yerli sakinlər bu gün də mərasimlərdə öz etnik adət-ənənələrinə sadiq qalırlar. Evlərin içərisi qədim xalça və palazlarla örtülüb.

Buduqa saxsı borularla süd kəməri çəkilib

Dağların qoynunda yerləşən qazmalardan Buduq kəndinə çəkilən süd boruları haqqında maraqlı faktlar mövcuddur. Yerli sakinlərin dediyinə görə, Buduq yaxın ərazidə ən böyük kəndlərdən biri olduğundan süd emalı da burada həyata keçirilirdi. Kəndin ətrafındakı yüksək ərazilərdəki fermalarda əldə olunan məhsulun Buduqa çatdırılması üçün təsərrüfatçılar saxsı borular vasitəsilə süd arxı çəkiblər. Süd isti havanın təsirindən xarab olmasın deyə, saxsı borular yerin 2 metr dərinliyi ilə aparılıb. Deyilənə görə, XX əsrin əvvəllərinə qədər kəndə süd ötürülən həmin saxsı boruların bir hissəsi indi də torpağın altında qalıb.

“Buduq” sözü qədim türk dilində “dəliqanlı, hirsli” mənasını verir. “Buduq” oykonimi (yaşayış məntəqəsinin adı) buduqlulara qonşu xalqlar, etnik qruplar tərəfində verilmiş addır. Buduqlular isə özlərini “budad” adlandırırlar.

Hazırda buduqlular daha çox Quba və Xaçmazın rayon mərkəzlərinə yaxın kəndlərində yaşayır

Buduqlular tarixən nəsillərə, böyük və ya kiçik ailə birliklərinə bölünmüşlər və indi də həmin nəsillərin adı ilə tanınırlar. Kəndin qəbiristanlığında hər bir nəslin öz yeri mövcuddur. XX əsrin əvvəllərinə kimi Buduq kəndində 3 min nəfərə yaxın əhali yaşayıb. Müxtəlif dövrlərdə sosial-iqtisadi vəziyyətlə əlaqədar kəndin sakinlərinin böyük hissəsi Quba və Xaçmazın rayon mərkəzlərinə yaxın kəndlərinə köçüblər. Hazırda kənddə təxminən 200 nəfər əhali yaşayır.

Buduqlulara dair əldə olunan ilk tarixi məlumat XIII əsrin sonu XIV əsrin əvvəllərində yaşamış, Fəzlullah Rəşidəddinin “Came ət - təvarix” (“Tarixlərin toplusu”) əsərində verilib. Buduqlularla bağlı ilk rəsmi sənəd isə 1607-ci ildə Səfəvi hökmdarı l Şah Abbas tərəfindən verilmiş fərmandır.

Qeyd edək ki, “Şahdağ etnik qrupları” özündə buduqlularla yanaşı xınalıqlıları, qrızlıları, haputluları, ceklilərı, əliklilərı və yergüclülərı birləşdirir.

Məqalədə təqdim olunan şəkillər Elnur Əliyevə məxsusdur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyədə mobil rabitə abonentlərinin sayı ölkə əhalisinin sayını üstələyir

Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda beynəlxalq festivalın sertifikatına layiq görülüb

Apreldə su hövzələrindən 21 min 810 metr uzunluğunda sintetik tor yığışdırılıb

Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq

“AzerGold”un qızıl sikkə kolleksiyaları Birləşmiş Krallıqda nümayiş etdirilib

“Panatinaikos” klubu Fatih Terimlə yollarını ayırır

Gəncə Dövlət Universitetində fənn olimpiadası keçirilib

BDU-da görkəmli dilçi alimin 95 illiyi qeyd olunub

Mingəçevir Dövlət Universitetində günəş enerjisi paneli quraşdırılıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri açıqlanıb: 252 namizəd müsabiqə şərtini ödəyib

® ABB-nin baş sponsorluğu ilə ADA-da keçirilən “Karyera Həftəsi” başa çatıb

“İƏT Beynəlxalq Münasibətlər Akademiyası-2024” öz işinə başlayıb

UNEC-in MBA proqramında yeni ixtisaslaşma açılıb

Dövlət Pantomim Teatrı ölkəmizi Qazaxıstanda beynəlxalq festivalda təmsil edib

“Cabbar Həşimov” tankeri əsaslı təmirdən sonra yenidən istismara qaytarılıb

Ermənistanın Azərbaycanla yeni qarşıdurmalara sürüklənməsi və rəsmi Bakıya siyasi təzyiqlər cəhdi Qərbin çeşidli planlarındandır - RƏY

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib

Bakıda Türk Dünyası Ortaq Əlifba Komissiyasının ikinci iclası keçirilib YENİLƏNİB

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının İstanbulda keçirilən səhiyyə proqramında təmsil olunur

Azərbaycanın iki güləş hakimi beynəlxalq kateqoriyaya yüksəlib

Bakıda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktik konfrans keçirilib

Niderlandda Azərbaycan qadınına həsr edilmiş konfrans keçirilib

BMT-nin Meşə Forumunun sessiyası keçirilir

“digital.login” platformasının təkmilləşdirilmiş yeni versiyası istifadəyə verilib

ViaVoice: Fransızların əksəriyyəti Avropa iqtisadiyyatının pisləşəcəyini düşünür

İlahiyyat İnstitutunun “Qonağınız müəllimlərinizdir” layihəsi davam edir

“Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin yarımfinalı keçirilib

Sabitlik adası Azərbaycanda milli maraqlara uyğun siyasət yürüdülür ŞƏRH

Şotlandiya Milli Partiyasına yeni lider seçilib

Nazir: Ülviyyə Fətəliyevanın Avropa çempionluğu şahmatın inkişafına töhfə verəcək

Alman dili fənni üzrə sertifikatlaşdırma imtahanına dair vebinar keçiriləcək

Ulu Öndər Heydər Əliyev Ukraynada böyük sevgi ilə anılır - AZƏRTAC-ın VİDEOREPORTAJI

Lionel Messi MLS-də yeni rekorda imza atıb

Ümummilli Lider Heydər Əliyevin Şərq siyasəti - elmi sessiya

Türkiyədə ağır yol-nəqliyyat hadisəsində 8 nəfər ölüb

Şəhid qardaşı: Otuz ildir ki, gözümüz yollarda idi

BMU məzunları ilə növbəti görüş təşkil olunub

DSMF Kembric İslam Maliyyə Qurumu tərəfindən liderlik mükafatına layiq görülüb

Si Cinpin Avropa siyasətçilərini anti-Çin ritorikasından çəkindirməyə çalışır

Hava şəraiti ilə əlaqədar təsərrüfatlara zərər dəyməsi barədə son üç gündə 20 müraciət daxil olub

Banqladeşdə isti hava dalğası nəticəsində 15 nəfər ölüb

Azərbaycanın turizm imkanları Dubayda sərgilənir

Naxçıvanda “İpəkyolu Beynəlxalq Gənclər Forumu - 2024” keçirilib

Sülhün alternativi və hüquq - ŞƏRH

Azərbaycan millisi daha bir yoldaşlıq oyunu keçirəcək

Azərbaycan üzgüçüləri beynəlxalq turnirdə 9 medal qazanıblar

Müdafiə Nazirliyi: Hərbi vəzifəlilərin döyüş hazırlığı səviyyəsinin təkmilləşdirilməsi məqsədilə müxtəlif tapşırıqlar icra ediləcək VİDEO

Azərbaycan və Rusiya Xalqlarının Dostluq Klubunun iclası keçirilib

Təhsil İnstitutunda doktoranturaya və dissertanturaya sənəd verənlər üçün “Açıq qapı” günü

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılır

Gənc heykəltaraş: Ən böyük arzum Azərbaycan heykəltaraşlığını dünyada tanıtmaqdır - MÜSAHİBƏ

Bakı Olimpiya Stadionu dünyanın ən yaxşı 50 arenası sırasına düşüb

Qazaxıstan və Vyetnam arasında vizasız rejim mayın 25-də qüvvəyə minəcək

Heydər Əliyev siyasi irsinin etik və sosial-psixoloji aspektləri - doktorantlar üçün mühazirə

Almaniya Moskvadakı səfirini geri çağırır

Yasamalda taksi sürücülərini dələduzluq edərək aldadan və motosiklet oğurlayan şəxslər saxlanılıblar VİDEO

Pakistan hava çirklənməsi ilə mübarizə kampaniyasına başlayıb

Azərbaycan dili, tarix və fizika fənləri üzrə olimpiadaların nəticələri açıqlanıb

Həndbol üzrə Azərbaycan çempionatı: “Kür” və “Bakı” inamlı qələbə qazanıb

AZAL bu yay 60-a yaxın istiqamətdə aviareys həyata keçirəcək

® ABB “Mastercard”ın 2 mükafatını qazanıb

Rəsədxana: Mayın 8-də geomaqnit qasırğası olması ehtimalı var

Ekspert: Süni intellektin tətbiqi ekologiyanın qorunmasına yeni imkanlar yaradır

“Bakı KOB evi”ndə sahibkarlara 8 minə yaxın B2B xidmət göstərilib

Baş Prokurorluq: Qubadlı rayonunda sümük fraqmentinin aşkarlanması ilə bağlı araşdırma aparılır

Mərkəzi Bankda banklararası bazarda mövcud olan meyillər müzakirə olunub

Türkiyədə milli rəqslərimizin daha geniş təbliği ilə bağlı layihələr həyata keçiriləcək

Telefon rabitəsi xidmətləri zamanı tariflərdən əlavə ödənişlərin tələb edilməsi aşkar edilib

Stokholm 2026-cı ildə yelkənli idman üzrə dünya çempionatına ev sahibliyi edəcək

Dmitri Peskov: Qərb NATO əsgərlərini Rusiya hərbçiləri ilə qarşı-qarşıya gətirmək istəyir

® “Kapital Bank”ın dəstəyi ilə “GreenTech” startap və yaşıl texnologiyalar” müsabiqəsi keçirilib

“Tesla” Hindistan şirkətini məhkəməyə verib

Gürcüstan Qərbin riyakar siyasətini yaxşı xatırladığı üçün yenidən şirin vədlərə aldanmaq istəmir ŞƏRH

Azərbaycanın U-19 millisinin seçmə mərhələdəki oyunlarının vaxtı açıqlanıb

Tokio Olimpiadasının mükafatçısı Bakıda qızıl medal qazanıb

Bundan sonra Everestə qalxmaq icazə ilə mümkün olacaq

Demokratların Nümayəndələr Palatasındakı lideri Ukraynaya qoşun göndəriləcəyini istisna etmir

Mobil telefondan çox istifadə edənlərdə xərçəng xəstəliyinin yaranma ehtimalı daha böyükdür

Keniyada daşqınlar 228 nəfərin həyatına son qoyub

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinin nəticələri açıqlanıb

“Şagirdlərin qiymətləndirilməsi” işçi qrupunun növbəti təlim görüşləri olub

“Bilimdən Zəfərə” layihəsi 70-ə yaxın şəhid övladını əhatə edib

Azərbaycanın 22 samboçusu Avropa çempionatında iştirak edəcək

Prezident İlham Əliyev Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatorunu qəbul edib YENİLƏNİB VİDEO

Baş Prokurorluq: Ağdərə rayonunda sümük fraqmentləri aşkarlanıb

Birinci sinfə elektron qeydiyyatla bağlı vətəndaş müraciətləri cavablandırılır

Almaniya Kiyevə “Patriot”, IRIS-T və “Skynex” sistemləri verəcək

Prezident Azərbaycanla Albaniya arasında iqtisadi əməkdaşlıq haqqında Sazişi təsdiqləyib

Rəvan Həsənov: Özünün multikulturalizm modelini yaradan Azərbaycan sülh şəraitində birgə yaşayışın parlaq nümunəsidir

EURAS-ın prezidenti BANM-də master-klas keçib

Azərbaycan “Vindzor Kral Atçılıq Şousu”nda uğurla çıxış edib VİDEO

“AzerGold” ölkə ərazisində geoloji tədqiqat işlərini şaxələndirib

Onun uşaqları atasız böyüyür... Culian Assanjın ən yaxın iş yoldaşı AZƏRTAC-a danışdı

ANAMA: Ötən həftə 2046 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib VİDEO

Krımda Rusiyaya məxsus hərbi qayıq vurulub

Paytaxt məktəbləri üzrə I sinfə qəbulla bağlı 28 min 337 sorğu yerləşdirilib

Qaxda Kürmükoba bayramı qeyd olunub

Ötən ay Bakı metrosundan 20 milyondan çox sərnişin istifadə edib

Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir

Azərbaycanla Albaniya arasında viza tələbi qarşılıqlı olaraq aradan qaldırılıb