Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Türk Dünyası Araşdırmalar Fondunun baş direktoru Közhan Yazqandan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Türk Dünyası Araşdırmalar Fondu adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm. Bizim fondun Azərbaycanda təhsil sahəsində gördüyü işlərə verdiyiniz dəstəyə görə Sizə minnətdarıq. Azərbaycanı türk dünyasında və beynəlxalq aləmdə inkişaf etmiş nüfuzlu dövlətə çevirmək üçün həyata keçirdiyiniz uğurlu fəaliyyətiniz və liderliyiniz bizim qürur mənbəyimizdir.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz bizi hədsiz dərəcədə sevindirib. Zati-alinizi bu münasibətlə bir daha təbrik edir, ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirik.

Dərin hörmətlə,

 

Közhan Yazqan

Türk Dünyası Araşdırmalar Fondunun baş direktoru

Türkiyə Respublikası, İstanbul şəhəri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin