Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Türkdilli Ölkələrin Parlament Assambleyasının Baş katibi Altınbek Mamayusupovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri cənab Prezident.

Doğum gününüz münasibətilə Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) Katibliyi adından və öz adımdan Sizə ən səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram. Həmçinin qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Sizi və ailənizi səmimi qəlbdən təbrik edirəm.

Azərbaycanın həm ölkə daxilində, həm də beynəlxalq aləmdə nüfuzunun durmadan artması və qazanılan nailiyyətlər bütün Türk dünyasında böyük sevinclə qarşılanır. Əminəm ki, Sizin ali dövləti vəzifədə fəaliyyətiniz türkdilli ölkələr arasında dostluq və əməkdaşlıq münasibətlərinin hərtərəfli dərinləşməsinə töhfə verməkdə davam edəcəkdir.

TÜRKPA Katibliyinin səmərəli fəaliyyəti üçün Azərbaycan hökuməti tərəfindən göstərilən diqqətə və yaradılan şəraitə görə Sizə bir daha dərin minnətdarlığımı bildirirəm.

Bu xoş fürsətdən istifadə edərək, Sizə və ailənizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə və bütün təşəbbüslərinizdə uğurlar, qardaş Azərbaycan xalqına sülh və firavanlıq arzulayıram.

Yüksək hörmət və ehtiramla,

 

Altınbek Mamayusupov

Türkdilli Ölkələrin Parlament Assambleyasının Baş katibi

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin