SİYASƏT
TÜRKİYƏ BMT TƏHLÜKƏSİZLİK ŞURASININ DAİMİ OLMAYAN ÜZVÜ SEÇİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Türkiyə Qərbi Avropa bölgəsindən namizəd olduğu 2009-2010-cu illər üçün BMT Təhlükəsizlik Şurasının daimi omayan üzvü seçilmişdir.
Nyu-Yorkda keçirlimiş səsvermədə Türkiyəni 151 ölkə, o cümlədən Azərbaycan dəstəkləmişdir. Eyni qrupdan Avstriya da 132 səslə bu quruma üzv seçilmişdir. Ankara BMT Təhlükəsizlik Şurasının üzvlüyünə namizədliyini hələ 2003-cü il iyulun 21-də elan etmişdi. Sonuncu dəfə 1961-ci ildə Polşa ilə birlikdə şuranın daimi üzvü olan Türkiyə 47 ildən sonra yenidən seçilmişdir.
Bu əlamətdar hadisə ilə bağlı Baş naziri Rəcəb Tayyb Ərdoğan Türkiyə xalqını təbrik etmiş, ölkəsinin seçkidə uğur qazanmasını Ankaranın getdikcə artan beynəlxalq nüfuzu ilə əlaqələndirmişdir.