SİYASƏT
TÜRKİYƏ PREZİDENTİ İSLAM ÖLKƏLƏRİ SƏFİRLƏRİNƏ İFTAR SÜFRƏSİ TƏŞKİL ETMİŞDİR
Ankara, 8 sentyabr (AZƏRTAC). Türkiyə Prezidenti Abdullah Gül Çankaya köşkündə İslam Konfransı Təşkilatına (İKT) üzv ölkələrin səfirləri üçün iftar süfrəsi təşkil etmişdir. Tədbirdə Azərbaycanın Türkiyədəki səfiri Zakir Həşimov da iştirak etmişdir.
Abdullah Gül çıxışında bildirmişdir ki, 1969-cu ildən fəaliyyət göstərən İKT bu illər ərzində böyük işlər görmüşdür. İndi, təşkilatın qarşısında Yaxın Şərq başda olmaqla islam ölkələrinin qarşılaşdığı problemləri həll etmək vəzifəsi dayanır. İKT-də islahatlar prosesi də Türkiyə tərəfindən dəstəklənir. Bölgədə və dünyada möhkəm sülh, sabitlik və rifahın təmin olunması üçün bu mühüm təşkilat daha çevik bir struktura malik olmalıdır.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.04.2024 [19:24]
Yan Vanmin: Çin Azərbaycanla əlaqələrə böyük dəyər verir
- 30.04.2024 [18:43]
Azərbaycan səfiri britaniyalı nazirlə görüşüb
- 30.04.2024 [17:27]