Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

TÜRKİYƏ RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB ƏHMƏD NECDƏT SEZƏRƏ

Hörmətli cənab Prezident,

Əziz qardaşım,

Türkiyə Respublikasının milli bayramı – Respublika elan edilməsi günü münasibətilə Sizi və bütün Türkiyə xalqını ürəkdən təbrik edirəm.

Biz dünya birliyində layiqli yer tutmuş qardaş Türkiyənin uğurlarına sevinir, ölkənizin beynəlxalq nüfuzunun gündən-günə artmasından fərəh hissi keçiririk.

Xalqlarımızın tarixi birliyi və sarsılmaz dostluğu bizim ən böyük sərvətimizdir. Belə bir möhkəm təməl üzərində qurulmuş dövlətlərarası münasibətlərimizdə bir-birimizə inam və etibarımız, qarşılıqlı dəstəyimiz böyük məmnunluq doğurur.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Türkiyəyə əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 oktyabr 2002-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin