DÜNYA
Türkiyə: Van və Hakkaridə dörd əsgər və bir gözətçi həlak olub
Bakı, 25 may, AZƏRTAC
Türkiyənin Van və Hakkari vilayətlərində terrorçularla atışmada dörd əsgər və bir gözətçi həlak olub. Bu barədə Türkiyə Silahlı Qüvvələri məlumat yayıb.
AZƏRTAC Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, Vanda 3 hərbçi və 1 gözətçi, Hakkaridə isə 1 əsgər həyatını itirib.
Eyni zamanda, Vanın Çaldıran rayonunda, Tendürek bölgəsində aparılan əməliyyatlar nəticəsində 9 terrorçunun məhv edildiyi bildirilir.
Anadolu agentliyinin yaydığı digər xəbərə görə, İraqın şimalındakı Metina bölgəsində terror hazırlıqları apardıqları təsdiqlənən daha 3 terrorçu havadan endirilən zərbələrlə zərərsizləşdirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.04.2024 [22:57]
Alimlər qədim nəhəng qızılbalıqların köpək dişləri olduğunu aşkar ediblər
- 27.04.2024 [21:02]
İndoneziya sahillərində güclü zəlzələ baş verib
- 27.04.2024 [17:42]
Kubadakı nağd pul çatışmazlığı inflyasiya böhranını daha da artırır
- 27.04.2024 [15:48]
Qanalı qeyri-adi rekordla Ginnesin Rekordlar Kitabına düşüb
- 27.04.2024 [14:43]