İQTİSADİYYAT
Türkiyədə “CeBIT Bilisim Eurasia” sərgisi başlamışdır
Bakı, 29 noyabr (AZƏRTAC). Noyabrın 29-da Türkiyədə “CeBIT Bilisim Eurasia 2012” beynəlxalq informasiya texnologiyaları sərgi və konfransı başlamışdır.
Beynəlxalq tədbirdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin əməkdaşlarından ibarət nümayəndə heyəti iştirak edir.
Nazirlikdən AZƏRTAC-a bildirmişlər ki, sərgi informasiya-kommunikasiya texnologiyaları (İKT), telekommunikasiya, proqram təminatı və İKT xidmətləri sahəsini əhatə edən dünyanın ən iri tədbirlərindən biridir.
Dekabrın 2-dək davam edəcək “CeBIT Bilisim Eurasia” sərgisində dünyanın 70 ölkəsindən 150 min ziyarətçinin iştirakı gözlənilir, 950-dən çox şirkət İKT sahəsinə aid ən yeni texnoloji həllərini nümayiş etdirəcəkdir.