Azərbaycan Dövlət İnformasiya Agentliyi

TÜRKİYƏNİN BAŞ NAZİRİ RƏCƏB TAYYİB ƏRDOĞANIN BƏYANATI

- Hörmətli Cümhurbaşqanı, mən də çox təşəkkür edirəm.

Çox hörmətli qardaşım!

Mətbuatımızın dəyərli nümayəndələri!

Sizləri ən səmimi duyğularımla salamlayıram. Bu fürsətdən yararlanaraq, dost və qardaş Azərbaycanda olmaqdan, Naxçıvanda olmağımdan duyduğum məmnuniyyəti xüsusilə ifadə etmək istəyirəm. Mənə və nümayəndə heyətimizə göstərilən sevgi və qonaqpərvərliyə görə təşəkkürümü bildirirəm.

Hörmətli Prezidentlə istər təkbətək görüşdə, istərsə də nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə ölkələrimiz arasında bir çox sahədə - siyasi, iqtisadi, hərbi, ticarət, mədəniyyət və təhsil sahələrində əlaqələrimizi nəzərdən keçirdik. Hərtərəfli faydalı olan bu görüşlərdə ikitərəfli əlaqələrimizi bundan sonrakı dövrdə necə dəyərləndirəcəyimizi, nə kimi addımlar ata biləcəyimizi ətraflı müzakirə etmək imkanımız oldu. Aramızda çox yaxşı əlaqələr var və bu, günbəgün genişlənir. Təbii ki, bütün bunlarla birlikdə, Cənubi Qafqazda sülh, sabitlik və rifah, işbirliyinin yaradılması sahəsində dəyərli Prezidentlə eyni fikirdə olmağımızı görməkdən də məmnunluq duyuram.

Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüquq normalarına uyğun olaraq və şübhəsiz ki, tezliklə həll edilməsini, - bu bizim arzumuzdur, - burada bir daha ifadə etməyi zəruri bilirəm. İndiyə qədər bu məsələdə Azərbaycanı necə dəstəkləmişiksə, gələcəkdə də bunu eyni şəkildə qətiyyətlə davam etdirəcəyik.

Cənubi Qafqazda təminatlı sülhün bərpası və qorunması üçün əlimizdən gələni etməyə hazır olduğumuzu bir daha vurğulamaq istəyirəm. Bu sahədə ata biləcəyimiz müştərək addımları da bu görüşlərdə nəzərdən keçirdik. Eləcə də xüsusilə Azərbaycanın Şimali Kipr türklərinə verdiyi dəstəkdən duyduğumuz məmnuniyyəti bir daha ifadə etmək istəyirəm.

Ölkələrimiz arasında iqtisadi və ticarət əlaqələri son dövrdə genişlənməkdə davam edir. Eyni şəkildə Naxçıvanla Türkiyə arasındakı iqtisadi əlaqələr artır. Bu gün Türkiyə Azərbaycanın qeyri-neft sektoruna ən çox sərmayə qoyan ölkəyə çevrilmişdir. Bunun önəmli hissəsini kiçik və orta sahibkarlığa, biznesə, müəssisələrə qoyulan türk sərmayəsi təşkil edir, onun həcmi 5,5 milyard dollara çatmışdır. Türkiyə şirkətləri hazırda bu fəal çalışmalarını davam etdirir və inanıram ki, bu, daha da güclənəcəkdir. Türkiyə ilə Azərbaycan arasında xarici ticarətin həcmi 1,2 milyard dollar həcmindədir. Təbii ki, ən önəmli arzumuz, istəyimiz odur ki, qarşıdakı iki il ərzində bu rəqəmi 3 milyard dollara çatdıra bilək. İnanıram ki, bu da aramızdakı münasibətləri daha güclü vəziyyətə gətirəcəkdir.

Hazırda Naxçıvan böyük ticarət ortağı kimi Türkiyə ilə işbirliyini davam etdirir. 2007-ci ildə iqtisadi əlaqələr 33 faiz artaraq 40 milyon dollara çatmışdır. Azərbaycandakı bütün sərmayələrimiz kimi, Naxçıvana da önəmli sərmayələr qoyuruq və bunu davam etdiririk. Xüsusilə əksər tikintilərdə türk firmalarının imzasını görmək bizdə məmnunluq doğurur. Bu sahədə hörmətli Prezidentin türk firmalarına göstərdiyi diqqət və qayğı bizi xüsusilə məmnun edir.

Təbii ki, digər bir məsələ də Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum enerji xətləridir və bunlar Türkiyə ilə Azərbaycan arasında əlaqələrin nə qədər güclü olduğunu göstərir. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin də işə düşməsi bu yöndə ən önəmli hadisələrdən biri olacaqdır. Bu işbirliyimizin müstəsna əhəmiyyəti vardır. Həmin layihələr ölkələrimiz arasındakı strateji əlaqələrin gücünü göstərən önəmli amillərdir. İnşallah, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Türkiyə hissəsinin təməlqoyma mərasimini də iyul ayında gerçəkləşdirəcəyik. Amma məqsədimiz bu layihəni də ən qısa müddətdə tamamlamaqdır.

Digər önəmli bir cəhət, təbii ki, bizim bugünkü danışıqlarımızın, görüşümüzün Naxçıvanda olmasıdır. Bunun bir anlamı, mahiyyəti vardır. Bir az əvvəl dəyərli Prezidentin də ifadə etdiyi kimi, mən bunu tarixi görüş, anlamlı görüş kimi dəyərləndirirəm. Bu görüşün bölgəyə və dünyaya bir mesaj olduğuna inanıram. Bu görüşümüz, danışıqlarımız bundan sonra da eyni qətiyyətlə, eyni inancla davam edəcəkdir. Bunun belə başa düşülməsini istəyirəm.

Bu səfərimin Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq əlaqələri üçün yaxşı nəticələr verəcəyinə, bundan sonrakı müddətdə əlaqələrimizin bir çox sahələrdə daha da genişlənəcəyinə, inkişaf edəcəyinə inanır, sizlərə hörmət və ehtiramımı bildirirəm.

 

X X X

 

Sonra Prezident İlham Əliyev və Baş nazir Rəcəb Tayyib Ərdoğan jurnalistlərin suallarına cavab verdilər.

-İki qardaş ölkə arasında viza məsələsində bir dəyişiklik nəzərdə tutulurmu? Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həllində nə dərəcədə fəal rol oynaya bilər?

RƏCƏB TAYYİB ƏRDOĞAN: Hörmətli Prezidentlə bu məsələni müzakirə etdik və aramızda heç bir fikir ayrılığı yoxdur. O da bununla bağlı vacib olan təlimatı verdi. Bilirsiniz ki, azərbaycanlı qardaşlarımızdan heç bir viza tələb etmirik və bir ay müddətinə gedib-gələ bilirlər. İnşallah, bu təlimat üzrə vaxt məsələsi uzadıla bilər. Bunu da müzakirə etdik. Hörmətli Prezidentin təlimatının yerinə yetirilməsi nəticəsində qarşılıqlı surətdə viza hansı müddətdə keçici olacaq - bunların hamısı dəyərləndiriləcək və inşallah, addımlarımızı bu şəkildə atacağıq.

Digər sualınıza gəlincə, təbii ki, Dağlıq Qarabağ məsələsində sülhə nail olmaq lazımdır. Çünki orada işğalın olduğu məlumdur və bu, həqiqətdir. Əslində, bunu Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası da təsdiq etmişdir. Amma buna riayət olunmur. Qətnamələrin yerinə yetirilməsi vacibdir. Biz bu məsələ üzrə yaradılmış ATƏT-in Minsk qrupunun tezliklə ədalətli qərar çıxarmasını istəyirik. Çünki bu, bölgədə sülh üçün vacibdir, yəni lazım olan bir addımdır. Biz buna inanırıq və həllin tezləşdirilməsini dəstəklədiyimizi xüsusilə ifadə etmək istəyirəm.

-Mənim sualım həm Azərbaycan Prezidentinə, həm də Türkiyənin Baş nazirinədir. Siz həm təkbətək, həm də nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşdünüz, fikir mübadiləsi apardınız. Bilmək istərdik, aparılan danışıqlarda Azərbaycanın Naxçıvan bölgəsi ilə Türkiyənin yaxınlıqda yerləşən bölgələri arasında iqtisadi əlaqələrin güclənməsinə bu səfər nə kimi təkan verəcəkdir?

İLHAM ƏLİYEV: Bu səfərin çox böyük mənası var və hörmətli Baş nazirin dediyi kimi, səfərin nəticələri də gözəl olacaqdır. Bu, doğrudan da tarixi səfərdir. İlk dəfə olaraq Türkiyənin Baş naziri və Azərbaycanın Prezidenti Naxçıvanda görüşürlər.

O ki qaldı Naxçıvanla sərhədin o tərəfində yerləşən vilayətlər arasındakı işbirliyinə, bu da sürətlə gedir. Qeyd olundu ki, artıq qarşılıqlı ticarətin həcmi getdikcə artır. Əlbəttə, bu gün Naxçıvanın enerji təhlükəsizliyi məsələsi müzakirə olundu. Bildiyiniz kimi, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin işə düşməsindən və Azərbaycan qazının Türkiyə bazarlarına daxil olmasından sonra, xüsusilə gələcəkdə bu qazın həcminin artımından sonra Türkiyənin Naxçıvanla həmsərhəd olan bölgələrinə də təbii qazın verilməsi nəzərdə tutulur. Əlbəttə ki, bu layihənin təbii davamı olaraq, Naxçıvanın bu xəttə birləşməsi də mümkündür. Bu məsələ müzakirə olundu və müvafiq tapşırıqlar verilmişdir.

Eyni zamanda, Naxçıvanı nəqliyyat mühasirəsindən çıxarmaq üçün Naxçıvanın Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə birləşməsi məsələsi də müzakirə olundu. Bu, çox böyük bir layihədir, çox böyük texniki və maliyyə resursları tələb edən layihədir. Ancaq qarşılıqlı iradə olduğu halda, - bu iradə də var, - bizim qarşımızda elə məsələ yoxdur ki, onu həll edə bilməyək. Müvafiq göstərişlər verildi. Yəqin ki, texniki-iqtisadi əsaslandırma hazırlanmalıdır və ondan sonra bu layihənin həyata keçirilməsi haqqında qərarlar qəbul ediləcəkdir.

Bütövlükdə, Naxçıvanın iqtisadi inkişafını və imkanlarını nəzərə alaraq, əlbəttə, qardaş Türkiyənin müvafiq vilayətləri ilə əlaqələrin daha da möhkəmlənməsi zəruridir. Bu əlaqələr möhkəmlənir. Naxçıvanda böyük quruculuq, tikinti işləri gedir və bildiyiniz kimi, bu işlərdə türk firmaları çox fəal iştirak edirlər. Naxçıvanda ən çox iş görən Türkiyə şirkətləridir. Əminəm ki, burada iqtisadi inkişaf artdıqca, Naxçıvanın iqtisadi potensialı da möhkəmlənəcək, yeni-yeni layihələr həyata keçiriləcəkdir və qardaş ölkədən olan şirkətlər həmişə Naxçıvana gəlməyə meyillidirlər. Biz də bunu alqışlayırıq.

-Sualım hörmətli Baş nazirədir. Enerji sahəsində işbirliyinin indiki vəziyyəti barədə məlumat verərsinizmi, bu məsələləri müzakirə etdinizmi? Xüsusilə hörmətli Prezidentin söylədiyi məsələ - Türkiyənin güneyinə qaz verilməsi ilə bağlı Siz nə deyə bilərsiniz?

RƏCƏB TAYYİB ƏRDOĞAN: Bildiyiniz kimi, Bakı-Tbilisi-Ceyhan kəməri ilə əlaqədar biz tranzit ölkə rolunu oynayırıq və Ceyhandan bütün dünyaya neftin göndərilməsi davam edir. Bakı-Tbilisi-Ərzurum təbii qaz xəttinə gəldikdə, bizim də ehtiyacımız olan təbii qaz məsələsində, - hörmətli Prezident sağ olsun,- lazım olan köməyi bizə göstərəcəklər. Yəni ehtiyacımızın müəyyən bir qismini, inşallah, o xətdən götürə bilmək imkanımız vardır. Bunun üçün enerji nazirlərimizə təlimat verdik, onlar aralarında görüşərək, bu miqdarı müəyyənləşdirəcəklər. Bununla bağlı heç bir problem yoxdur.

Biz Nabukko layihəsini də müzakirə etdik. Bu məsələ ilə əlaqədar olaraq, yenə də mövcud imkana görə, buradan Nabukkoya müəyyən miqdarda təbii qaz vermək mümkün olacaqdır.

-Mənim sualım hər iki tərəfədir. Azərbaycan və Türkiyə beynəlxalq təşkilatlar çərçivəsində uzun illərdir uğurlu və səmərəli əməkdaşlıq edir. Bu əməkdaşlığın gələcək inkişaf perspektivlərini necə görürsünüz?

İLHAM ƏLİYEV: Bu, həqiqətdir. Bütün beynəlxalq təşkilatlarda bizim ölkələrimiz vahid mövqedən çıxış edir. Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra həmişə bütün beynəlxalq təşkilatlarda Türkiyədən dəstək görübdür. Bu dəstək qarşılıqlıdır. Biz Birləşmiş Millətlər Təşkilatında uğurlu əməkdaşlıq edrik. Bayaq qeyd etdiyim qətnamənin qəbul olunmasında Türkiyənin çox böyük və müsbət rolu olmuşdur. Eyni zamanda, Türkiyə və Azərbaycan İslam Konfransı Təşkilatında fəal iştirak edirlər. Bu gün biz hörmətli Baş nazirlə bu məsələləri müzakirə etdik. İslam dünyasının birləşməsi və islam ölkələri arasında qarşılıqlı ticarətin inkişaf etdirilməsi məsələləri müzakirə olunmuşdur və bizim mövqeyimiz birdir.

Eyni zamanda, biz türkdilli dövlətlərin əməkdaşlığı ilə bağlı fikir mübadiləsi apardıq. Türkdilli ölkələrin dövlət başçılarının növbəti zirvə görüşü Azərbaycanda, Bakıda nəzərdə tutulur. İndi o görüşün vaxtı dəqiqləşdirilir. Deyə bilərəm ki, bu formatda Türkiyə və Azərbaycanın rolu artmaqdadır. Biz bəzi hallarda çox lazımlı təşəbbüslərin iştirakçılarıyıq.

Eyni zamanda, başqa beynəlxalq təşkilatlarda, Avropa Şurasında bizim nümayəndə heyətlərimiz daim bir-birinin mövqeyini müdafiə edir, dəstəkləyirlər. Bəzi hallarda ədalətsizliklə üzləşəndə, bundan birlikdə məyus oluruq. Ancaq, eyni zamanda, biz bütün bu təşkilatlarda öz siyasətimizi, öz maraqlarımızı təmin və müdafiə edirik.

Bununla bərabər, əlavə etmək istəyirəm ki, Türkiyə və Azərbaycan dövlətləri xaricdə yaşayan soydaşlarımızın təşkilatlanma prosesində fəal iştirak edirlər. Biz Türkiyə və Azərbaycan diaspor təşkilatlarının qurultayını bərabər keçirdik. O da çox önəmli hadisə idi və onun çox gözəl nəticələri olmuşdur. İndi dünyada yaşayan soydaşlarımız birləşir, Türkiyənin və Azərbaycanın diaspor təşkilatları öz səylərini birləşdirirlər. Çünki bizim maraqlarımız da birdir, düşmənlərimiz də birdir. Bütün beynəlxalq təşkilatlarda sıx əməkdaşlığımız həm mövqelərimizi möhkəmləndirir, həm də regional məsələlərin həllində öz müsbət rolunu oynayır.

Mən giriş çıxışımda qeyd etdim ki, bu bölgədə Türkiyə və Azərbaycanın iştirakı olmadan heç bir layihə reallaşa bilməz. Türkiyənin və Azərbaycanın iştirak etdiyi layihələrin hamısı uğurla nəticələnmişdir - Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum. Əminəm ki, bu yaxınlarda başladığımız Bakı-Tbilisi-Qars layihəsi də uğurla nəticələnəcəkdir. Beləliklə, bölgədə yerləşən ölkələr üçün gözəl imkanlar yaranır. Bizim təşəbbüslərimiz geniş formatda regional və qitə miqyasında işbirliyinin möhkəmlənməsinə yönəldilibdir. Mən əminəm ki, gələcəkdə də bütün beynəlxalq təşkilatlarda, beynəlxalq forumlarda, konfranslarda, tədbirlərdə biz vahid mövqedən çıxış edəcəyik və bu, bizim birliyimizi daha da möhkəmləndirəcəkdir.

RƏCƏB TAYYİB ƏRDOĞAN: Mən hörmətli Prezidentin dediklərinə heç bir əlavə etmək istəmirəm. Sadəcə, demək istəyirəm ki, məsələn, 2009-2010-cu illər üçün Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına Türkiyənin üzvlüyünü Azərbaycanın dəstəkləməsi, eyni şəkildə bizim də 2011-2012-ci illər üçün Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına Azərbaycanın üzvlüyünü dəstəkləmək barədə razılığımız var.

Eyni zamanda, İslam Konfransı Təşkilatında, Avropa Parlamentində daim bir-birimizlə həmrəy olmuşuq. Türk dünyasındakı, xüsusilə Türkiyə ilə Azərbaycan arasındakı həmrəylik bir örnəkdir. Verdiyimiz qərarlar heç bir şübhə doğurmur. Gərəkli olan hər bir iş görülmüşdür və bundan sonra da görüləcəkdir. Onsuz da, həmrəyliyimiz olmasa, “bir millət, iki dövlət” anlayışı yerinə düşə bilməz. Biz hər zaman bunu yerinə yetirməliyik.

Çox sağ olun, təşəkkür edirəm.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yasamal və Xəzər rayonlarının bəzi ərazilərində işıq olmayacaq

İstanbulda sel nəticəsində 300 iş yeri və 200 avtomobilə ziyan dəyib

Alimlər 2500 il yaşı olan qədim günəş rəsədxanası aşkarlayıblar

“Politico”: Aİ kriptovalyuta əməliyyatlarına vergi tətbiqini nəzərdən keçirir

“Panasonic” yanğın təhlükəsi səbəbindən 640 min paltaryuyan maşını geri çağırır

“El-Ninyo” əvvəlcədən proqnozlaşdırıla bilən fəlakətlərə səbəb olacaq

ABŞ-də ibtidai məktəbdə baş verən atışmada 5 nəfər ölüb

Britaniya “Skynet” peyklərinə nəzarətin ABŞ-yə verilməsinin risklərini qiymətləndirəcək

ABŞ-nin “George Bush” təyyarədaşıyan gəmisi Yaxın Şərqə qayıdıb

UEFA Konfrans Liqası: “Trabzonspor” səfərdə “KuPS” komandasını məğlub edib

UEFA Avropa Liqası: “Milan” “Zaltsburq”a böyük hesabla qalib gəlib

Fransada etiraz aksiyalarında 140 minə qədər insanın iştirakı gözlənilir

Uqandada “Ebola” virusuna qarşı yeni peyvəndin klinik sınaqlarına başlanılıb

Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub

La-Manş tunelinin girişində avtobusla qatar toqquşub, 19 nəfər xəsarət alıb

Şimali İrlandiyada keçmiş partiya lideri 15 il müddətinə azadlıqdan məhrum edilib

“Tesla” Almaniyadakı zavodunda istehsalı ikiqat artırmağı planlaşdırır

Ədalət gecikdirildikdə münaqişə dərinləşir, cəzasızlıq isə yeni müharibələrə zəmin yaradır – ŞƏRH

ABŞ İrana qarşı sanksiyaları genişləndirib

“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır

Prezidentin AQEM-də çıxışı: Ermənistanın keçmiş rəhbərliyinin məsuliyyəti və cəzasızlıq problemi - ŞƏRH

Paytaxtda, eləcə də regionlarda yol tikintisi, yenidənqurma və təmir işlərinin vaxtında icrasının vacibliyi vurğulanıb

Ələt qəsəbəsində Vətən müharibəsi şəhidinin xatirəsi anılıb

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib: xəsarət alan var

Pirallahıda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrə dair müzakirələr aparılıb

Prezident İlham Əliyevin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Milli Təhlükəsizlik Şurasının “Terrorsuz Türkiyə” prosesi ilə bağlı qərarı ilin sonunadək qəbul edilə bilər

Rusiya ABŞ-yə dizel yanacağının tədarükünə 2-3 həftə ərzində başlaya bilər

Kəlbəcərdə qarşıya qoyulan vəzifələrin ardıcıl və vaxtında icrası vacibdir

Milli-mənəvi dəyərlərin qorunması, ideoloji təhlükəsizliyin təmin edilməsi - İmişlidə konfrans VİDEO

Milli-mənəvi dəyərlərin qorunması, ideoloji təhlükəsizliyin təmin edilməsi - İmişlidə konfrans VİDEO

Qəbələdə ümumrayon iməciliyi təşkil olunub VİDEO

Qəbələdə ümumrayon iməciliyi təşkil olunub VİDEO

Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək

Prezident: Türkiyə beynəlxalq təhsil konsepsiyasının həyata keçirilməsi baxımından keyfiyyətcə yeni mərhələyə qədəm qoyub

“Azərişıq” ASC-nin nümayəndələri Ağdamda mətbuat konfransı keçirib VİDEO

“Azərişıq” ASC-nin nümayəndələri Ağdamda mətbuat konfransı keçirib VİDEO

Xəzər İnşaat Həftəsinin ikinci günü: Qarabağın inkişafında gənclərin iştirakı diqqət mərkəzində YENİLƏNİB VİDEO

Xəzər İnşaat Həftəsinin ikinci günü: Qarabağın inkişafında gənclərin iştirakı diqqət mərkəzində YENİLƏNİB VİDEO

® Peşəkar fəaliyyəti və zəngin təcrübəsi ilə seçilən həkim

Beynəlxalq Enerji Agentliyi neft ehtiyatlarının bazara çıxarılmasını sürətləndirməyə çağırıb

Gürcüstanda müəllim də, valideyn də vahid məktəbli formasından razıdır

Bu saata olan əsas xəbərlər

Qax Rayon Ağsaqqallar Şurasının hesabat-seçki yığıncağı keçirilib

Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib
Prezident İlham Əliyev tədbirdə çıxış edib YENİLƏNİB-2 VİDEO

İdeoloji təhlükəsizlikdən təhsilə: Milli dəyərlər, məktəb mühiti və gələcək nəsillərin formalaşdırılması – ŞƏRH

Şərurda müşavirə keçirilib

AQEM-in Bakı Görüşü: Beynəlxalq ictimaiyyət Azərbaycanın qlobal əməkdaşlığa töhfəsini və liderlik təcrübəsini bir daha təsdiqlədi

Milli maraqların qorunması və ölkənin inkişafı naminə həmrəylik vacibdir VİDEO

Milli maraqların qorunması və ölkənin inkişafı naminə həmrəylik vacibdir VİDEO

MDB Məşvərət Şurasının 39-cu iclasının iştirakçıları DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olublar

Siyasi müstəqilliyin möhkəm dayaqlarından biri dayanıqlı və rəqabətqabiliyyətli iqtisadiyyatdır

İdeoloji təhlükəsizliyin qorunmasına və gənclərin milli ruhda yetişməsinə xüsusi önəm verilməlidir

Fyodor Şukin Dağıstanın rəhbəri seçilib

İngiltərənin cənubunda güclü quraqlıq elan edilib

Rusiyanın baş konsulluğu müğənni Nəvai Bəkirovun həbsi ilə əlaqədar Qazaxıstan XİN-ə nota göndərib

Ağstafada YAP-ın VIII Qurultayında Prezident İlham Əliyevin nitqindən irəli gələn vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Dövlətçilik ənənələrinin yaşadılması və milli həmrəyliyin möhkəmləndirilməsi hər kəsin üzərinə mühüm vəzifələr qoyur

Rumiyyə Ağayeva: 5D dünyasında immersiv tamaşalar getdikcə daha çox populyarlaşacaq

BVF: Yaponiya 2027-ci ildə qlobal ÜDM reytinqində 6-cı yerə düşəcək

Gürcüstanda III Şio Patriarx II İlyanın dəfn xərclərinin auditinin aparılmasını tələb edib

Cəmiyyətin sağlam mənəvi əsaslarının qorunması ölkəmizin gələcək inkişafının başlıca şərtlərindəndir

AQTA sədri Abşeron rayonunda fəaliyyət göstərən müəssisənin fəaliyyəti ilə tanış olub

YAP-ın azərbaycançılıq ideoloji xətti milli həmrəyliyin əsasıdır – ŞƏRH

Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb

İdeoloji təhlükəsizlik müasir dövrün əsas çağırışlarındandır – Göyçayda müşavirə VİDEO

İdeoloji təhlükəsizlik müasir dövrün əsas çağırışlarındandır – Göyçayda müşavirə VİDEO

Cəbrayılda Günəş elektrik stansiyalarının tikintisinə icazə müddəti uzadılıb

Bakı beynəlxalq inklüziv məşğulluq konfransına ev sahibliyi edir

Azərbaycan Avrasiyada təhlükəsizliyin və əməkdaşlığın gücləndirilməsində rolunu artırır TƏHLİL

Valideynlər uşaqlarının internetdəki davranışlarını çox vaxt düzgün qiymətləndirmirlər - Tədqiqat

Nurəddin Mehdixanlı: Vahid məktəbli forması şagirdlər arasında bərabərliyi təmin edir

Dövlətçilik ənənələrinin qorunması və milli həmrəyliyin möhkəmləndirilməsi vacib vəzifələrdəndir

AQEM: Asiyada iqtisadi bağlantılardan dayanıqlı inkişafa – Azərbaycanın sədrliyinin strateji əhəmiyyəti ŞƏRH

Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Toplantısı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Toplantısı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Donald Tramp: 13 nəfəri qətlə yetirən keçmiş ABŞ hərbçisinin edamı canlı yayımlanmayacaq

Milli maraqların qorunması və sabitlik dövlət siyasətinin prioritetidir

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

“Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 12 may tarixli 404-VIIQ nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin illik və ortamüddətli dövr üzrə büdcə layihələrinin və proqnozlarının, habelə gəlir və xərc smetalarının icra vəziyyətinin monitorinqi və icra göstəricilərinin təhlili Qaydaları”nın və “Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin xalis mənfəətinin bölüşdürülməsinə və dividend siyasətinin ümumi parametrlərinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 dekabr tarixli 570 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli 42 nömrəli Qərarı ilə təsdiq edilmiş “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Belçikada yeni fəaliyyətə başlayan həkimlərin dörddəbiri xaricdə təhsil alıb

“Elektron kredit və zəmanət” informasiya sisteminin Əsasnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 4 dekabr tarixli 434 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

HDQ-nin ehtiyatda olan xüsusi təyinatlısı pusqudan necə çıxmalarından danışıb VİDEO

HDQ-nin ehtiyatda olan xüsusi təyinatlısı pusqudan necə çıxmalarından danışıb VİDEO

“Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyul tarixli 262 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Bərpa olunan enerji mənbələrinin ərazisində günəş elektrik stansiyalarının tikintisinə icazə alınması müddətinin uzadılması haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Üçqat dünya çempionu Olimpiya Oyunlarında geyindiyi kostyumu muzeyə bağışlayıb

Naxçıvanda yeni tədris ilində 15 icmaəsaslı məktəbəqədər qrup yaradılıb

Autizmli gənclər iş təcrübələrini bölüşüblər

Şərurda “PeşəFest-2026” baş tutub

Gürcüstandakı azərbaycandilli məktəblərə Azərbaycanın göndərdiyi dərsliklər paylanılıb

Çin şirkətləri Azərbaycanın aqrar sektoruna investisiya imkanlarını nəzərdən keçirir

Sabah 8 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək

Müəllim: Rəqəmsal texnologiyalardan düzgün istifadə şagirdlərin inkişafı üçün vacibdir VİDEO

Müəllim: Rəqəmsal texnologiyalardan düzgün istifadə şagirdlərin inkişafı üçün vacibdir VİDEO

Trans-Xəzər fiber-optik kabel xətti Azərbaycanın beynəlxalq rəqəmsal hab kimi mövqeyini gücləndirəcək - ŞƏRH

Fransanın Kan şəhərində terrorizmin və insanlıq əleyhinə cinayətlərin təbliği ilə bağlı araşdırma başlanıb

Fransa beynəlxalq hesabatlarda: Polis zorakılığı, hüquq pozuntuları və artan repressiyalar

Nurjan Marabayev: Mövcud geosiyasi vəziyyət Orta Dəhlizin əhəmiyyətini daha da artırır

Mərkəzi Gömrük Hospitalında Mühafizə Xidmətinin əməkdaşları ilk yardım barədə məlumatlandırılıblar

Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb YENİLƏNİB VİDEO

Milli Kibertəhlükəsizlik Agentliyi maarifləndirmə tədbirlərini 133 məkanda həyata keçirir

Yunanıstanda daşqın nəticəsində 1 nəfər ölüb

Azərbaycana daimi köçən gənclərin sayı 15 faiz artıb, ölkədən gedənlərin sayı 12 faiz azalıb – QRAFİK

Bakı Sammiti Azərbaycanın Asiyada çoxtərəfli diplomatiyanın inkişafına verdiyi töhfənin göstəricisidir - RƏY

Azərbaycanlı həkim London Kral Həkimlər Kollecinin fəxri adına layiq görülüb

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2013-cü il 4 noyabr tarixli 122/09 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ümumi istifadədə olan avtomobil yolları və yol qurğuları haqqında” 1-yol №-li illik rəsmi statistika hesabatı formasının doldurulmasına dair göstəriş”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Qərarı