Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Türkiyənin ilk azərbaycanlı astronavtının anası: Cihangir 36 min namizəd arasından çox məşəqqətli testlərdən sonra seçildi FOTOLAR

İstanbul, 30 may, Günel Karatepe, AZƏRTAC

Türkiyə ikinci astronavtı Tuva Cihangir Ataseveri gələn ay kosmosa yola salmağı planlaşdırır. Türkiyə astronavtının səfəri əlbəttə ki, Azərbaycanda da maraqla izləniləcək. Lakin Tuva Cihangir Ataseverin anasının azərbaycanlı olması bu marağı daha da artırır. Azərbaycanlı həkim, qadın xəstəlikləri üzrə mütəxəssis Məlahət Atasevər AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib ki, oğlu Cihangir müraciət edən 36 min namizəd arasından çox məşəqqətli və olduqca çətin fiziki, əqli və analitik testlərdən sonra Türkiyənin iki kosmonavtından biri olaraq seçilib: “Təbii ki, ailə üzvləri olaraq bu, bizim üçün fəxr, qürur mənbəyidir. Prezident Rəcəb Tayyib Ərdoğan ötən ilin aprel ayında İstanbulda keçirilən TEKNOFEST–də Türkiyənin ilk astronavtlarını elan etdi. Ölkə başçısının oğlumun da adını çəkməsi, xüsusilə Tuva Cihangirin həm də azərbaycanlı olduğunu deməsinin verdiyi qüruru sözlərlə ifadə etmək mümkün deyil. Türkiyə Prezidentinin bu sözləri tədbirdə iştirak edənlər də böyük coşqu ilə qarşıladılar. Həmin festivalda Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva da iştirak edirdilər. Düşünürəm ki, onlar üçün də Türkiyə Prezidentinin bu sözləri çox sevindirici oldu. Azərbaycan Prezidenti məni bir ana kimi şəxsən təbrik etdi. Belə qürur dolu hissləri yaşatdığı üçün oğluma minnətdaram. Cihangirin Türkiyənin ilk astronavtlarından biri olması təkcə Türkiyənin deyil, daima “Bir millət, iki dövlət” kəlamı ilə addımlayan Türkiyə və Azərbaycanın birgə uğuru və qürurdur”.

Qardaş ölkədə fəaliyyət göstərən soydaşımız Türkiyəyə yollanmasından da danışıb: “Türkiyəyə 1990-cı ildə ailə həyatı qurandan sonra gəlmişəm. Ankaranın ilk azərbaycanlı gəliniyəm. İlk olmağın bir çox çətinlikləri ilə üzləşdim. Qısa vaxt ərzində təhsilimi davam etdirmək istədim. İmtahanları uğurla verəndən sonra Türkiyədəki ilk azərbaycanlı xanım olaraq qadın xəstəlikləri və doğum mütəxəssisi ixtisasına yiyələndim. Ankara Xəstəxanasında fəaliyyətə başlayanda artıq böyük oğlum dünyaya gəlmişdi, sonra ikinci oğlum və qızım oldu. Uşaqlar körpə olduğuna görə eyni vaxtda ailə və peşə fəaliyyətini davam etdirmək xeyli çətinliklər yaradırdı. Lakin insan arzusunun və iradəsinin qarşısında bütün çətinliklər acizdir. Ailəmdən və doğmalarımdan uzaqda həm peşə fəaliyyətimi, həm də analıq borcumu yerinə yetirməli idim. Sağlam övlad böyütmək və yetişdirmək ailənin hər bir üzvündən, xüsusilə ana və atadan asılıdır. Şükürlər olsun ki, çox böyük zəhmət və fədakarlıq hesabına bunun öhdəsindən gələ bildim. Yəqin ki, bu gün oğlumun minlərlə şəxsin içindən seçilərək Türkiyənin ilk kosmonavtlarından biri adını qazanması da bunun nəticəsidir”.

Məlahət xanım oğlunun uşaqlıq illərini xatırlayaraq onun körpəlikdən nizam-intizamlı, qətiyyətli və zəhmətkeş olduğunu deyib: “Oğlum uşaqlıqdan bir çox sahə üzrə kitab oxumağa çox həvəsli idi. Həmişə nümunəvi olub, ədəb-ərkan qaydalarına riayət edib. Uşaq vaxtı atası ilə kosmos və planetlərlə bağlı sənədli filmləri izləməyi çox sevirdi. ABŞ-da təhsilini tamamlayandan sonra Türkiyəyə qayıdaraq elmi və texnoloji avadanlıqların təkmilləşdirilməsi üzrə fəaliyyətini davam etdirmək istədi. Ailəmiz onun bu istəyini dəstəklədi. Hansı ana övladının uğurunu, xoşbəxtliyini görmək istəməz? Onun Türkiyə bayrağı ilə yanaşı, torpaqları işğaldan azad edilən tam suveren Azərbaycanın bayrağını da kosmosa aparacağı bizim köksümüzü fərəh və iftixar hissi ilə doldurur”.

Türkiyənin Səhiyyə Nazirliyində Azərbaycandan gəlib qeydiyyatdan keçən ilk məmur qadın-həkim olan Məlahət Atasevər on dörd ilə yaxın Ankaranın Onkologiya xəstəxanasında, sonra isə Giresun Universitetində qadın xəstəlikləri üzrə bölmə rəhbəri vəzifəsində işləyib.

“Bakıda rus dilində tibbi təhsil aldığıma görə qardaş ölkədə işə başlamaq o qədər də asan olmadı. Lakin işləmək həvəsim, insanların sağlamlığı keşiyində dayanmaq arzum bütün çətinlikləri arxada qoydu. Hazırda Azərbaycanda Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən tövsiyə edilən qadınlar üçün sağlamlıq testi proqramının yaradılmasına töhfə verməyə çalışıram. HPV virusunun dünyada geniş yayıldığı və bunun gələcəkdə qadınlarda uşaqlıq yolu xərçəngi kimi bir çox xəstəliklərə səbəb olduğunu nəzərə alaraq buna bağlı testləri daha geniş ictimaiyyətə yaymaq istəyirəm. Bunlar həyata keçəndən sonra qızlarla yanaşı oğlanları da qorumaq üçün peyvənd proqramları hazırlanacaq, çünki erkən diaqnoz, profilaktika və testlər çox vacibdir”.

Qeyd edək ki, Məlahət Atasevər Avropa-Asiya Ginekoloji Mamalıq Dərnəyinin qurucu rəhbəridir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şanxay Əməkdaşlıq Təşkilatına sədrlik Qazaxıstandan Çinə keçib

Neft Fondunun “Şahdəniz”dən əldə etdiyi gəlirlər azalıb

Türkiyədə "Qərbi Azərbaycana Qayıdış" Qars Forumu keçirilib

Fransa klubunun futbolçusu skuterlə adam öldürüb

DSMF sədri Belarusun ƏSMF rəhbəri ilə əməkdaşlıq perspektivini müzakirə edib

“Baku Open 2024” Beynəlxalq Şahmat Festivalında V tur başa çatıb

BMU-nu 97.8 balla bitirən məzun magistratura təhsilini süni intellekt ixtisası üzrə davam etdirəcək

Fransanın daxili işlər naziri parlament seçkilərindən sonra istefa verəcək

Prezident İlham Əliyev Astanada “ŞƏT plyus” formatında keçirilən görüşdə iştirak etmək üçün “Müstəqillik” Sarayına gəlib YENİLƏNİB

Şanxay Əməkdaşlıq Təşkilatının Astana Bəyannaməsi qəbul edilib

“Azəri-Çıraq-Günəşli”nin gəlirləri açıqlanıb

Avro-2024: Niderland –Türkiyə oyununu idarə edəcək hakimlərin adı açıqlanıb

Ötən ay hər bir ailəyə ödənilən ünvanlı dövlət sosial yardımın məbləği 2,68 faiz artıb

Azərbaycanın Çinlə münasibətlərinin qarşılıqlı faydaya əsaslanması milli maraqlarımız baxımından xüsusi əhəmiyyətə malikdir - ŞƏRH

MEDİA-nın və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən “Media ayı” başa çatıb

Şəkidə 64 yaşlı piyadanı maşın vurub

Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın yaradılmasından 5 il ötür

Botanika İnstitutu ilə Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun birgə araşdırmaları davam etdirilir

Mərkəzi Bank: Bugünkü hərracda tələb 61,3 milyon dollar təşkil edib

Yasamalda evin qanunsuz sökülməsi ilə bağlı vətəndaşın iddiası araşdırılıb

Anastasiya Lavrina: Böhtan xarakterli qətnamə layihələri ABŞ-ın Azərbaycandakı nüfuzuna xələl gətirir

Mütəxəssis: Vətəndaş kağız üzərində yazılan resept əvəzinə həkimdən elektron resept tələb edə bilər

Azərbaycan həndbol millisinin baş məşqçisi ilə müqavilənin müddəti uzadılıb EKSKLÜZİV

“SABAH-ın məzunu – 2024” mərasimi keçirilib

Kürdəmirdə yol qəzasında bir nəfər ölüb, iki nəfər yaralanıb

Avropa çempionatı: Azərbaycan güləş millisi komanda hesabında üçüncü olub

FHN: Ötən sutka ərzində 39 halda yanğına çıxış olub

Magistraturaya ən aşağı müsabiqə vəziyyətinin olduğu sahələrin adları açıqlanıb

İşğaldan azad edilmiş ərazilərə səfəri təşkil olunan diaspor nümayəndələrinin sayı açıqlanıb

Ceff Bezos “Amazon”un 5 milyard dollarlıq səhmlərini satışa çıxaracaq

Azərbaycanı Cənubi Koreyada təmsil edəcək parataekvondoçular müəyyənləşib

ADMİU məzununun quruluş verdiyi əsər Gənc Tamaşaçılar Teatrının səhnəsində

Ali məktəblərin magistratura səviyyəsinə ayrılmış plan yerlərinin 84.69 faizi dolub

Salyanda pambıq sahələrinə bioloji mübarizə üçün trixoqramma həşəratı buraxılıb

Tramp rəqibi Baydenin seçki yarışından çəkiləcəyini düşünür

Paytaxt məktəblərinin məzunlarına attestatlar verilir

İranda prezident seçkilərinin ikinci turu öncəsi sükut günü başlayıb

6 qitədən, 65 ölkədən 350-yə yaxın çaynik kolleksiyası - Azərbaycanda bir ilk REPORTAJ VİDEO

AFFA rəsmisi Emin Cəfərov UEFA-dan təyinat alıb

Hindistanın Assam ştatında daşqınlar 1,6 milyon insana ziyan vurub

® “Bakcell” ölkədə ilk dəfə VoWiFi texnologiyasını təqdim edib

Dəmiryol nəqliyyatı vasitələrini idarə etmək hüququnun verilməsi üçün ixtisas imtahanı təşkil olunacaq

Lionel Messi Amerika Kubokunun 1/4 final mərhələsinin oyununu buraxa bilər

BANM-də “Açıq qapı” günü

Çindən Bakıya Orta Dəhlizlə müntəzəm konteyner blok qatarların göndərilməsinə başlanılıb

Azərbaycan Prezidenti: Bölgədə davamlı sülhün bərqərar olunması prosesinə ABŞ-ın hər zaman dəstək vermək əzmini təqdir edirik

Prezident İlham Əliyev: Azərbaycan ABŞ ilə münasibətlərinə xüsusi əhəmiyyət verir

Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Cozef Baydenə

Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tac arasında görüş keçirilib

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə bağlı bir sıra qaydalar təsdiqlənib

AQTA sədri Ağdam rayon Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edəcək

Lənkəranın bir sıra kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Qarsda “Qərbi Azərbaycana qayıdış” mövzusunda forum keçirilib

Bu il “SABAH” qruplarından 1066 tələbə məzun olur

Azərbaycan ilə Özbəkistan mərkəzi bankları arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Dəmiryol nəqliyyatı vasitələrini idarə etmək hüququnun verilməsi üçün ixtisas imtahanının təşkili və keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Bülbül vokal məktəbi” tələbə qəbulu elan edir

Taxıl sahələrinin 62,8 faizində biçin başa çatıb - 2 milyon tondan çox məhsul yığılıb

Dəmiryol nəqliyyatında hərəkətin təşkilində birbaşa iştirak edən şəxslərin vəzifələrinin siyahısının, onların geyim formasının, fərqlənmə nişanlarının təsvirinin və daşınması Qaydasının təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Braziliya millisinin tanınmış üzvü İtaliya klubuna keçib

Sürət qatarı sayəsində Ankaradan İstanbula 80 dəqiqə ərzində çatmaq mümkün olacaq

Ötən gün 2 kiloqramdan çox narkotik vasitə aşkar olunaraq götürülüb

Azərbaycan və Ukrayna münasibətlərinə həsr olunan kitabın növbəti cildi çapdan çıxıb

DİN: İyulun 3-də 3 tüfəng təhvil götürülüb, axtarışda olan 2 nəfər istintaqa təhvil verilib

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində ötən dövrdə 570-dək benefisiar təlimlərə cəlb olunub

DİN: Ötən gün 31 cinayətin üstünün açılması təmin olunub

Azərbaycan millisinin futbolçusu Polşa klubundan ayrılıb

Birinci yarımildə Energetika Nazirliyinə 3 minə yaxın zəng daxil olub

XİN: İQAK-ın Azərbaycanla bağlı ictimai bəyanatı hüquqi baxımdan sual yaradır

Belarus ŞƏT-in tamhüquqlu üzvü oldu

İyulun 7-də 47500-dən çox abituriyentin II və III ixtisas qrupları üzrə imtahan verməsi gözlənilir

Bu gün Böyük Britaniyada növbədənkənar parlament seçkiləri keçirilir

Qobustan rayonunda təsərrüfatların 90 faizinin genişzolaqlı internetə çıxışı təmin edilib

Astanada ŞƏT-in Zirvə toplantısı keçirilir

İraqın Ali Məhkəmə Şurasının sədri Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib VİDEO

Dünya birjalarında neft ucuzlaşıb

Astanada Şanxay Əməkdaşlıq Təşkilatının sammiti başlayıb

FHN qeyri-çimərlik ərazilərdən istifadə ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Göyçayda narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan 9 nəfər saxlanılıb

Azərbaycan nefti ucuzlaşıb

Bu ilin 6 ayı ərzində 10 rayonda keçirilmiş Aqrar Biznes festivallarında 6756 fermer iştirak edib

Paytaxtın 4 rayonunun qaz təchizatında fasilə yaranacaq

Çində süni intellekt sənayesinin həcmi 70 milyard dolları ötüb

Əlilliyi olan daha 18 gənc Türkiyəyə təcrübə kursuna yola salınıb

Otuz ildən artıq məhkumluq həyatı yaşayan Saatlı sakinindən “Makarov” götürülüb

Prezident İlham Əliyevin Astana Sammitində iştirakı Azərbaycana bir sıra üstünlüklər qazandırır - ŞƏRH

ABŞ Yaponiyada 48 ədəd F-35A qırıcısı yerləşdirməyi planlaşdırır

Yaponiyada 5,4 bal gücündə zəlzələ baş verib

CNN: İsrail və HƏMAS atəşkəs razılaşmasına yaxındır

Ali Radanın deputatı: Ukraynaya F-16 qırıcıları bu ay gətiriləcək

Paytaxtın Mikayıl Müşfiq küçəsində avtobusların hərəkəti məhdudlaşdırılır

Sorğu: Amerikalıların 80 faizi Baydenin yenidən prezident seçilmək üçün çox yaşlı olduğunu düşünürlər

Beyindəki zaman hüceyrələri alimləri təəccübləndirib

Estoniya əcnəbilərin ölkədə hərbi təlim keçməsinə icazə verilməsini təklif edib

İspaniyadakı qəbiristanlıqlar Günəş enerjisi sahələrinə çevriləcək

ABŞ Ukraynaya 2,3 milyard dollarlıq yardım paketini təsdiqləyib

COP29 iştirakçı ölkələr üçün iqlim böhranının həlli istiqamətində konkret addımlar atmağa bir fürsətdir

ABŞ-da sursat istehsal edən zavodda partlayış olub, xəsarət alanlar var

İsraildə Qərbi Nil qızdırmasından 11 nəfər ölüb