DÜNYA
Türkiyənin müxtəlif bölgələrində meşə yanğınları baş verib
İstanbul, 20 iyul, AZƏRTAC
Türkiyənin Manisa vilatində yerləşən buğda tarlasında baş verən yanğın bölgədə əsən güclü küləyin təsiri ilə meşəlik əraziyə yayılıb.
AZƏRTAC xəbər verir ki, iyulun 19-u günorta saatlarından başlayaraq qısa zaman ərzində geniş əraziyə yayılan yanğının söndürülməsi istiqamətində işlər davam edir. Gün boyu 8 xüsusi təyyarə, 9 helikopter və 60-dan çox yanğınsöndürən texnika yanağına müdaxilə edib. Alovların müxtəlif istiqamətlərdə irəliləməsi söndürmə işlərini çətinləşdirir.
Ölkə üzrə daha bir meşə yanğını Muğlanın Milas rayonunda qeydə alınıb. Burada alovların qarşısını almaq mümkün olub.
Digər yanğın hadisəsi isə Türkiyənin Bursa vilayətində baş verib. Əkin sahələrində başlayan yanğına qısa zaman ərzində havadan və qurudan müdaxilə başladılıb. Nəticədə alovların qarşısını almaq mümkün olub.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.04.2024 [19:20]
Avropa Komissiyasının diplomatı Gürcüstana səfərə gələcək
- 30.04.2024 [19:14]
Ermənistan prezidenti sərhədlərin delimitasiyası prosesini dəstəkləyib
- 30.04.2024 [19:04]
Asiya İnkişaf Bankının 57-ci illik toplantısı Tbilisidə keçiriləcək
- 30.04.2024 [18:54]
Londonda insanlara qılıncla hücum edilib: dörd yaralı, bir ölü
- 30.04.2024 [17:39]
Keniyada daşqınlar nəticəsində ölənlərin sayı 169-a çatıb
- 30.04.2024 [17:34]