Türkiyənin səhiyyə naziri: İstanbulda müalicə alan mədən işçilərindən beşinin vəziyyəti kritik ağırdır

İstanbul, 15 oktyabr, AZƏRTAC
Türkiyənin səhiyyə naziri Fahrettin Koca İstanbulda müalicə alan mədən işçilərini ziyarət edib.
AZƏRTAC xəbər verir ki, nazir işçilərin sağlamlıq vəziyyəti ilə bağlı açıqlama verib.
Bildirib ki, İstanbulun Çam və Sakura Şəhər Xəstəxanasına yerləşdirilən altı işçidən beşinin vəziyyəti kritik ağırdır. Onlar süni nəfəs aparatına bağlıdırlar. Bədənlərinin müxtəlif bölgələrində 65-85 faiz aralığında yanıqlar var. İşçilərdən biri İstanbula çatdırılarkən kliniki ölüm keçirib, lakin onu həyata qaytarmaq mümkün olub.
Nazir işçilərin sağlamlıq vəziyyətlərinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən yaxından izlənildiyini deyib.
Xatırladaq ki, oktyabrın 14-də Türkiyənin Bartın vilayətinin Amasra rayonunda yerləşən bir daş-kömür mədənində partlayış baş verib. Hadisə nəticəsində 41 nəfər ölüb.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.05.2025 [17:41]
Aktau limanında yeni konteyner qovşağının inşası müzakirə olunub
- 16.05.2025 [17:03]
Tramp İrana nüvə sazişi ilə bağlı təklif verildiyini təsdiqləyib
- 16.05.2025 [17:00]
Donald Tramp: “Biz Putinlə görüşməliyik”
- 16.05.2025 [16:33]
Hakan Fidan Kiyevi və Moskvanı sülh şansından istifadə etməyə çağırıb
- 16.05.2025 [15:39]
Melaniya Trampın Sloveniyadakı bürünc heykəli oğurlanıb
- 16.05.2025 [15:23]