Azərbaycan Dövlət İnformasiya Agentliyi

TÜRKSOY-un baş katibi Düsen Kaseinovdan

Hörmətli cənab Prezident,

Qardaş Azərbaycanın Milli Bayramı - 28 May Respublika Günü münasibətilə Zati-alinizi və Sizin şəxsinizdə bütün Azərbaycan xalqını TÜRKSOY-un Baş Katibliyi, Türkdilli ölkələrin mədəniyyət nazirlərinin Daimi Şurası adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Müdrik siyasətiniz sayəsində bu gün Azərbaycan Respublikası siyasi, iqtisadi və mədəni sahələrdə böyük nailiyyətlər əldə edib və dünyanın mühüm mədəni və cazibə mərkəzlərindən birinə çevrilib.

Zati-alinizin yüksək diqqəti və qayğısı sayəsində TÜRKSOY ilə Azərbaycan arasında mədəni əlaqələrin və əməkdaşlığın səviyyəsi günbəgün genişlənir, zəngin və rəngarəng Azərbaycan mədəniyyəti TÜRKSOY tərəfindən keçirilən beynəlxalq tədbirlərdə geniş təmsil olunaraq dünya mədəniyyətinə öz layiqli töhfəsini verir.

Bu xoş fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə əmin-amanlıq, tərəqqi və firavanlıq arzu edirəm.

Dərin hörmətlə,

Düsen Kaseinov

TÜRKSOY-un baş katibi

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin