İDMAN
UEFA Çempionlar Liqasının final oyunu ilə bağlı Ukraynada poçt markası dövriyyəyə buraxılıb
Kiyev, 20 may, AZƏRTAC
UEFA Çempionlar Liqasının Kiyevdə keçiriləcək final oyunu ilə bağlı xüsusi poçt markası dövriyyəyə buraxılıb.
AZƏRTAC-ın Ukrayna Futbol Federasiyasının saytına istinadən verdiyi məlumata görə, “Ukrpoçta”nın buraxdığı marka ilə bağlı mayın 20-də təntənəli mərasim keçirilib.
Mərasimdə 2017-2018-ci il mövsümünün UEFA Çempionlar Liqasının final oyununun səfiri Andrey Şevçenko, Kiyev “Dinamo”sunun əfsanələri Sergey Rebrov, Vladislav Vaşuk, Ukrayna Futbol Federasiyasının birinci vitse-prezidenti Vadim Kostyuçenko və “Ukrpoçta”nın baş direktoru İqor Smelyanskiy iştirak ediblər.
Markada UEFA Çempionlar Liqasının kubokunun təsviri yer alıb. Poçt markasının qiyməti 9 qrivendir və 130 000 tirajla dövriyyəyə buraxılıb. Markanı “Ukrpoçta”nın şöbələrindən almaq mümkündür.
Mərasimdən sonra Ukraynanın futbol ulduzları, veteranlarının iştirakı ilə xeyriyyə oyunu keçirilib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.04.2024 [17:26]
Azərbaycan cüdo millisinin “Böyük Dəbilqə” turniri üçün heyəti açıqlanıb
- 30.04.2024 [16:48]
Stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçiriləcək
- 30.04.2024 [15:47]
Azərbaycanın Avropa çempionu FIDE reytinqində irəliləyib
- 30.04.2024 [14:46]
Azərbaycan millisi Slovakiya ilə yoldaşlıq oyunu keçirəcək
- 30.04.2024 [14:18]
Acun Ilıcalı daha bir futbol klubunu satın alır
- 30.04.2024 [13:32]