İDMAN
Ukrayna yığması ilə oynayacaq Azərbaycan komandasının heyəti müəyyənləşmişdir
Bakı, 28 noyabr (AZƏRTAC). Noyabrın 28-də Türkiyədə keçirilən şahmat üzrə dünya komanda çempionatının 3-cü turu olacaqdır. Azərbaycan yığması Ukrayna komandası ilə oynayacaqdır.
AZƏRTAC xəbər verir ki, Azərbaycan-Ukrayna matçında Rauf Məmmədov-Vasili İvançuk, Eltac Səfərli-Anton Korobov, Vasif Durarbəyli-Aleksandr Moiseyenko, Qədir Hüseynov-Aleksandr Areşşenko cütlükləri qarşılaşacaqlar.
2-ci turda Azərbaycan yığması 3:1 hesabı ilə Hollandiya komandasına, Ukrayna yığması isə 2,5:1,5 hesabı ilə Çin komandasına qalib gəlmişdir.
İkinci turdan sonra Azərbaycan, Almaniya və Ukraynanın hərəsinin 4 xalı, Ermənistanın 3 xalı, Çin və ABŞ-ın hərəsinin 2 xalı, Rusiyanın 1 xalı vardır. Türkiyə, Misir və Hollandiya xal toplaya bilməmişlər.
Bu gün üçüncü turda Rusiya-Çin, Ermənistan-ABŞ, Ukrayna-Azərbaycan, Niderland-Almaniya və Türkiyə-Misir qarşılaşırlar.
Dünyanın on ən güclü yığma komandasının iştirak etdiyi turnir dekabrın 6-da başa çatacaqdır.