DÜNYA
Ukraynanın Nikolayev şəhəri raketlə vurulub, ölən və yaralananlar var
Kiyev, 17 iyun, AZƏRTAC
İyunun 17-də səhər saatlarında Ukraynanın Nikolayev şəhəri raket hücumuna məruz qalıb, evlərə ziyan dəyib, ölən və yaralananlar var.
AZƏRTAC xəbər verir ki, bu barədə Nikolayev vilayətinin hərbi administrasiyasının rəhbəri Vitali Kim teleqram səhifəsində məlumat yayıb.
“Nikolayevdə səhər saatlarında raket hücumu nəticəsində 4 çoxmərtəbəli bina və bir infrastruktur obyekti zədələnib. Bir nəfər ölüb, altı nəfər yaralanıb - onlardan biri uşaqdır. Xilasetmə işləri aparılır”, - deyə Kim əlavə edib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.04.2024 [22:57]
Alimlər qədim nəhəng qızılbalıqların köpək dişləri olduğunu aşkar ediblər
- 27.04.2024 [21:02]
İndoneziya sahillərində güclü zəlzələ baş verib
- 27.04.2024 [17:42]
Kubadakı nağd pul çatışmazlığı inflyasiya böhranını daha da artırır
- 27.04.2024 [15:48]
Qanalı qeyri-adi rekordla Ginnesin Rekordlar Kitabına düşüb
- 27.04.2024 [14:43]