Ümumdünya Poçt İttifaqının Ümumi Reqlamentinə qoşulmaq haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikası Ümumdünya Poçt İttifaqının 2012-ci il oktyabrın 11-də Doha şəhərində imzalanmış Ümumi Reqlamentinə qoşulsun.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 mart 2016-cı il.