ELM VƏ TƏHSİL
UNEC-in professoru beynəlxalq konfransda çıxış edib
Bakı, 16 sentyabr, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) iqtisadi nəzəriyyə kafedrasının müdiri, professor Əlican Babayev Portuqaliyada “Siyasi iqtisad: beynəlxalq meyillər və milli xüsusiyyətlər” mövzusunda keçirilən konfransda iştirak edib.
UNEC-dən AZƏRTAC-a bildiriblər Lissabon Universitetinin İqtisadiyyat və Menecment məktəbinin nəzdində fəaliyyət göstərən siyasi iqtisadın inkişafı üzrə beynəlxalq təşəbbüs qrupunun yeddinci illik konfransının plenar sessiyasında Ə.Babayev “Müasir iqtisadi nəzəriyyə və onun strukturu” mövzusunda məruzə ilə çıxış edib.
Dünyanın aparıcı siyasi iqtisadçılarının iştirakı ilə keçirilən konfransa 43 ölkədən 450 nümayəndə qatılıb.