Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

UNEC-in təşkilatçılığı ilə İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların VI Beynəlxalq Elmi Konfransı keçirilir YENİLƏNİB

Bakı, 23 may, AZƏRTAC

Mayın 23-də Heydər Əliyev Mərkəzi, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), “Regional İnkişaf” İctimai Birliyi (RİİB) və Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən VI İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı (ISCEMR-24) işə başlayıb.

AZƏRTAC xəbər verir ki, “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş və “Dayanıqlı İnkişafın Yeni Dövrü: Yaşıl transformasiya və iqlim maliyyələşdirilməsi” mövzusunda təşkil olunan builki konfrans mayın 26-dək davam edəcək.

Konfrans iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.

Heydər Əliyev Mərkəzində keçirilən konfransın açılışında qonaqlar UNEC tərəfindən nəşr olunan kitabların sərgisi ilə tanış olublar. Sərgidə konfransda məruzə üçün qəbul olunmuş tədqiqat işlərinin xülasələrindən ibarət “Xülasələr kitabı” başda olmaqla, ali təhsil müəssisələrində yaşıl iqtisadiyyatla bağlı fənlərin tədrisində ana dilimizdə vəsait ehtiyacını ödəmək üçün hazırlanmış “Yaşıl iqtisadiyyat” dərs vəsaiti, konfransa Azərbaycan dilində təqdim olunmuş seçilmiş məqalələrdən ibarət “Yaşıl iqtisadiyyat və dayanıqlı inkişaf” məqalələr toplusu, Türk dünyasının müxtəlif ölkələrinin tədqiqatçıları tərəfindən hazırlanmış “Türk dünyasında yeşil ve dönüşüm ekonomisi: geçiş için yol haritası” kitabı nümayiş olunub. Həmçinin UNEC ilə nüfuzlu EMERALD nəşriyyatının əməkdaşlığı əsasında çapa hazırlanan “Sustainable Development and Green Innovation: Managing risk through interdisciplinary approaches and policy strategies” kitabı haqqında məlumat verilib.

Konfransın açılış mərasimində çıxış edən UNEC-in rektoru professor Ədalət Muradov beynəlxalq konfransda 39 ölkədən 374 tədqiqatçının iştirak etdiyini və 42 sessiyada 245 tədqiqat işinin məruzə olunacağını bildirib. Ə.Muradov çıxışında UNEC-in İnkişaf Strategiyasının məqsəd və hədəflərindən söz açıb: “Bizim strateji məqsədimiz 2030-cu ilə qədər UNEC-i tədqiqat universitetinə çevirməkdir. Ən çox hədəflər də məhz elmi tədqiqatlarla bağlıdır”. Rektor UNEC-in elmi fəaliyyəti və əldə olunan nəticələr barədə metrik göstəriciləri də iştirakçıların diqqətinə çatdırıb. Bildirib ki, “Scopus” bazasında indekslənən elmi əsərlərin 97 faizi, istinad sayının 99 faizi, xarici müəllifli elmi əsərlərin 99 faizi, “Web of Science” bazasında indekslənən elmi əsərlərin 90 faizi, istinad sayının 93 faizi, xarici müəllifli elmi əsərlərin 87 faizi məhz 2014-2024-cü illərin payına düşür. Ə.Muradov “Scimago”da dünya universitetlərinin reytinqinə əsasən, UNEC-in 2023-cü ildə Azərbaycan üzrə 1-ci yerdə qərarlaşdığını vurğulayıb. Q1 kvartilli jurnallarda dərc olunan məqalələrin sayına görə UNEC-in ölkədə lider olduğunu diqqətə çatdırıb.

Tədbirdə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev UNEC tərəfindən ənənəvi olaraq, hər il keçirilən ISCEMR konfransının ölkədə təhsilin və elmin inkişafına təkan verdiyini bildirib. UNEC-də elmi fəaliyyətin artan dinamikasını yüksək qiymətləndirən nazir, Dövlət Proqramı əsasında xaricdə təhsil alan gənclərin sayına görə UNEC-in xüsusi olaraq fərqləndiyini deyib. Emin Əmrullayev elmi tədqiqatların maliyyələşdirilməsi məsələsinə də toxunub: “Son bir neçə ildə bir sıra universitetlərimizin elmi-tədqiqat işlərində kəmiyyət və keyfiyyət dəyişiklikləri müşahidə olunur. Biz ali təhsil müəssisələrindən daha çox elmi-tədqiqat aparmalarını istəyiriksə, tədqiqatların maliyyələşmə formasına yenidən baxılmalıdır”. Nazir doktorantura proqramlarında köklü dəyişikliklərin aparılmalı olduğunu vurğulayaraq bu istiqamətdə kredit əsaslı proqramların yaradılmasının zəruriliyini qeyd edib.

Türkiyənin Rəqabət Qurumunun rəhbəri Birol Küle iqtisadiyyatların dayanıqlılığının təmin edilməsi məqsədilə ölkələr arasında əməkdaşlığın əhəmiyyətindən danışıb. O, ölkədə rəqabətin təmin edilməsi məqsədilə uğurlu işlərin, layihələrin icra edildiyini bildirərək, hər iki ölkənin davamlılığının inkişafı üçün ortaq zəminin yaradılacağını deyib.

RİİB-in təhsil və ekoloji layihələr üzrə koordinatoru Simuzər Fərəczadə iqlim dəyişikliklərinin mənfi təsirlərinin azaldılması, keyfiyyətli ətraf mühitin formalaşması, yaşıl iqtisadiyyata transformasiya və bu istiqamətdə digər sahələr üzrə görülən işlərdən söz açıb.

Açılış nitqlərindən sonra çıxış edənlərə plaketlər təqdim olunub. Konfrans “Azərbaycan universitetlərində dayanıqlı inkişaf: bərpaolunan enerji və iqlim”, “Gələcəyi istiqamətləndirmək: dayanıqlı gələcək üçün iqlim dəyişikliklərinin maliyyələşdirilməsində yeniliklər” adlı panel sessiyalarla davam edib.

Konfrans çərçivəsində mayın 24-də “Bərpaolunan enerji mənbələrindən istifadə və iqlim dəyişikliyi fonunda Azərbaycan universitetlərində yaşıl və dayanıqlı qlobal iqtisadi irəliləyişlər”, “Dayanıqlı inkişaf yolunda ortaq rəqabət: əsas istiqamətlər və çətinliklər”, “Yaşıl iqtisadiyyata və texnologiyalara keçiddə özəl təşəbbüslərin rolu” və “Türk dünyasında yaşıl və dairəvi iqtisadiyyat: keçid üçün yol xəritəsi” kimi mövzularda maraqlı müzakirələr aparılacaq.

Qeyd edək ki, konfransa yaşıl iqtisadiyyat, dayanıqlı inkişaf, bərpaolunan enerji mənbələri, iqlim maliyyələşməsi və s. kimi aktual mövzuları əhatə edən ümumilikdə 683 tədqiqat işi daxil olub. Elm komitəsi tərəfindən konfransın standart və keyfiyyət tələblərinə uyğun olaraq qiymətləndirilən tədqiqatlardan 245-i konfransda məruzə olunmaq üçün qəbul edilib. Tədqiqat işləri əsasında hazırlanacaq kitab nəşr olunduqdan sonra dünyanın bir çox nüfuzlu akademik bazalarında indekslənəcək.

Konfrans çərçivəsində Heydər Əliyev Mərkəzində təşkil olunacaq panel müzakirələrdə yerli və xarici dövlət və özəl sektor qurumlarının rəhbər şəxsləri ilə yanaşı, beynəlxalq təşkilatların və xarici universitetlərin mütəxəssisləri olan, ümumilikdə 28 spiker iştirak edəcək ki, onlardan 17-si xarici ölkələrin təmsilçiləridir.

“Paşa Holdiq”in baş sponsorluğu ilə keçirilən konfrans çərçivəsində Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyalarının dəstəyi ilə mayın 26-da ağacəkmə aksiyası da keçiriləcək. Aksiyada konfrans iştirakçıları tərəfindən iqlim şəraitinə uyğun 300-dən çox ağacın əkilməsi nəzərdə tutulur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Gəncədə Bəstəkarlar İttifaqının səyyar plenumu işinə başlayıb

Azərbaycan Ordusunda Qurban bayramı münasibətilə tədbirlər təşkil olunub

Türkiyədə qaz hasilatı il ərzində iki dəfədən çox artıb

MN: Hərbi hissələrdə Qurban bayramı mərasimləri qapalı şəkildə keçirilir

Altı əsrdən sonra nəşinin yeri dəyişdirilən sufi aliminin qəbri Lənkərandadır VİDEO

Şuşa sakini: Çox xoşbəxtik ki, Qurban bayramını doğma yurdumuzda qeyd edirik

Bakıda çövkən üzrə dünya çempionatının bağlanış mərasimi olub

Qurban bayramı ilə əlaqədar heyvanların satışı və kəsimi həyata keçirilir

Ağalı sakinlərinin qurbanlarını kəsməsi üçün kənddə səyyar çadır məntəqəsi qurulub VİDEO

Ağdamda şəhid və aztəminatlı ailələrə Qurban sovqatı paylanıb

Rostovdakı istintaq təcridxanasının iki əməkdaşını girov götürən məhkumlar məhv edilib

Prezidentin Mətbuat Xidmətinin məlumatı

COP29 Təşkilat Komitəsinin üzvləri DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ilə tanış olublar

Saatlıda Qurban bayramı münasibətilə şəhid ailələrinə, eləcə də aztəminatlı ailələrə bayram sovqatları paylanılıb

Qafqaz Müsəlmanları İdarəsi Qurban bayramı münasibətilə Gürcüstanda xeyriyyə aksiyası keçirib

Naxçıvanda 8 ünvanda qurbanlıq heyvan kəsimi və satışı təşkil olunub

Sabaha dağlıq və dağətəyi rayonlarda yağıntılar intensiv olacaq, dolu düşəcək

Dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığı xarici portallarda

Biləsuvarda yol qəzası baş verib, xəsarət alanlar var

FHN: Sumqayıt şəhəri ərazisində sursat aşkar edilib VİDEO

Şuşalılar Qurban bayramını 32 ildən sonra doğma yurdlarında qeyd ediblər

Bayramlarla əlaqədar bölgələrə axın müşahidə edilir

Bayramla bağlı 147 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstərilir

Zəngilanda Bayram namazı qılınıb

Avro-2024: Niderland və İngiltərə millisi mübarizəyə başlayır

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə paylaşım edib

Naxçıvan istiqamətində yerləşən mövqelərimiz növbəti dəfə atəşə tutulub VİDEO

İllər sonra Füzuli şəhər sakinləri qurbanlarını doğma yurdda kəsirlər VİDEO

Ulu Öndərin 101 illiyi münasibətilə keçirilən minifutbol çempionatına yekun vurulub

Təzəpir məscidinin imamı: Mağazalarda qurban əti adı altında heyvan kəsilib satılması şəriətə uyğun deyil və Qurban əti sayılmır VİDEO

İmam: Qurban kəsmək müsəlmanlar üçün vacib əməllərdən biridir VİDEO

Mingəçevirdə 10 nəfərin xəsarət alması faktı üzrə araşdırma aparılır

Azərbaycanın ilk Xalq artisti - Hacıağa Abbasov

Şuşada bayram namazı qılınıb VİDEO

Bakıda Qurban bayramı namazı qılınıb VİDEO

GUAM ölkələri nəqliyyat kommunikasiyaları sahəsində əməkdaşlığın gücləndirilməsini müzakirə ediblər

Vətən müharibəsindən sonra 473 hərbçi 566 ədəd yüksək texnologiyalı protezlə təmin edilib

Qurban bayramı: Səxavət, halallıq və həmrəylik rəmzi

® “Rabitəbank” Qurban bayramı ərəfəsində şəhid və qazi ailələrinə dəstək olub

Samuxda yabanı halda bitən 3 tondan çox çətənə məhv edilib

ABŞ-da atışma olub, 9 nəfər yaralanıb

Sunak: Ukraynada sülh Kiyev üçün məqbul şərtlərlə bərqərar edilməlidir

Tramp: ABŞ üçüncü dünya müharibəsi riskindən xilas olmalıdır

Ahıl şəxslər üçün “Fiziki aktivliyin yaşı yoxdur" adlı tədbir təşkil edilib

TDT: Geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru

15 iyun tariximizin ən parlaq səhifələrindən biridir

“Avro 2024”: Son çempion turnirə qələbə ilə başlayıb

Qazaxıstan Almaniyaya bir milyon tondan çox neft tədarük edəcək

Londonda Kral Çarlzın rəsmi doğum günü keçirilib

Avropa çempionatları tarixində ən erkən qol vurulub

Milli Qurtuluş Günündə Şirvanda “Xilaskar” filmi nümayiş olunub

Şimali Kipr Prezidenti Ersin Tatar əlamətdar günlər münasibətilə Azərbaycanı təbrik edib

“Vəhdəti-vücud” günü

Ermənistanda Daşnaksütyun partiyasının 20-yə yaxın üzvü saxlanılıb

“Avro 2024”: İspaniya Xorvatiyaya üç cavabsız qolla qalib gəlib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Şuşa Bəyannaməsi bu müdrik kəlamların həyatiliyinin təsdiqidir – ŞƏRH

Prezident İlham Əliyev Qurban bayramı ilə bağlı paylaşım edib

Azərbaycanda yay turizm mövsümünə start verilib

BDU kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Ulu Öndər Heydər Əliyev həyatının böyük hissəsində Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşıyıb - ŞƏRH

“Qəbələ” klubu fransalı yarımmüdafiəçi ilə vidalaşıb

Türkiyənin Sabancı Universitetinin nümayəndə heyəti SOCAR-da olub

Tbilisidə “Qafqaz evi” ideyası: sülh və təhlükəsizlik” layihəsi çərçivəsində dəyirmi masa keçirilib

“Zirə” braziliyalı hücumçu ilə müqavilə imzalayıb

Fransada fermerler yenidən nümayişə çıxacaqlarını bəyan ediblər

Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycan xalqını təbrik edib

Abşeron rayonunda Milli Qurtuluş Günü təntənə ilə qeyd olunub

ŞKTR parlamentinin spikeri Heydər Əliyevin Azərbaycanın xilasında tarixi rolunu vurğulayıb

Türkiyəli ekspert: Bakı ilə Ankaranın birliyi Türk dünyasının həmrəyliyinin stimuludur VİDEO

Şuşada “Türk dünyası-2040: gələcəyə konseptual baxış” mövzusunda panel sessiya təşkil olunub

“Avro 2024”: İsveçrə millisi Macarıstana qalib gəlib

III Beynəlxalq Bakı Piano Festivalı ərəfəsində mətbuat konfransı keçirilib

Milli Qurtuluş Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib VİDEO

Tahir Mirkişili: İyunun 15-i Azərbaycan tarixinə yeni dövrün başlanğıcı kimi düşüb

Ahıl və tənha vətəndaşlara qarşı dələduzluğa cəlb edilən 14 nəfər saxlanılıb VİDEO

Şuşada partiya diplomatiyasının yeni dialoq platforması olması ilə bağlı müzakirələr aparılıb

Finlandiya quş qripinə qarşı vaksin alır

SOCAR-ın “Eko park”ında QHT nümayəndələri ilə görüş keçirilib

Xocalı prospektinin Yusif Səfərov küçəsi ilə kəsişməsində yol hərəkəti yenidən təşkil edilir

Azərbaycan tamamilə müstəqil siyasət yürüdən ölkə kimi beynəlxalq aləmdə böyük nüfuz qazanıb - RƏY

“Kəpəz” klubu iki legioner futbolçu ilə yollarını ayırıb

Bu il Hindistandan ölkəmizə 90 mindən çox turist gəlib

Azərbaycan torpaqlarının işğaldan azad edilməsi Qafqazda sülhün bərqərar olması deməkdir

Hulusi Kılıç: Şuşa Bəyannaməsi regionda sülhün, sabitliyin və təhlükəsizliyin təminatıdır

Kənan Quluzadə: Bu il turist sayının 2019-cu ilin rəqəmlərinə yaxınlaşacağına inanırıq

Azərbaycanda ilk və tək qadın futbol məşqçisini yaxından tanıyaq

Aygün Attar: Şuşa Bəyannaməsi TDT-də birliyi gücləndirən amillərdən biridir

Baş Prokurorluq: Beynəlxalq axtarışda olan şəxs Avstriyaya təhvil verilib

Türkiyənin nazirləri Azərbaycan rəhbərliyini və xalqını Milli Qurtuluş Günü münasibətilə təbrik ediblər

Səməd Seyidov: Bu gün tamamilə başqa bir Azərbaycanın, Türk dünyasının şahidiyik

700 bal toplayan Şəki məktəblisi: Gələcəkdə süni intellekt sahəsində Azərbaycanı layiqincə təmsil edəcəyimə inanıram VİDEO

Polis bayram günləri ilə əlaqədar gücləndirilmiş iş rejimində xidmətini davam etdirir VİDEO

Kayrat Osmonaliyev: Türk dünyası üçün təhlükəsizlik sisteminin yaradılması məsələsini gündəmə gətirməyin vaxtıdır

Qırğız diplomat: TDT-nin gücü onu təşkil edən dövlətlərin birliyindədir

DSX-nın Xüsusi Məktəbində tədris ilinin başa çatması ilə əlaqədar “Son zəng” tədbiri keçirilib VİDEO

Milli Qurtuluş Günü Tbilisidə qeyd edilib

Paris Olimpiadasına lisenziya qazanan boksçularla görüş olub

Bakıda “Sevgi Meksikadır” adlı konsert proqramı təqdim olunub VİDEO

Beynəlxalq konfransda Qarabağda minalanmış ərazilərin ekologiyaya vurduğu ziyandan danışılıb