İDMAN
Uşaqlar arasında şahmat və dama üzrə yarışlar keçirilib
Bakı, 25 may, AZƏRTAC
Mayın 25-də Səbail Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 6 nömrəli filialında 236 nömrəli tam orta məktəbin şagirdləri arasında şahmat və dama üzrə yarışlar keçirilib.
AZƏRTAC xəbər verir ki, “Bakı-2015” birinci Avropa Oyunlarına həsr olunmuş yarışlarda V və VII sinif şagirdləri iştirak ediblər.
Sonra 236 nömrəli məktəbin müəllimi Şakir Quliyev çıxış edərək birinci Avropa Oyunlarının əhəmiyyətindən danışıb, idmançılarımızın qələbələr qazanacağına ümidvar olduğunu bildirib və onlara uğurlar arzulayıb.
Kitabxanada təşkil edilmiş yarışda qalib gələn və fərqlənən oyunçulara fəxri fərman və hədiyyələr təqdim olunub.