İQTİSADİYYAT
Vətəndaş müraciətlərinin yerində araşdırılması davam etdirilir
Bakı, 15 mart (AZƏRTAC). Martın 15-də əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov Salyan rayonunda vətəndaşlar ilə görüşmüşdür.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, görüşdə vətəndaşların müraciətləri yerində və onların şəxsən iştirakı ilə araşdırılmışdır. Araşdırmalar nəticəsində əsassız şikayət ərizələri ilə yanaşı, haqlı narazılıqların olduğu da müəyyən edilmişdir.
İ.Rəhimov vətəndaşların haqlı narazılığına səbəb olan halların ciddi şəkildə araşdırılması, vəzifəsində nöqsanlara yol vermiş əməkdaşlar barədə tədbirlər görülməsi barədə tapşırıqlar vermişdir.
Görüşdə yoxsulluq vəziyyətindən çıxmaq üçün potensial imkanlara malik olan ailələr də müəyyən edilmiş və onların gələcəkdə fəal sosial müdafiə tədbirlərinə, o cümlədən “Özünədəstək” proqramına cəlb edilmələri qərara alınmışdır.