Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

VI Bakı Beynəlxalq Humanitar Forumu: Azərbaycanda təhsil almış məzunların ilk görüşü keçirilib YENİLƏNİB 2 VİDEO

Bakı, 26 oktyabr, AZƏRTAC 

Altıncı Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində oktyabrın 26-da ADA Universitetində Azərbaycanda təhsil almış məzunların ilk görüşü və "Gələcəyə sərmayə: davamlı və inklüziv inkişafa doğru" mövzusunda "dəyirmi masa" keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirə ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev moderatorluq edib. Azərbaycanda təhsil almış əcnəbi məzunların ilk görüşünün keçirilməsi təşəbbüsünü yüksək dəyərləndirən Hafiz Paşayev hazırda həmin insanların öz ölkələrində müxtəlif vəzifələrdə çalışdıqlarını deyib. Diqqətə çatdırıb ki, bu ilin sentyabr ayında ADA Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Azərbaycan Dillər Universitetinin əsasında Azərbaycan Əcnəbi Məzunlarının Beynəlxalq Assosiasiyası yaradılıb.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdir müavini Hikmət Hacıyev Prezident İlham Əliyevin tədbir iştirakçılarına təbrik məktubunu oxuyub.

Tədbirdə xarici işlər naziri Elmar Məmmədyarov sovet dövründə respublikamızda təhsil almış əcnəbilərin Azərbaycan haqqında həmişə xoş təəssüratlarını bölüşdüklərini diqqətə çatdırıb. O zaman respublikanın, demək olar, bütün ali məktəblərində əcnəbi tələbələrin təhsil aldıqlarını deyən nazir indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, Azərbaycan Dillər Universitetinin sovet dövründə əcnəbilər arasında çox populyar olduğunu qeyd edib. Bildirib ki, müasir müstəqil Azərbaycan Respublikasında əcnəbi tələbələrin təhsil almalarına hər cür şərait yaradılıb.

Tələbəlik dövrünün insan həyatında ən gözəl illər olduğunu deyən Elmar Məmmədyarov özünün Ukraynada təhsil aldığını, Kiyev şəhərində keçirdiyi illəri həmişə xatırladığını söyləyib, Azərbaycanda təhsil almış insanların da burada keçirdikləri illəri unutmadıqlarına əminliyini bildirib.

Təhsil naziri Ceyhun Bayramov bildirib ki, bu görüşün təşkili sayəsində əcnəbi məzunların təkcə Azərbaycanla bağlı xatirələrini bölüşmələri deyil, həm də onların ölkəmizin inkişafını görmələri üçün imkan yaranıb. Müasir müstəqil Azərbaycanda daha çox əcnəbi tələbə cəlb etməyə səy göstərildiyini deyən nazir hazırda respublikamızda onların sayının 6 mini ötdüyünü, habelə ali təhsilin beynəlmiləlləşməsi üçün təqaüd proqramının həyata keçirildiyini bildirib. Qeyd edib ki, tələbələr multikulturalizmin daşıyıcılarıdır. Onlar ölkələr arasında hərəkət edib dünyaya mənsub olduqları xalqın mədəniyyətini yayırlar. Bu isə insanların bir-birini daha yaxşı anlamalarına, həmçinin ölkələr arasında gələcəkdə daha yaxşı münasibətlər qurmalarına töhfə verir.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik Akif Əlizadə Bakı Beynəlxalq Humanitar forumlarının qlobal xarakterli elmi-humanitar məsələlərin geniş müzakirə edildiyi, mühüm qərarların qəbul olunduğu mötəbər tədbirə çevrildiyini deyib. Elmi nailiyyətlərin artmasından söz açan akademik deyib ki, əgər XX əsr fizika əsri adlandırılırdısa, alimlər XXI əsrin biologiya əsri olacağını güman edirlər. Belə ki, dünyada biologiya istiqamətində elmi kəşflər yüksək iqtisadi səmərəsini göstərməkdədir. Hər yerdə, xüsusən, inkişaf etmiş ölkələrdə, humanitar elmlərə az diqqət ayrıldığını təəssüflə qeyd edən akademik müasir dünyanı anlamaq üçün mədəniyyət istiqamətinə xüsusi fikir verilməsinin vacibliyini bildirib, bu baxımdan dərin və hərtərəfli biliklərə əsaslanan mədəniyyətin önəmini vurğulayıb. Ulu öndər Heydər Əliyevin “İqtisadiyyat hansı vəziyyətdə olursa-olsun, elm inkişaf etməlidir” sözlərini xatırladan AMEA-nın prezidenti Azərbaycanda elmi nailiyyətlərdən, bu gün elmin inkişafına göstərilən dövlət qayğısından söhbət açıb. Ölkəmizin tarixi torpaqlarının Ermənistan tərəfindən işğal və etnik təmizləməyə məruz qaldığını diqqətə çatdıran Akif Əlizadə Azərbaycan hökumətinin qaçqın və məcburi köçkünlərin problemlərinin həlli üçün əlindən gələni etdiyini vurğulayıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov qeyd edib ki, ölkənin parlaq gələcəyinin təmin edilməsi Azərbaycan hökumətinin prioritetlərindən biridir. Diasporla İş üzrə Dövlət Komitəsi hökumətin prioritetlərini dəstəkləyərək öz fəaliyyətində müasir dövrün tələblərini nəzərə alır. Qarşıda duran əsas məqsədlərdən birinin Azərbaycanın diaspor təşkilatları ilə əlaqələrin daha da genişləndirilməsi olduğunu deyən Fuad Muradov Dövlət Komitəsinin fəaliyyəti haqqında ətraflı məlumat verib. Azərbaycanda əcnəbi tələbələrin təhsil aldığını qeyd edən komitə sədri bunun ölkəmizin haqq səsinin dünyaya çatdırılması baxımından önəmli olmasına diqqət çəkib, Assosiasiyanın yaradılmasını yüksək qiymətləndirib.

"Dəyirmi masa" çərçivəsində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) tərəfindən Azərbaycan Əcnəbi Məzunlarının Beynəlxalq Assosiasiyasının təqdimatı keçirilib.

Azərbaycanda təhsil almış əcnəbi məzunlar tərəfindən daxil olmuş çoxsaylı müraciət əsasında yaradılan təşkilatın təsisçiləri ADA Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Azərbaycan Dillər Universitetidir. Assosiasiyanın yaradılmasında əsas məqsəd Azərbaycanda təhsil almış əcnəbi vətəndaşların bir araya gətirilməsi, əcnəbi tələbələr və onların təhsil aldıqları universitetlər arasında qarşılıqlı əlaqənin yaradılması, maraqlı şəxslər və təşkilatların əcnəbi məzunlarla əməkdaşlığa cəlb olunmasıdır. Assosiasiyanın tərəfdaşları qismində Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyi çıxış edir.

Tədbir "Mədəni müxtəlifliyin dayanıqlı inkişafda rolu", "Enerji dayanıqlı və inklüziv inkişafın mərkəzində", "İnsan potensialının formalaşması dayanıqlı inkişafın əsas amili kimi" mövzularında panellərlə davam edib.

"Mədəni müxtəlifliyin dayanıqlı inkişafda rolu" mövzusunda panelə moderatorluq edən Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdulla tədbirdəki çıxışların təkcə Azərbaycan deyil, digər ölkələr üçün də əhəmiyyət daşdığını deyib. O, multikulturalizmin Azərbaycanda həyat tərzi olduğunu vurğulayıb.

Paneldə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri, beynəlxalq münasibətlər sahəsində tanınmış ekspert Arye Qut Azərbaycan xalqının tolerantlığından, əsrlərboyu bu ölkədə müxtəlif xalqların, dillərin, dinlərin nümayəndələrinin dinc yanaşı yaşamasından geniş söhbət açıb.

Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının rektoru professor Əziz Əliyev rəhbərlik etdiyi təhsil müəssisəsi haqqında ətraflı məlumat verib. Qeyd edib ki, universitetin fəaliyyəti mədəni müxtəlifliyin dayanıqlı inkişafında böyük rol oynayır. Bugünədək universitetdə Moskvadan gələn 174 professor-müəllim mühazirə oxuyub, praktik dərslər keçib. Hər il filial əlaçı tələbələrin bir hissəsini Moskva, ABŞ və Almaniyanın qabaqcıl klinikalarına göndərir. Tələbələr Azərbaycanda və Moskvada keçirilən konfranslarda məruzələrlə çıxış edirlər.

Paneldə Ukraynada "Piraeus Bank"ın idarə heyətinin üzvü Sergey Naumov, Peru Hökumətinin Baş Nəzarət İdarəsinin rəisi Qabriel Sançez Perez tələbəlik illəri ilə bağlı xatirələrini bölüşüblər.

"Enerji dayanıqlı və inklüziv inkişafın mərkəzində" mövzusunda panelə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru professor Mustafa Babanlı moderatorluq edib.

Paneldə Laos Xalq İnqilabı Partiyası Mərkəzi Komitəsinin xarici əlaqələr komitəsinin sədr müavini Somdi Bunhum, Macarıstanın Miskolc Universitetinin fəxri professoru Abraham Cosef, Vyetnamda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət və Tarixşünaslıq Mərkəzinin direktoru Tien Dao, Misirin Helvan Universitetinin professoru Mona Zedan Amer çıxış ediblər. Azərbaycan dilində çıxış edən Mona Zedan Amerin səsləndirdiyi “Sarı gəlin” mahnısı alqışlarla qarşılanıb.

"İnsan potensialının formalaşması dayanıqlı inkişafın əsas amili kimi" mövzusunda panelə isə ADA Universitetinin prorektoru Fariz İsmayılzadə moderatorluq edib.

Paneldə Türkiyənin İğdır Sənaye Zonasının sahə meneceri Hakan Aras, Qazaxıstanın PARASAT Sistem Araşdırması İnstitutunun sosial və mədəni inkişaf şöbəsinin aparıcı eksperti Nailə Almuhamedova, Livanın İnkişaf və Bərpa Şurasının layihə rəhbəri Akram Tarhini çıxış ediblər.

Çıxış edənlər Azərbaycanla bağlı xoş təəssüratlarını bölüşüb, ölkənin qədim ənənələrini, zəngin mədəniyyətini və yüksək səviyyəli inkişafını vurğulayıblar.

Tədbirdə vaxtilə Azərbaycanda təhsil almış 25 ölkədən 60-dan çox əcnəbi tələbə, İslam Əməkdaşlıq Təşkilatına və Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları üçün Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə ali təhsil müəssisələrində təhsil qrantlı proqramlar çərçivəsində hazırda ölkəmizdə təhsil alan əcnəbi tələbələr, dövlət və hökumət rəsmiləri, ali məktəblərin rəhbərləri, elm ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

VI Bakı Beynəlxalq Humanitar Forumu: Azərbaycanda təhsil almış məzunların ilk görüşü keçirilib YENİLƏNİB 2 VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İstanbul derbisi: “Fənərbağça” doğma meydanda “Beşiktaş”a qalib gəlib

Ankarada keçirilən forumda Qərbi Azərbaycanın tarixi irsi müzakirə olunacaq

“Rəqsin ürəyi Şəkidə döyünür” adlı konsert proqramı təqdim olunub

İndoneziya sahillərində güclü zəlzələ baş verib

Moskvada Qara Qarayev adına beynəlxalq müsabiqənin laureatlarının qala-konserti keçirilib

“Şuşanın musiqi mədəniyyəti: tarix və inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilib

Moskva Dövlət Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib

Premyer Liqa: "Sabah" doğma meydanda "Səbail"ə qalib gəlib

Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub

Sumqayıtda kanalda batan uşağın cəsədi tapılıb

Tovuzda üç nəfərin ağır xəsarət alması ilə nəticələnən qəza baş verib VİDEO

Abşeron rayonunda ağır cinayətin üstü isti izlər əsasında açılıb

“Təbiət konsepsiyası və onun ədəbiyyat və musiqidə inikası” mövzusunda elmi-praktik konfrans keçirilib

"Ocaq Sport" Klubunun yeni zalının açılışı olub VİDEO

Pakistanın hərbi təhsil üzrə nümayəndələrinə Azərbaycan Ordusundakı islahatlar barədə məlumat verilib

® "Nar"dan sərfəli smartfon təklifi

ARDNF-nin ən böyük texnologiya şirkətlərinə olan investisiyasının həcmi 1,7 milyard dolları ötüb - EKSKLÜZİV

İmişli-Biləsuvar yolunda avtomobil aşıb, ölənlər və yaralılar var

Azərbaycan taekvondoçusu Estoniyada keçirilən turnirdə gümüş medal qazanıb

Baş direktor: COP29-un Azərbaycanda keçirilməsi ölkənin bərpaolunan enerji mənbələrinə keçiddə potensialını göstərir

Birinci siniflərə qəbulla bağlı 326 alternativ qeydiyyat mərkəzi yaradılıb

Zirvələrə yüksələn zərif insan ömrü

Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər

Yardımlıda dağlıq ərazidə köməksiz vəziyyətdə qalan vətəndaş xilas edilib

Kür çayının Şirvan məntəqəsində suyun səviyyəsi 10 santimetr azalıb

Kubadakı nağd pul çatışmazlığı inflyasiya böhranını daha da artırır

Premyer Liqa: “Liverpul” çempionluq yolunda vacib xal itirib

Azərbaycan-Almaniya əlaqələri yüksələn xətlə inkişaf edir ŞƏRH

Avropa çempionatı: Azərbaycanın bir cüdoçusu finalda, ikisi bürünc medal qazana bilər

Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Baş Dövlət Yol Polis İdarəsi sürücülərə müraciət edib

Azərbaycan Qırğızıstana neft məhsulları tədarük edəcək

Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər

Rusiyada “Krokus Siti Holl”da terror aktı ilə bağlı 12-ci şübhəli həbs edilib

FHN-in komandası Ulu Öndərin xatirəsinə həsr olunan minifutbol turnirində finala çıxıb

Azərbaycanın Türk dünyası, o cümlədən Qırğızıstanla əməkdaşlığının perspektivləri ŞƏRH

İrəvanda milli maarifçilik mühitinin inkişafında azərbaycanlı ziyalıların rolu - Araşdırma

“Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində respublika müşavirəsi keçirilib

Azərbaycan Basketbol Liqası: “Gəncə” müntəzəm mövsümü beş qələbə ilə bitirib

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar

Dördqat Avropa çempionu: Tarixi uğurları və yeni rekordları sevirəm

Ümummilli Lider Heydər Əliyevin doğum günü münasibətilə 1300-dən çox müxtəlif növ ağac əkilib

Tanınmış basketbol hakimi hava limanında ətir oğurlayarkən saxlanılıb

Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub

Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Ağcabədidə bir sıra görüşlər keçirib

Dövlət Neft Fondu “Tesla” və “İntel” şirkətlərinin səhmlərini alıb - EKSKLÜZİV

Qanalı qeyri-adi rekordla Ginnesin Rekordlar Kitabına düşüb

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə "Qərbi Azərbaycana qayıdış" olimpiadasında 3371 nəfər iştirak edib

Akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib

“Dəniz Komando Təməl kursu”nun buraxılış mərasimində qazaxıstanlı hərbçilər də iştirak ediblər VİDEO

Abşeron rayonunda akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü qeyd edilib

Şahin Bayramov: Bu saziş Azərbaycanla Qırğızıstan arasında elm və təhsil əlaqələrinin gücləndirilməsinə ciddi zəmin yaradır

Dmitri Peskov: Moskva Azərbaycanla Ermənistan arasında sülh sazişinin tezliklə imzalanmasının tərəfdarıdır

İstanbul derbisi: “Fənərbağça” “Beşiktaş”a qarşı

DSX aparatında Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib VİDEO

“Qərbi Azərbaycana qayıdış” olimpiadasında Şəki-Zaqatala üzrə 279 şagird biliyini sınayıb

“Koroğlu”da polisdən qaçmaq istəyən narkokuryer barəsində cinayət işi başlanılıb VİDEO

Monteneqro Prezidentinə “Qarabağ işğaldan əvvəl və sonra” kitabı təqdim edilib

İri Avropa hava limanı sərnişinlərin yoxlanılması müddətini 3 saniyəyədək azaldıb

NASA-nın rəhbəri xalqları iqlim dəyişikliyi ilə mübarizədə səyləri birləşdirməyə çağırıb

Qubada akademik Zərifə Əliyevaya həsr olunmuş “Zəriflik” adlı tədbir keçirilib

“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikasının Hökuməti və “ACWA Power Azerbaijan Renewable Energy” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında “Dəyişikliklər edilmiş və yenidən tərtib olunmuş İnvestisiya müqaviləsi”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Azərbaycan Respublikasının təmsil edilməsi ilə bağlı bəzi məsələlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BDU professorunun 85 illik yubileyi qeyd olunub

Sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Naftalanda akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunan aksiya keçirilib

Monteneqro Prezidenti: Azərbaycan bizim üçün dost ölkədir

Rusiyada əcnəbilər yalnız biometriya ilə sim-kart əldə edə biləcək

Naxçıvan Bеynəlxаlq Hаvа Limаnındа kompleks mülki müdafiə təlimi keçirilib

Böyük Britaniyada miqrantlar haqqında qanunun qəbulu qaçqınların İrlandiyaya axınına səbəb olub

Türkiyəyə qanunsuz yollarla daxil olan 38 nəfər saxlanılıb

Bakıdakı Rus evində Beynəlxalq Rəqs Günü qeyd edilib

Sabirabad rayonu ərazisində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq

Səbail rayonunda qızıl mağazasından oğurluq edən saxlanılıb VİDEO

AzPMA-nın rəhbəri: Gələcəkdə digər universitetlərdə də layihə menecmenti ixtisasının təsis olunması üçün danışıqlar aparırıq

Sosial şəbəkələrdə dələduzluq yolu ilə 19 nəfərin kartını talayıb öz hesabına köçürən şəxs saxlanılıb

Azərbaycan şahmat millisinin məşqçisi: Avropa çempionatında əldə edilən nəticələr ümidvericidir

Prokurorluq əməkdaşları 2 hektar ərazidə 1500-dən çox ağac əkiblər

Bakıdakı Rus evinin Ədəbiyyat klubu çərçivəsində “açıq marafon” keçirilib

Naxçıvanda “İqlim dəyişikliyinin əməyin mühafizəsinə təsiri” mövzusunda konfrans keçirilib

Alimlər: Pilləkənlərlə qalxmaq ömrü uzadır

Çempionlar Liqası: Pley-off mərhələsində ən çox qol vuran futbolçular açıqlanıb

Yasamalda oğurluq edən şəxslər təhlükəsizlik kameralarına düşüb VİDEO

Azərbaycanın idman gimnastı Avropa çempionatında tarixi medal qazanıb

“Azərkosmos”: Ölkəmizin əldə etdiyi təcrübə regional və qlobal kosmik tədbirlərə ev sahibliyi etməyə imkan verir

ABŞ-ın üç ştatı güclü tornadonun təsirinə məruz qalıb - FOTO

Sakit okeanda 6,9 bal gücündə zəlzələ olub

Azərbaycanın gənc taekvondoçuları da Prezident Kubokuna qatılacaqlar

Xətai rayonunda “Kəlağayı festivalı” keçirilib

“İsmayıllı etnomühitindəki azsaylı xalqların folkloru” kitabının təqdimatı olub

Bakıda “Big Band Workshop” adlı ustad dərsləri keçiriləcək

ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb VİDEO

Azərbaycan klubu iki basketbolçu ilə vidalaşır

Aprelin 27-si Beynəlxalq Baytar Həkimi Günüdür

Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” olimpiadası keçirilib 

Səhiyyə Nazirliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunan fləş-mob təşkil edib

“Mənim yaşıl dünyam” adlı rəsm müsabiqəsi keçirilib

İçərişəhərdə “DivanSaatı” layihəsi çərçivəsində Elçin Hami Axundov ilə görüş

Yaxın günlərdə Laçının Sus kəndinə köçürüləcək ailələr bəlli olub