Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Vüqar Rəhimzadə: Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Zəfər adı xalqımıza çox yaraşır

Vüqar Rəhimzadə: Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Zəfər adı xalqımıza çox yaraşır

Bakı, 22 aprel, AZƏRTAC

Bu günlər dünyanın diqqəti yenidən Azərbaycanın döyünən ürəyi, Türk dünyasının mədəniyyət paytaxtı Şuşaya yönəldi. Tarixi Zəfərimizdən sonra keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı tarixə Zəfər Qurultayı kimi daxil oldu. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev dünya azərbaycanlılarının qarşısında proqram xarakterli nitqində həm Qələbəmizə gedən yola, həm Azərbaycanın 44 günlük İkinci Qarabağ müharibəsində göstərdiyi qəhrəmanlığa, şücaətə, postmünaqişə dövrünün reallıqlarına, diasporumuzun ötən illər ərzində təşkilatlanması, vahid məqsəd uğrunda mübarizə aparması istiqamətində atılan addımlara, həqiqətlərimizin dünya ictimaiyyətinə çatdırılmasına verdiyi töhfələrə bir baxış keçirdi, həm də qarşıdakı dövrün prioritetlərini açıqladı. Əsas hədəf Zəfərimizin reallıqlarını dünya ictimaiyyətinə çatdırmaqdır. Bunun üçün səfirliklərimizin, diaspor təşkilatlarının daha səylə çalışmalarına çağırışlar edildi. Zəfər Qurultayı hər bir azərbaycanlı üçün qürurvericidir. 30 ildən sonra Şuşanın dünya azərbaycanlılarını bir araya gətirməsi, buradan Ermənistana və ona havadarlıq edən dövlətlərə bir daha mesajların ünvanlanması Azərbaycan dövlətinin qətiyyətinin, ordumuzun gücünün, xalqımızın birliyinin, həmrəyliyinin sayəsində yazılan tarixin nəticəsidir. Müzəffər Ali Baş Komandan bir daha bildirdi ki, 44 günlük müharibədə tarixi Zəfərdən sonra dünya azərbaycanlılarının qurultayının Şuşada keçirilməsinin tarixi əhəmiyyəti və rəmzi mənası var. Müharibədə Zəfər, Şuşaya aparan Zəfər yolu, ölkəmizin müxtəlif guşələrində Zəfər muzeylərinin yaradılması və sair kimi mühüm məqamlar özündə böyük bir mənanı ehtiva edir. Azərbaycan qalib ölkə, xalqımız müzəffər xalq, ordumuz dünyanın ən güclü ordusu kimi tarixə yazıldı. Ölkəmizin Prezidentinin qeyd etdiyi kimi, Zəfər adı xalqımıza çox yaraşır.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə AZƏRTAC-a açıqlamasında deyib.

V.Rəhimzadə dövlətimizin başçısı İlham Əliyevin çıxışında əksini tapan məqamlara diqqəti yönəldərək bildirib ki, müstəqillik dövründə yetişən, vətənpərvərlik ruhunda böyüyən gənclərin tarixi Zəfərin qazanılmasında misilsiz xidmətləri var. Müzəffər Ali Baş Komandan bütün çıxışlarında, o cümlədən Zəfər Qurultayında hər birimizdə böyük qürur hissi yaradan bu məqamı xüsusi qeyd edib. Bu gənclik müstəqillik dövründə, ümummilli lider Heydər Əliyevin siyasi irsi, azərbaycançılıq ideologiyasının təsiri altında, Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə formalaşıb. Gənclərimiz silaha sarılaraq qanları, canları ilə tarix yazıblar və bir daha sübut ediblər ki, torpaq əgər uğrunda ölən varsa, Vətəndir. Şəhidlərimizin qəhrəmanlığı, şücaəti bir məktəbdir. İndiki və gələcək nəsillər bu məktəbdən bəhrələnərək milli ruhda, vətənpərvərlik ruhunda böyüyəcək, şəhidlərimizin qanı, canı bahasına alınan torpaqlarımızı göz bəbəyi kimi qoruyacaq, üçrəngli bayrağımızı daim zirvələrdə dalğalandıracaqlar.

YAP Xətai rayon təşkilatının sədri Dünya Azərbaycanlılarının I Qurultayının keçirildiyi 2001-ci ilin Azərbaycanı ilə bugünkü Azərbaycanın paralel şəkildə müqayisəli təhlilini aparıb: “O zaman, həmçinin dövlətimizin başçısı İlham Əliyevin Prezidentlik dövründə keçirilən qurultaylarda bir məqsəd, məram açıqlanırdı: Torpaqlarımızı işğalçılardan təmizləmək, Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək. Azərbaycan Prezidenti İlham Əliyev çıxışında ulu öndər Heydər Əliyevin Dünya Azərbaycanlılarının I Qurultayındakı nitqində səsləndirdiyi bu çağırışa da diqqəti yönəltdi: “Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, işğal altında olan torpaqlar işğaldan azad ediləcək və Azərbaycan xalqı öz dədə-baba torpaqlarına qayıdacaq”. Həmin vaxtdan ötən dövr ərzində Azərbaycan iqtisadi cəhətdən daha da möhkəmlənib, güclü, qüdrətli ordu formalaşdırılıb, bu gün artıq tarixə qovuşan Dağlıq Qarabağ münaqişəsinin həllində möhkəm hüquqi baza formalaşıb. Azərbaycana beynəlxalq dəstək artıb. Ölkəmizin ikitərəfli və çoxtərəfli müstəvidə əlaqələri yüksələn xətlə inkişaf edərək həqiqətlərimizin dünya ictimaiyyətinə dolğun şəkildə çatdırılmasına geniş imkanlar yarandı. Bu fonda böyük inam və fəxrlə qeyd edə bilərik ki, Ulu Öndərin layiqli davamçısı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Onun bu istəklərini, arzularını gerçəkləşdirib. Dünya Azərbaycanlılarının V Qurultayı üçün Qarabağın, Türk dünyasının mədəniyyət paytaxtı Şuşanın məkan seçilməsi özündə bütün məqamları birləşdirməklə yanaşı, onları bütün təfsilatı ilə həm ölkə, həm də dünya ictimaiyyətinə çatdırır”.

Qeyd olunub ki, ölkəmizin Prezidenti Şuşada dünya azərbaycanlılarının qarşısındakı nitqində də bu sevinci xüsusi vurğulayıb: “Şuşa öz doğmalarını bax, belə günəşli hava ilə qarşılayır və bu, bir daha onu göstərir ki, bura bizim tarixi torpağımızdır. Hətta təbiət, günəş də bizimlə həmrəydir”.

“Hər bir tarixi hadisə, keçirilən hər bir tədbir Zəfərimizin reallıqlarının təbliğində əhəmiyyətli rol oynayır. Ötən dövrün hesabatını özündə əks etdirən Zəfər Qurultayından Ermənistana və ona dəstək verən dövlətlərə bir daha mesajlar ünvanlandı, tarixə qovuşan münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirmək üçün 1992-ci ildə yaradılan ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyindən, Ermənistanın imitasiya naminə danışıqlar aparmasına göstərilən dəstəkdən, Azərbaycanın hər zaman sülh siyasətinə sadiqlik nümayiş etdirməsindən də geniş bəhs olundu. Bir daha açıqlandı ki, ədalət, beynəlxalq hüquq deyilən məfhumlar var, münaqişəli məsələlərin həllində onların rolu inkaredilməzdir. Necə ki, Azərbaycan Ordusu bu günədək yaradılan hüquqi bazaya söykənərək düşməni döyüş meydanında məğlub etdi, Cənubi Qafqazda erməni faşizmini məhv etdi. Dövlətimizin başçısı İlham Əliyev nitqində erməni faşizminin təzahürlərinin qaldığını bir daha vurğulayaraq onu da əlavə etdi ki, Ermənistanda bəzi dairələr və dünya erməniliyi Azərbaycanı hədələməyə çalışırlar. İkinci Qarabağ müharibəsinin tarixçəsi onların yadından çıxmamalıdır. Bu gün Azərbaycan Ordusu daha güclüdür və istənilən vəzifəni icra edə bilər”, - deyə V.Rəhimzadə bildirib.

YAP Xətai rayon təşkilatının sədri diqqətə çatdırıb ki, postmüharibə dövrünün reallığı Azərbaycanın bu çətin sınaqdan da şərəflə çıxdığını və bütün dünyanın regionda yaranmış yeni reallığı qəbul etdiyini göstərir. Azərbaycan təkcə Ermənistanla, dünya erməniliyi ilə müharibə aparmayıb, onun himayədarları ilə də müharibə aparıb və Qələbə qazanıb. Qələbənin tarixi əhəmiyyəti həm Azərbaycanın, həm də Prezident İlham Əliyevin yürütdüyü siyasətin təntənəsidir. Xaricdə yaşayan milyonlarla azərbaycanlı Azərbaycanın haqq səsini yaşadıqları ölkələrin ictimaiyyətinə çatdırdı. Bu gün də bu işin davam etdirilməsinə böyük zərurət var.

V.Rəhimzadə diqqəti dövlətimizin başçısı İlham Əliyevin Zəfər Qurultayında Azərbaycan diasporunun qarşısında qoyduğu vəzifələrə yönəldib: “Diaspor təşkilatları, bütün fəallar yeni reallıqları dünya ictimaiyyətinə çatdırmalıdırlar. Xaricdə yaşayan azərbaycanlıların bu sahədə imkanları daha genişdir. Azərbaycanlılar yaşadıqları ölkələrin ictimaiyyətini maarifləndirməli, Qarabağın, Zəngəzurun tarixini, Kürəkçay, Gülüstan, Türkmənçay sülh müqavilələrinin mahiyyətini, Dağlıq Qarabağ Muxtar Vilayətinin yaranması, 1940-1950-ci illərdə azərbaycanlıların Ermənistandan kütləvi deportasiyası barədə həqiqətləri, Azərbaycan reallıqlarını, postmünaqişə dövrünün gerçəkliklərini onlara çatdırmalıdırlar”.

YAP Xətai rayon təşkilatının sədri tarixə Zəfər Qurultayı kimi yazılan Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsinin özündə ehtiva etdiyi rəmzi məna ilə yanaşı, bu özəlliyi də xüsusi qeyd edib ki, ötən qurultaylarda Azərbaycanın uğurlarından geniş bəhs olunsa da, torpaqlarımızın işğal altında olması mənəvi sıxıntı yaradırdı: “Prezident İlham Əliyev 44 günlük İkinci Qarabağ müharibəsi dövründə xarici mətbuata çoxsaylı müsahibələrində də bəyan etmişdir ki, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli milli qürur məsələsi idi. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, ərazi bütövlüyümüz təmin olundu. Milli qürurumuz özümüzə qayıtdı, torpaqlarımızın əsl sahibi kimi bərpa və quruculuq işlərini uğurla davam etdirir, soydaşlarımızın Böyük Qayıdışına səy göstəririk. Dövlətimizin başçısı İlham Əliyevin “Bu gün alnımız açıqdır, üzümüz gülür, başımız dikdir və həmişə belə olacaq. Bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi, Azərbaycan dövləti qalib dövlət kimi əbədi yaşayacaq” fikirləri bugünkü qalib Azərbaycanın, yenilməz xalqımızın təqdimatı olub”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Almaniyada “Freche Freunde” körpə qidasi satışdan çıxarılıb

Ankarada Azərbaycan mədəniyyətinin Türkiyədə təbliğinin aktivləşdirilməsi yolları müzakirə edilib

İndoneziyada Ruanq vulkanının püskürməsi nəticəsində 12 min sakin təxliyə edilib

Los-Anceles yaxınlığında zəlzələ baş verib

Azərbaycan Mərakeşdə Beynəlxalq Poeziya Festivalında təmsil olunub

Pianoçu Olqa Domnina: Avropada Azərbaycan musiqisini daha fəal şəkildə təbliğ etmək lazımdır

Azərbaycanla Avstraliya İttifaqının Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin ilk iclası keçirilib

Araşdırma - İnsan genlərini tənzimləyən süni intellekt vasitəsi hazırlanıb

Britaniya polisi Ruandaya deportasiya ediləcək ilk şəxslərin evlərinə basqın edib

Azərbaycan ilə İtaliya arasında bütün sahələrdə əməkdaşlığın daha da inkişafı üçün geniş perspektivlər mövcuddur

Azərbaycan-UNESCO əməkdaşlığı müzakirə olunub

Türkiyə Ali Məşvərət Şurasının iclası keçirilib

Azərbaycanla İran arasında mədəni əməkdaşlıqla bağlı məsələlər müzakirə olunub

Rusiya Federasiyası ilə mədəni əməkdaşlığın perspektivləri nəzərdən keçirilib

Mədəniyyət naziri rusiyalı həmkarı ilə görüşüb

VI Mədəniyyətlərarası Dialoq Forumu xarici mətbuatın diqqət mərkəzində

Gürcüstan parlamenti “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini ikinci oxunuşda qəbul edib

Azərbaycan Basketbol Liqası: "Xəzri" pley-offa böyük hesablı qələbə ilə start verib

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ilk günü başa çatıb

Səlahiyyətli nümayəndə Naxçıvanda voleybol idman sahəsi üzrə görülmüş işlərlə maraqlanıb

“Təhsilin və gənclərin ayrı-seçkilik və ksenofobiya ilə mübarizəyə cəlb edilməsinin rolu” mövzusunda müzakirələr aparılıb

Prezident İlham Əliyevin Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki fikirləri Gürcüstan mətbuatının diqqət mərkəzində olub

Bakı Forumu: Qlobal mədəni intibah naminə mədəniyyətlərarası dialoqun təşviqi

“Xalqımızın hürriyyəti yolunda Azərbaycan Cümhuriyyəti” - Tarix Muzeyində açıq dərs

“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb

NAFSA-nın prezidenti: Azərbaycan hökumətinin müxtəlif mədəniyyətləri bir araya gətirməsi möhtəşəm bir haldır

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Dini liderlərin Bakı görüşü təşkil olunub

Dövlət Komitəsinin sədri ilə ABŞ-ın Etnik Anlaşma Fondunun prezidenti arasında görüş keçirilib

DQİDK sədri Rusiyanın baş ravvini ilə görüşüb

KOICA-nın Azərbaycanda kəhriz su sistemlərinin bərpası ilə bağlı layihəsi yekunlaşıb

İraq parlamentinin spikeri Azərbaycan-Ermənistan sülh prosesi barədə məlumatlandırılıb

Asiya İnkişaf Bankı ilə gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub

Malayziya Senatının sədri: COP29-un Bakıda keçirilməsi Azərbaycana göstərilən etimadın təzahürüdür

Bu ilin I rübü üzrə ümumölkə yerüstü televiziya yayımçılarının proqramlarının statistikası açıqlanıb

Hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb

Azərbaycan-Belarus münasibətlərinin möhkəmləndirilməsi istiqamətində görülən işlər müzakirə edilib

Migel Anxel Moratinos: Azərbaycan Prezidenti Forumda çıxışında bizə mühüm mesajlar verdi və istiqamət göstərdi

Naxçıvanda Gender bərabərliyi və qadın problemləri üzrə mərkəz yaradılıb

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Beynəlxalq təşkilatların III Zirvə görüşü keçirilib

Ukrayna Ali Radasının sədr müavini Azərbaycan dövlətinə və xalqına minnətdarlıq edib

Naxçıvandan Türk dünyasına uzanan şərəfli yol

İstanbulda baş verən insident nəticəsində 28 polis əməkdaşı yaralanıb, 210 nəfər saxlanılıb

İranlı nazir: Sülh içində yaşamağa nail olmaq üçün mədəniyyətlərarası layihələrə ehtiyac var

Avstraliyalı deputatlara Azərbaycan-Ermənistan danışıqları barədə məlumat verilib

Pedaqoji Universitetdə “Peşəkar ol! – Necə?” layihəsinə başlanılıb

Beynəlxalq ekspert: Bərpaolunan enerjiyə keçid Azərbaycan və Qırğızıstan üçün mühüm imkanlar yaradır - MÜSAHİBƏ

Azərbaycan və Moldova parlamentləri arasında əlaqələr uğurla inkişaf edir

Bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

Bakı Forumunda mədəniyyətlərarası dialoqlarda qadın hüquqlarının təşviqi diqqət mərkəzində olub

TÜRKSOY-un Baş katibi: Mədəni gücü ətraf mühitin mühafizəsində maarifləndirmə üçün katalizator kimi istifadə etməyə çalışırıq

Azərbaycanın kişi voleybol yığması Qızıl Avropa Liqasının hazırlıqlarına başlayıb

“Aztelekom” “GSMA M360 Eurasia 2024” beynəlxalq konfransında iştirak edəcək

Universitetin tələbələri karyera planlaması barədə məlumatlandırılıblar

AzTU-da “Mütərəqqi texnologiyalar və innovasiyalar” mövzusunda IX respublika elmi-texniki konfransı keçirilir

Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında 4 məsələ müzakirə olunub

XTQ-nin veteranları ilə görüş keçirilib

AFFA-nın vitse-prezidenti: “Avro-2024”də Azərbaycanı ən yüksək səviyyədə təmsil etməyə çalışacağam

BDU-da seminar: Müsahibə texnikaları

Baş nazir Əli Əsədov Malayziyanın Parlament Senatının prezidenti ilə görüşüb

Prezident İlham Əliyev BMT Baş katibinin qanunun aliliyi və təhlükəsizlik təsisatları üzrə köməkçisini qəbul edib  YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev İraq Parlamentinin sədrini qəbul edib YENİLƏNİB VİDEO

Azərbaycan çempionatının qalibi olmuş "Azərreyl" klubunun üzvləri ilə görüş keçirilib

İqtisad Universitetinin məzunları 50 illik yubileylərini UNEC-də qeyd ediblər

Azərbaycan güləşçiləri son lisenziya turnirinə Bakıda hazırlaşırlar

Azərbaycan “Vindzor Kral Atçılıq Şousu”nda yüksək səviyyədə təmsil olunub

Bakı Forumu çərçivəsində “Süni intellekt - təhdid yoxsa imkan?” mövzusunda panel sessiya keçirilib VİDEO

Mixail Şvıdkoy Bakıda ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib

“Tədqiqat universitetində dərsin psixopedaqoji məsələləri” - elmi seminar

Aşqarlar Kimyası İnstitutunda ekoloji maarifləndirmə seminarı keçirilib

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə konsert proqramı təqdim edilib

AQTİ işə qəbul elan edir

Daxili işlər naziri Yardımlıda vətəndaşları qəbul edəcək

Forumda növbəti panel sessiya tənzimlənməyən miqrasiya və sosial təsirlərə həsr olunub

Tal Katran: Şuşanı təbiət möcüzəsi adlandırmaq olar

Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa Kubokunun mükafat fondu açıqlanıb

Allahşükür Paşazadə: Azərbaycanın birgəyaşayış modeli bütün dünya üçün örnəkdir

İmişlidə baş verən yol qəzasında yaralıların sayı 5-ə çatıb YENİLƏNİB VİDEO

Paytaxt məktəblərində I sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyətə başlayıb

Anatoli Markeviç: Belarusla Azərbaycan arasında mədəniyyət körpüsü yaratmışıq VİDEO

Məhəmməd Əl-Qasimi: İnanıram ki, Bakıda keçiriləcək COP29 qlobal iqlim problemlərinin həllinə töhfəsini verəcək

TDT üzv ölkələrdə ətraf mühitin qorunmasına böyük önəm verir

Bakıda lV Beynəlxalq Autizm Festivalı keçirilib

Əlilliyi olan şəxslərə dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələri növlərinin siyahısı genişləndirilir

Reymond Bondin: Azərbaycan çox gözəl mədəni irsə malikdir

Gənc rəssam Almaz İdrisovanın fərdi sərgisi açılıb

Bahar Muradova: Qadın hüquqları, ayrı-seçkiliyin aradan qaldırılması ilə bağlı məsələ bütün forumların əsas mövzusuna çevrilməlidir

BDU-da İsrailin Yerusəlim İbrani Universiteti ilə imzalanmış ikili diplom proqramına dair infosessiya

“Ümummilli Lider Heydər Əliyevin dil siyasəti” mövzusunda elmi sessiya keçiriləcək

Səudiyyəli nazir: Alternativ enerji mənbələri üzrə geniş fəaliyyət göstəririk

Elnur Məmmədov: "Prezident Kuboku" reqatası ildən-ilə daha maraqlı və uğurlu alınır

“GreenTech” startap və yaşıl texnologiyalar” müsabiqəsi keçirilib

Avropa çempionatına ilk dəfə azərbaycanlı nümayəndə təyinat alıb

Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb
Prezident İlham Əliyev Forumun açılış mərasimində iştirak edib YENİLƏNİB-3 VİDEO

BMU ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Nigeriyanın UNESCO-dakı nümayəndəsi: Dünyanın daha yaxşı olması üçün Dialoq Forumu kimi tədbirlərin keçirilməsi çox vacibdir

ICESCO-nun Baş direktoru: Biz yalnız beynəlxalq əməkdaşlıq yolu ilə iqlim böhranını aradan qaldıra bilərik

Litvalı tədqiqatçı: Azərbaycan Prezidenti çox müdrik siyasət yürüdür

ICESCO-nun Baş direktoru COP29-a dəvət olunub

Qızıl Avropa Liqasına hazırlaşan voleybolçularla görüş olub