Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Vüqar Rəhimzadə: Postmüharibə dövrünün reallıqları beynəlxalq miqyasda qəbul edilir,azad olunmuş ərazilərdə bərpa və quruculuq işləri sürətlənir

Vüqar Rəhimzadə: Postmüharibə dövrünün reallıqları beynəlxalq miqyasda qəbul edilir,azad olunmuş ərazilərdə bərpa və quruculuq işləri sürətlənir

Bakı, 13 aprel, AZƏRTAC

Prezident İlham Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə postmünaqişə dövrünün reallıqları fonunda Azərbaycanın beynəlxalq münasibətlər sistemində güclənən mövqeyinə, ölkəmizin iqtisadi imkanlarının genişlənməsinə, işğaldan azad edilmiş ərazilərimizdə abadlıq-quruculuq işləri ilə bağlı görülən tədbirlərin miqyasına, eyni zamanda, qarşıdakı dövr üçün müəyyənləşdirilən hədəflərə bir daha işıq saldı. Cari ilin birinci rübünün yekunları bütövlükdə 2022-ci ili də uğurla başa vuracağımıza böyük əsaslar yaradır. Hər bir ölkənin inkişafında, hədəflərə uğurla nail olunmasında əsas amil olan iqtisadi inkişafa nəzər salsaq Azərbaycanın ilin birinci rübündə əldə etdiyi sosial-iqtisadi göstəricilərin qənaətbəxş olduğunu görərik. Bu müddətdə ümumi daxili məhsul 6,8 faiz, qeyri-neft iqtisadiyyatımız 10 faizdən çox artıb. Sənaye istehsalı sahəsində artım təxminən 4 faizdir. Qeyri-neft sənaye istehsalında artım 18 faizdən çoxdur. Bu rəqəmlər ölkədə iqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurla həyata keçirilməsindən, həmçinin neft-qaz sektorundan asılılığın azaldılmasından xəbər verir. 2003-cü ildən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya əsas hədəf kimi qoyan dövlət başçısı İlham Əliyevin bu istiqamətdə atdığı addımların məntiqi nəticəsidir ki, Azərbaycan hər bir çətinlikdən uğurla, az itki ilə çıxmağa nail olur. 2019-cu ildən dünyanı bürüyən koronavirus infeksiyası ilə mübarizə tədbirlərinin gücləndirildiyi zamanlarda Azərbaycanın iqtisadi artımı ilə diqqətdə olması, 30-dan artıq ölkəyə humanitar və maddi yardım göstərməsi kimi mühüm addımlar imkanlarımızın təqdimatında əhəmiyyətli rol oynayır. Dövlət başçısı İlham Əliyev müşavirədə birinci rübün yekunlarına söykənərək bildirmişdir ki, hazırda dünya, əgər belə demək mümkündürsə, postpandemiya dövrünə qədəm qoyur və bəlkə də “postpandemiya” sözünü işlətmək bir qədər tezdir. Amma dünyadakı və Azərbaycandakı indiki vəziyyət buna işarə verir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

“Postmünaqişə dövrünün reallıqlarından biri kimi Azərbaycanın mövqeyinin daha da möhkəmlənməsi, beynəlxalq təşkilatların ölkəmizin hər sahədə fəaliyyətini yüksək qiymətləndirmələri, bölgədə sülhün, təhlükəsizliyin təmin olunması üçün dəstək göstərməyə hazır olduqlarını bildirmələri həyata keçirilən siyasətin uğurlarının əyani təzahürüdür”, - söyləyən Vüqar Rəhimzadə vurğulayıb ki, dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan bu müddətdə beynəlxalq təşkilatlarla fəal əməkdaşlığını davam etdirmiş və dünyanın aparıcı qurumları İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın regionumuzda yaratdığı yeni reallıqları qəbul ediblər. Azərbaycanın BMT-yə üzvlüyünün 30 illiyinə həsr olunmuş tədbirin Şuşada keçirilməsi çox əlamətdar hadisə idi. Bu, bir daha onu göstərdi ki, BMT postmünaqişə dövrünün reallıqlarını qəbul edən, Azərbaycanın ərazi bütövlüyünü tanıyan ən nüfuzlu beynəlxalq qurumdur. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu və erməni işğalçılarının bu ərazilərdən qeyd-şərtsiz çıxarılmasının vacibliyi öz əksini tapıb. Baxmayaraq ki, sənədlər 30 ilə yaxın dövrdə kağız üzərində saralaraq ədalətli icrasını gözlədi, amma dünya gücləri işğalçını adı ilə çağırmadan məsələnin sülh yolu ilə həllinin mümkünlüyünü bildirərək ikili standartlara əsaslanan siyasətləri ilə 44 günlük İkinci Qarabağ müharibəsinin baş verməsinə səbəb oldular. Amma reallıq budur ki, BMT o zaman da Azərbaycanın ərazi bütövlüyünü dəstəklədi, bu gün də Zəfərimizin yaratdığı reallıqları qəbul edərək ölkəmizin bu aparıcı beynəlxalq təşkilata üzv qəbul edilməsinin 30 illiyini 2023-cü il üçün Türk dünyasının mədəniyyət paytaxtı elan edilmiş Şuşada qeyd etdi. BMT-nin bu addımı Ermənistanda növbəti təşvişə, isterikaya səbəb oldu.

BMT-dən sonra ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatının hazırda tarixə qovuşmuş Qarabağ münaqişəsinin həllində daim ədalətli mövqeyi ilə diqqət çəkdiyini bildirən YAP Xətai rayon təşkilatının sədri deyib: “Qurumun Vətən müharibəsinin davam etdiyi, həmçinin postmünaqişə dövründə ölkəmizə dəstəyi göz önündədir. Qoşulmama Hərəkatına üzv dövlətlərin razılığı və dəstəyi ilə Azərbaycanın quruma sədrlik müddətinin daha bir il uzadılması da ölkəmizə beynəlxalq səviyyədə inam və etimadın göstəricisidir. Xüsusi vurğulanmalıdır ki, Avropa İttifaqının təşəbbüsü ilə iki dəfə Azərbaycan Prezidentinin və Ermənistanın baş nazirinin görüşlərinin keçirilməsi, Brüssel sülh gündəliyinin əsasının qoyulması, artıq Minsk qrupu formatına ehtiyacın olmaması, ən əsası, “Dağlıq Qarabağ münaqişəsi” ifadəsinin tarixə qovuşması Azərbaycanın beynəlxalq mövqeyinin təqdimatlarıdır”.

Vüqar Rəhimzadə bildirib ki, dövlətimizin başçısı İlham Əliyev bu uğurlarımız fonunda bütün çıxışlarında, o cümlədən aprelin 12-də keçirilən müşavirədəki nitqində belə bir çağırışı da etdi ki, heç vaxt işğalı, erməni vəhşiliyini unutmamalıyıq. Azərbaycan bu gün tarixi Zəfərinin yaratdığı reallıqların dünyada qəbul edilməsinə nail olmaqla yanaşı, həm də işğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işlərini həyata keçirir. İkinci Qarabağ müharibəsinin yaratdığı reallıqlar əsasında Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması qarşıda duran əsas məsələlərdən biridir. Bu baxımdan ki, yeni əməkdaşlıq formatlarının yaradılması, kommunikasiyaların açılması, bölgədə sülhün və təhlükəsizliyin təmin olunması üçün sülh müqaviləsinin imzalanması əsasdır. Amma bununla yanaşı, ermənilərin havadarlarının dəstəyi ilə tarixin müxtəlif dövrlərində azərbaycanlılara qarşı törətdikləri soyqırımlar, faciələr, insanlığa sığmayan müharibə cinayətləri unudulmamalıdır. XX əsrin dəhşətli faciəsi olan Xocalı soyqırımını necə unuda bilərik? 44 günlük İkinci Qarabağ müharibəsinin davam etdiyi dövrdə erməni vəhşiliklərinin növbəti təzahürü olan Gəncə, Bərdə, Tərtər qətliamlarını unuda bilərikmi? Nə qədər günahsız insanlar qətlə yetirilib. Bunlar Azərbaycan tarixinin faciəli səhifələridir. İndiki və gələcək nəsillər tariximizi vərəqləyərkən tarixi Zəfərimizdən qürur duymaqla yanaşı, ermənilərin necə vəhşi toplum olduqlarını, başımıza gətirdikləri faciələri bilməlidirlər. İşğalın davam etdiyi 30 ilə yaxın dövrdə müharibə şəraitində yaşasaq da Azərbaycan daim inkişafı, tərəqqisi, Ermənistan isə əksinə bu və ya digər ölkədən asılılığı ilə diqqət çəkib. Ermənistan ən kasıb ölkələr sırasında qərarlaşıb. İşğalçı dövlətin büdcəsinin 80 faizdən çoxu ianələr hesabına formalaşıb. Bunu dünya görür, hər zaman müxtəlif adlar altında Ermənistana maddi və mənəvi dəstək göstərməyə çalışırdılar. Bu dəstəklər Ermənistanı heç zaman qalib ölkəyə çevirə bilməzdi. Başqasının torpağına göz dikərək əsassız iddialarla yaşamağın, xülyaların sonu məhz bugünkü reallıqlarla nəticələnməli idi. Azərbaycan Zəfəri ilə bir daha dünyaya gücünü, qüdrətini nümayiş etdirdi.

YAP Xətai rayon təşkilatının sədri dövlətimizin başçısı İlham Əliyevin müşavirədə səsləndirdiyi “Gələcəyə baxdıqda, mən tam əminəm ki, Azərbaycan daha da güclənəcək. Bu gün digər məsələləri müzakirə edərkən bir daha Azərbaycan ictimaiyyəti bunu görəcəkdir” fikirlərini önə çəkərək Ermənistanın inkişafının özündən, qonşu ölkələrə bundan sonrakı münasibətindən asılı olacağını xüsusi qeyd edib. O vurğulayıb: “İşğalçılıq siyasəti, qonşu dövlətlərə qarşı əsassız torpaq iddiası ilə çıxış etmək Ermənistana çox baha başa gəldi. Bütün enerji layihələrindən təcrid olunan Ermənistan iqtisadi böhran içərisində çabaladı, ölkəni kütləvi tərketmələr davamlı xarakter aldı. Müstəqilliyi formal xarakter daşıyan Ermənistan bu və ya digər dövlətlərin əlində maraqlarının həyata keçirilməsində bir vasitəyə çevrildi. Hazırkı postmünaqişə dövrü Ermənistana şans verir ki, Azərbaycanla sülh müqaviləsini imzalamaqla özünün iqtisadi vəziyyətini yaxşılaşdırsın, yeni regional və qlobal əməkdaşlıq formatlarında iştirak etmək imkanı qazansın. Dövlət başçısının vurğuladığı kimi, Ermənistan üçün bəlkə də bu, son şansdır. Ya ölkə inkişaf edəcək, ya da daha ağır vəziyyətə düşəcək”.

Vüqar Rəhimzadə diqqətə çatdırıb ki, hazırda günümüzün əsas məsələsi olan sülh gündəliyinin reallığa çevrilməsi istiqamətində addımların atılması ilə yanaşı, işğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işləri də geniş miqyas alıb. Dövlətimizin başçısı İlham Əliyev müşavirədəki yekun nitqində qarşıdakı bir-iki il üçün bu torpaqlarda görüləcək işlərin miqyasını açıqladı. Bu işlər nəqliyyat infrastrukturunun yenilənməsi, bərpası, qaz, enerji xətlərinin çəkilişi, şəhərlərin baş planlarının hazırlanması, ərazilərin minalardan təmizlənməsi və Böyük Qayıdışın tezliklə reallığa çevrilməsidir. Zəngilanın Ağalı kəndləri bu il sakinlərini qarşılayacaq. Bu il, həmçinin “Ağıllı kənd” layihəsi çərçivəsində Füzulinin Dövlətyarlı kəndinin yaradılmasına başlanacaq. Bu, bir neçə kəndi birləşdirən layihədir. Azad edilmiş digər rayonlarda kəndlərin yenidən qurulması layihələri hazırlanır və şəhərlərlə paralel olaraq kəndlər də bərpa ediləcək. Bir sözlə, soydaşlarımızın öz doğma yurd-yuvalarına qayıtmaları üçün kompleks tədbirlər görülür. Hər zaman verilən vədin, irəli sürülən təşəbbüslərin gerçəkliyə çevrildiyinin şahidi olan xalqımız işğaldan azad edilmiş ərazilərimizlə bağlı bütün planların real həyatda öz əksini tapacağına əmindir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Naxçıvanda əlilliyi müəyyən olunmuş 12 şəxsə avtomobil təqdim edilib

Gənc prokurorluq əməkdaşları Heydər Əliyev Mərkəzini ziyarət edib

AZƏRTAC-ın kollektivi Ümummilli Lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla anıb

Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümü ilə əlaqədar Nyu-Yorkda şahmat turniri keçirilib

Din xadimləri Ulu Öndərin xatirəsini yad ediblər

Ulu Öndər Heydər Əliyev müasir Azərbaycanın işıqlı sabahının təməlini qoyub

Türk Dövlətləri Təşkilatında təcrübə proqramı həyata keçirilir

DTX-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə tədbir keçirilib

Azərbaycan Ulu Öndər Heydər Əliyevin arzuladığı ucalığa yüksəlib

Şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 128 min şəxsə 344 min xidmət göstərilib

MEK-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr edilən dəyirmi masa

Vitali Jakot: Heydər Əliyev Azərbaycan-Moldova münasibətlərinin banisi və memarıdır

Minskdə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi anılıb

Uruqvay mətbuatı Azərbaycan xalqının Ümummilli Liderindən yazıb

ADU-da “Azərbaycan-Çin” kitabı təqdim edilib

Respublika Elmi-Texniki Kitabxanasında Ulu Öndər Heydər Əliyevə həsr olunan tədbir keçirilib

MBBİ-nin magistraturasının məzunu Oksford Universitetində dissertasiya müdafiə edib

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin qalib layihələrinin müəllifləri ilə görüş olub

AQTA rəhbərliyi Ulu Öndərin xatirəsini anıb

Mariya Stadnik uduzsa da, lisenziya şansını saxlayıb

Ulu Öndərin anadan olmasının 101-ci ildönümü Batumidə də qeyd edilib

Ağdam Sənaye Parkında görülən işlərlə tanışlıq

Sosial-İqtisadi Kollecdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyi qeyd edilib

Ümummilli Liderin doğum günündə Naxçıvanda aztəminatlı ailələrə sovqatlar təqdim olunub

Naxçıvanda istehlakçılara 1,3 milyon manat ƏDV geri qaytarılıb

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar YENİLƏNİB

Bıçaqla xəsarət yetirilən Bərdə sakininin vəziyyəti ağır-stabildir

Kür çayının daşması Qazaxda bir sıra fəsadlar yaradıb

Metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Tərtərlilər Ümummilli Lider Heydər Əliyevin xatirəsini böyük ehtiramla yad ediblər

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş ədəbi-bədii tədbir

Ulu Öndərin anadan olmasının 101-ci ildönümü Şamaxıda da qeyd edilib

Rusiya Dövlət Duması hökumət sədri postuna Mixail Mişustinin namizədliyini təsdiqləyib

Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü ilə bağlı “Sehrli Ordubad” fotosərgisi açılıb

NAYORA Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirib

İkinci yeri tutan gimnast: Bakı çempionatı mənim üçün yaxşı təcrübə oldu

Şuşada Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanışlıq YENİLƏNİB

ASAN könüllüləri Ümummilli Lider Heydər Əliyevin xatirəsini anıblar

“AzerGold” və törəmə şirkətlərinin kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Astarada yeni inşa olunan körpü istifadəyə verilib VİDEO

Naxçıvanda “Heydər Əliyev və Naxçıvan” mövzusunda konfrans keçirilib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər YENİLƏNİB

İqtisadiyyat Nazirliyinin kollektivi Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini yad edib

ADY rəhbərliyi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

® “PAŞA Holding”in törəmə şirkətlərindən olan “Agro Dairy”nin növbəti kənd təsərrüfatı təlimləri keçirilib

Qırğızıstanda Ümummilli Lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş tədbir təşkil edilib

Budapeştdə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi anılıb VİDEO

Sankt-Peterburqda avtobusun çaya düşməsi nəticəsində ölənlərin sayı 3-ə çatıb

Daşkənddə Ulu Öndər Heydər Əliyevin doğum günü qeyd edilib VİDEO

BŞTİ-nin sektor müdiri: Müsahibədə uğur qazana bilməyən şəxs apellyasiyaya müraciət edə bilər

Kubalı deputat: Kuba-Azərbaycan əlaqələrinin təməli Heydər Əliyev tərəfindən qoyulub

İmişli sakinləri Ümummilli Liderin xatirəsini ehtiramla anıblar

Yekaterinburqda Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

Azərbaycanın turizm imkanları Cənubi Koreyada nümayiş etdirilir

BDU boş olan və seçki müddəti başa çatacaq vəzifələri tutmaq üçün müsabiqə elan edir

Pan-Afrika İqlim Ədaləti Alyansı Azərbaycanın qlobal iqlim fəaliyyəti sahəsində liderliyini yüksək qiymətləndirib

Rəqəmsal inkişaf və nəqliyyat naziri Şəkidə vətəndaşlarla görüşəcək

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Polşada qeyd edilib

® “AccessBank” Naxçıvanda sahibkarlara dəstək mövzusunda konfrans təşkil edib

Birinci sinfə qəbulda tədrisi digər dillərdə aparılan bölmələr üzrə təkrar müsahibədə kimlər iştirak edə bilər?

Prezident İlham Əliyev: Ulu Öndərin fəaliyyəti nəticəsində biz inkişaf yoluna qədəm qoyduq

Azərbaycan gimnastı: Yarışda ən böyük rəqibim özüm idim

Prezident İlham Əliyev: Biz heç vaxt müharibə istəməmişik, bu gün də istəmirik

Prezidentdən xəbərdarlıq: Ermənistana verilən silahların kritik həddə çatmasını görsək, heç kim bizdən inciməsin

Prezident: Qazaxın işğal edilmiş torpaqlarının qaytarılması, delimitasiya, demarkasiyanın şərtlərimiz əsasında aparılması növbəti zəfərimizdir

Botanika İnstitutunda konfrans: Dünyamızı yaşıllaşdıraq

Azərbaycan Prezidenti: Qafqazda aparıcı dövlət bizik və bizimlə hər kəs hesablaşmalıdır

Ümummilli Liderin 101 illiyi Həştərxanda qeyd edilib

İdmanda böyük inkişaf Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır

Prezident İlham Əliyev: İlin sonuna qədər azı 20 yaşayış məntəqəsində həyat bərpa ediləcək

Təhsil müəssisələrində Ulu Öndərə həsr olunmuş tədbirlər

Prezident: Qarabağ və Şərqi Zəngəzur bölgələri dünyanın ən gözəl yerlərindən biri olacaq

Pakistan Prezidenti Muxtar Babayevi qəbul edib VİDEO

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Prezident İlham Əliyev şuşalılarla görüşdə şəhərdəki tarixi abidələrin bərpasından danışıb

Azərbaycan ilk dəfə Olimpiadada iki badmintonçu ilə təmsil olunacaq

Prezident: Bu gün Şuşanın yeni tarixi başlayır

Eskişehir Azərbaycanlılar Dərnəyi Ulu Öndərə həsr olunan maarifləndirici videoçarx hazırlayıb

Azərbaycan sərhədçisi Ulu Öndərin müəyyənləşdirdiyi milli sərhəd strategiyasını uğurla yerinə yetirir

Azərbaycan Prezidenti: Müharibənin Şuşasız uğurla başa çatması mümkün deyildi

Prezident İlham Əliyev doğma yurda qayıdış münasibətilə şuşalıları təbrik edib

AQTA: Monitorinqlər zamanı 29 müəssisədə nöqsanlar aşkarlanıb

Prezident İlham Əliyev: Xalqımız elə bir qəhrəmanlıq göstərib ki, bu gün bütün dünyada Azərbaycan oğulları haqqında danışırlar

Aşqarlar Kimyası İnstitutunda tədbir: “Vətənə, xalqa həsr edilən ömür”

Türkiyə Milli Müdafiə Universitetinin nümayəndə heyətinin Azərbaycana səfəri başa çatıb

MDU kollektivi Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib

Şuşada birinci yaşayış kompleksinin açılışı və şəhərə köçmüş ilk sakinlərlə görüş  YENİLƏNİB

“Böyük Dəbilqə”: Azərbaycan cüdo yığması ilk günü 1 medalla başa vurub

Ulyanovskda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsi anılıb

BMU-nun kollektivi Fəxri xiyabanda Ulu Öndərin xatirəsini ehtiramla yad edib

Ulu Öndər Heydər Əliyevin yubileyi münasibətilə Özbəkistanda kitab nəşr olunub

Sankt-Peterburqda Ulu Öndər Heydər Əliyevin barelyefi önünə gül dəstələri qoyulub

“Ana dilimiz və təhsil” layihəsi çərçivəsində Heydər Əliyev adına Müasir Təhsil Kompleksində tədbir

Hulusi Kılıç: Heydər Əliyevin ideyaları Azərbaycanın uğurlu gələcəyinin rəhni, Türk dünyasının bələdçisidir

Dövlət Xidməti standart nümunələrin və ölçmə vasitələrinin idxalı ilə məşğul olan sahibkarlara müraciət edib

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi Fransa-Azərbaycan münasibətlərindəki ziddiyyətlərlə bağlı arayış hazırlayıb

İdman gimnastikası üzrə açıq Bakı çempionatı və paytaxt birinciliyi başa çatıb

Ədəbiyyat Muzeyində elmi sessiya: “Əbədi ömrün ikinci əsri”

Ulu Öndər Heydər Əliyevin xatirəsi Türkmənistanda da anılıb

Prezident İlham Əliyev Laçın rayonunun Sus kəndinə köçmüş sakinlərlə görüşüb, kiçik su elektrik stansiyalarının açılışlarında iştirak edib YENİLƏNƏCƏK