Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vüsal Qasımlı: Rəqəmsal transformasiya prioritetdir

Vüsal Qasımlı: Rəqəmsal transformasiya prioritetdir

Bakı, 2 sentyabr, AZƏRTAC

Dünya trendlərinə uyğun olaraq Azərbaycanda rəqəmsal transformasiya Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilir. Qlobal təmayüllər və Azərbaycanda bu sahədə görülən işlər barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru, professor Vüsal Qasımlı AZƏRTAC-ın suallarına cavab verib.

- Dataların müasir dövrdə iqtisadi əhəmiyyətini necə qiymətləndirirsiniz?

- Neft sərvətləri tükəndikcə, dünyada və Azərbaycanda əsas əmtəə - data (verilənlər) və informasiya olur. Datanın yığılması, saxlanılması, qorunması, istifadəsi və ötürülməsi yeni yanaşma tələb edir. Azərbaycan da dünya trendlərinə uyğun olaraq məxfiliyin qorunması və data istifadəsi üzrə qanunvericiliyin yaradılması, kontentin və rəqəmsal ticarətin tənzimlənməsi, əqli mülkiyyət hüququnun qorunması, kibertəhlükəsizliyin təmin edilməsi və kiber diplomatiya sahələrində yeni qəbul ediləcək rəqəmsal transformasiya konsepsiyasına uyğun olaraq siyasət formalaşdırır. Ən əsası məxfilik və innovasiya arasında tarazlığın qorunmasıdır. Hazırda rəqəmsal ticarət üzrə qəbul edilmiş vahid yanaşma və beynəlxalq hüquq inkişaf etdirilir. Artıq dünyada data axınlarına mane olmaqla data lokalizasiyasına getməklə, beləliklə, “qeyri-tarif” baryerləri tətbiq edirlər, bu yolla dövlətlər müstəqilliklərini qoruyurlar. Hətta rəqəmsal proteksionizm “Süni intellekt millətçiliyi”nə çevrilir və dövlətlər nəinki milli datalarını mühafizə edirlər, hətta datalarını emal etməklə öz “data iqtisadiyyatlarını” qururlar. 2013-cü ildə Edvard Snovden hadisəsindən sonra dövlətlər “data iqtisadiyyatı”nın əhəmiyyətini daha dərindən başa düşməyə başlayıblar. Təkcə bir faktı deyim ki, kibercinayətlərin dünya iqtisadiyyatına 2021-ci ilə qədər altı trilyon dollar ziyan vuracağı proqnozlaşdırılmışdı. Kiber müdaxilələr təkcə biznes əməliyyatlarını və təchizat zəncirlərini deyil, həm də maliyyə və kommunikasiya infrastrukturunu, milli təhlükəsizliyi, məxfiliyi, ticarət və kommersiyanı da təhdid edir. Kiber casusluq və kiber müharibənin xərclərini təxmin etmək çətindir, lakin bu təcrübələr də geniş yayılıb.

Süni intellekt sahəsində məxfiliyə riayət edən ölkələr və şirkətlər uğur qazanacaq və daha rəqabətli olacaqlar. Mövcud informasiya əsrində, dataya çıxış əldə etmək “müdrik dövrə” yaradır: daha çox data, şirkətlərə daha yaxşı tətbiqlər və texnologiyalar qurmağa imkan verir ki, bu da onların gəlirliliyini artırır və öz növbəsində, şirkətlər bu yolla daha çox məlumat toplayır və istifadə edir. Buna görə də kim datanı əldə edir və nəzarətdə saxlayırsa “hegemonluq” edə biləcək.

- Azərbaycanda kibertəhlükəsizlik beynəlxalq səviyyədə necə qiymətləndirilir?

- Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının “Qlobal kibertəhlükəsizlik indeksi 2020” hesabatı üzrə 15 pillə irəliləyərək 40-cı yerə yüksəlib. Ölkəmiz ümumilikdə 89,31 xal ilə Rusiya və Qazaxıstanla birlikdə MDB-də ilk üçlükdə qərarlaşıb. Keçmiş sovet respublikalarından Gürcüstan və Ukraynanı, Avropa ölkələrindən İsveçrə, İrlandiya, İslandiya, Sloveniya, Çexiyanı geridə qoyan Azərbaycan bu sahədə qabaqcıl nümunələrin tətbiqini həyata keçirməklə davamlı inkişaf nümayiş etdirib. Yeni rəqəmsal transformasiya konsepsiyası çərçivəsində kibertəhlükəsizliyin daha da gücləndirilməsi və yeni çağırışlara uyğun dizayn edilməsi nəzərdə tutulur.

- Dünyanın yeni kiber düzəni necə formalaşır?

- Robert Kaplan özünün “Coğrafiyanın intiqamı” əsərində yazırdı ki, biz elə bilirdik, qloballaşma “kim kimi məcbur edə bilər?” sualını aradan götürüb, amma bu sual indi ikiqat əhəmiyyətlidir. Mən də Kaplanla razıyam ki, qloballaşma dövründə coğrafiyanın əhəmiyyətini yaddan çıxarmaq olmaz, çünki kiber mühit özü də coğrafi infrastruktura bağlıdır. Məsələn, bizim mübadilə etdiyimiz məlumatın 99 faizi sualtı kabellərdən keçir. Deməli, kiber mühit və coğrafiya arasında bağlılıq var. Süni peykləri idarə edən “Azərkosmos”un da coğrafi bağlılığı var - Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzi fəaliyyət göstərir. Təsadüfi deyil ki, Çin kiber məkanı öz suveren ərazisinin davamı kimi qəbul edir və milli təhlükəsizliyini qoruyur. Avropa Birliyində isə məlumatların qorunması bir məxfilik məsələsi sayılır və insan haqqı olaraq görülür. Bu məsələdə də dəyərlər və mədəni kontekst fərqlidir. Dünyada bir data geopolitikası formalaşır.

- Geo-texnoloji rəqabətin perspektivləri necə görünür?

- Texnologiyaların sürətli təkamülü hökumətlər və özəl aktorlar arasındakı dinamikanı yenidən şəkilləndirir. Böyük verilənlər bazası, 5G, süni intellekt və kvant hesablama kimi texnologiyalara daha çox sərmayə yatıran hökumətlər artıq digər ölkələr üzərində strateji üstünlüklərə sahibdirlər. 5G-nin 2035-ci ilə qədər 13 trilyon dollarlıq dəyər yaradacağı və 22 milyon iş yeri açacağı, qlobal süni intellekt bazarının isə 2030-cu ilə qədər 15 trilyon dollara çatacağı təxmin edilir. Bu rəqəmlər hökumətləri texnoloji liderlik yarışına girməyə sövq edir. Hökumətlər, qabaqcıl texnologiyalar və qabaqcıl layihələrlə əlaqəli əqli mülkiyyət əldə etmək üçün bütün vasitələrdən istifadə edirlər. Etiraf edim ki, Ermənistanın Azərbaycana qarşı işğal siyasəti bir tərəfdən vaxtımızı alsa da, digər tərəfdən hərbi-sənaye kompleksi, kosmik sənaye və müdafiə sistemimizdə yeni texnologiyaların tətbiqini daha da sürətləndirdi. Amma rəqabət şiddətlənir. ABŞ, Çin, Cənubi Koreya və İsrail bu texnologiyalara daha çox sərmayə qoyan ölkələrdəndir. Bu ölkələr açıq şəkildə yeni texnologiyaların drayveri olmağı, standartlarını tətbiq etməyi və öz şirkətlərinin texnoloji üstünlükdən daha çox faydalanmağını hədəfləyirlər. Əgər biz vaxtında bu texnologiyalara yiyələnə bilməsək, istehsal etdiyimiz böyük miqdarda məlumatları idarə edə bilməyəcəyik. Həm də nəzərə alanda ki, biz kiçik ölkəyik və data istehsalı imkanımız da məhduddur, onda biz elə bir siyasət yürütməliyik ki, Azərbaycanı regional data emalı mərkəzinə çevirək.

Əgər əvvəllər neft-qaz nəhəngləri dünya geopolitikası və geo-iqtisadiyyatında aparıcı mövqelərdə idilərsə, indi texnologiya nəhəngləri geosiyasi oyunçulardır və faktiki olaraq qlobal steykholderlərə çevriliblər. “Thundermark Capital's AI Research Rankings 2020” sənədində göstərilir ki, özəl texnologiya nəhənglərinin hökumət beyin mərkəzlərinə nisbətən süni intellekt araşdırmalarına daha çox sərmayə yatırırlar.

- Azərbaycanda rəqəmsal transformasiyanın mövcud vəziyyətini necə qiymətləndirirsiniz?

- Hazırda rəqəmsal transformasiya sahəsində fəaliyyətin təşkili, əlaqələndirilməsi və həyata keçirilməsi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə həvalə edilib. Azərbaycanda “elektron hökumət”in formalaşdırılması ümummilli lider Heydər Əliyev tərəfindən 2003-cü ildə imzalanmış “Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiya” ilə başlayıb.

“Elektron hökumət”in tətbiqi sahəsində görülən işlər “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı”nın (Elektron Azərbaycan) qəbul edilməsi ilə daha geniş vüsət alıb və daha sonra 2010-2012-ci illəri əhatə edən ikinci “Elektron Azərbaycan” Dövlət Proqramı və “Azərbaycan Respublikasında “Elektron hökumət”in formalaşdırılması üzrə Fəaliyyət Proqramı”na uyğun olaraq davam etdirilib. “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”ndə qeyd edilib ki, İKT biznes və ticarət əməliyyatlarının bir sıra aspektlərini dəyişmək potensialına malik olduğundan hökumət bu funksiyaların tənzimlənməsi, həmin xidmətlərin dəstəklənməsi və səmərəliliyinin yüksəldilməsi üçün İKT-nin gücündən istifadə etməklə, əlavə mənfəət əldə edə bilər. Hətta strateji yol xəritələri çərçivəsində “rəqəmsal keçid planı” hazırlanıb. “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”na əsasən rəqəmsal ödənişlərin tətbiqinin və istifadəsinin genişləndirilməsi iqtisadi dövriyyələri şəffaflaşdırmaqla, nağd pulla bağlı xərclərin, bank və müəssisələrin əməliyyat xərclərinin azalmasına gətirib çıxaracaq ki, bu da öz növbəsində, vergi bazasının, habelə əhali və müəssisələrin maliyyə xidmətlərinə çıxış imkanlarının genişləndirilməsinə, bank sektorunun kreditləşmə və investisiya imkanlarının gücləndirilməsinə və son nəticədə iqtisadi artıma təkan verəcək. İqtisadiyyat Nazirliyinin tabeliyində “Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsin yaradılması qlobal iqtisadiyyatda cərəyan edən trendləri diktə edən, rəqabət qaydalarını dəyişən Dördüncü Sənaye İnqilabında Azərbaycanın mövqeyinin gücləndirilməsi və bu sahədə aparıcı ölkələr arasında yer almasının təmin edilməsi məqsədi daşıyır. Dördüncü Sənaye İnqilabı sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlarla əməkdaşlıq və bu sahədə əlaqələndirmə, habelə rəqəmsal iqtisadiyyat üzrə çağırışların, təşəbbüslərin, strategiyaların və layihələrin təhlili və koordinasiyası iqtisadi artım üçün də vacib əhəmiyyət kəsb edir. Genişzolaqlı internet şəbəkəsinin inkişafı, “Hökumət buludu” (G-Cloud), “Böyükhəcmli məlumatlar” (Big Data), Qarabağda “ağıllı şəhər” və “ağıllı kənd” kimi təşəbbüslər də rəqəmsal transformasiyanın tərkib hissəsi kimi qəbul edilməlidir.

BMT-nin Asiya və Sakit Okean Komissiyasının (UNESCAP) “Transsərhəd kağızsız ticarətə hazırlığın qiymətləndirilməsi” layihəsinin cari il üzrə sorğusunun nəticəsinə görə, Azərbaycan 2019-cu illə müqayisədə 5 faiz artım nümayiş etdirərək ümumilikdə 86 faiz ilə həm qonşu ölkələr (Rusiya 84,95 faiz, Gürcüstan 82,8 faiz, İran 77,4 faiz, Ermənistan 62,4 faiz, Türkiyə 86 faiz), həm də MDB ölkələri ilə müqayisədə 1-ci yerdə qərarlaşıb. Bütün dünya üzrə ortalama göstərici 64,95 faiz, inkişaf etmiş ölkələr üzrə isə 81,9 faizdir.

Azərbaycanda elektronlaşma və rəqəmsallaşma strategiyası müvafiq olaraq müxtəlif istiqamətlərdə həyata keçirilib: Azərbaycan Rəqəmsal Ticarət Qovşağı, Dövlət Nəzarəti İnformasiya Sistemi, Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi, dövlət satınalmaları üçün elektron satınalma platforması, dövlət statistik məlumatların əldə edilməsi üçün e-sənəd dövriyyəsi sistemi, elektron məhkəmə sistemi, elektron səhiyyə xidməti, elektron təhsil, elektron sosial xidmətlər, ani ödənişlər sistemi, əmlak və torpaqların elektron kadastrı və sair. Dövlət proqramlarının, strateji yol xəritələrinin, tədbirlər planlarının, iqtisadyönümlü təşviq layihələrinin, habelə sənaye parkları, məhəllələri və aqroparklarda həyata keçirilən fəaliyyətlərin monitorinqini və qiymətləndirilməsini həyata keçirmək üçün İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən “monitoring.az” portalı yaradılıb. Eyni zamanda, elektron və açıq hökumət prinsiplərinə uyğun olaraq yerli icra hakimiyyəti orqanlarında lokal idarəetməni təkmilləşdirmək üçün elektronlaşma prosesi davam edir. İlk öncə elektron bələdiyyə sistemi ilə başlanılmış proses 2021-ci ilin may ayında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM) tərəfindən “Rəqəmsal icra hakimiyyəti” portalının ilkin versiyası ilə davam etdirilir.

2020-ci məlumatlarına əsasən informasiya və rabitə sektoru ÜDM-də 2 faiz paya malik olmuşdur. İKT sektorunun inkişafı özəl sektorun getdikcə daha çox cəlb olunması ilə xarakterizə olunur. İnformasiya və rabitə sektorunda fəaliyyətdə olan mikro, kiçik və orta sahibkarlıq subyektlərinin sayı 2021-ci ilin əvvəlində 4 mindən çox olub. Bu müəssisələrin 96 faizi özəl sektorun təmsilçiləridir. Telekommunikasiya sektorunda mobil operatorlar özəl şirkətlərdir, ən böyük sabit genişzolaqlı şəbəkə provayderləri isə dövlətə məxsusdur. Şəbəkə Hazırlığı İndeksi, İKT-nin inkişaf indeksi və Qlobal Kibertəhlükəsizlik İndeksi kimi reytinqlərdə Azərbaycanın mövqeyinin təhlili onu göstərir ki, inkişaf üçün geniş potensial mövcuddur.

“Rəqəmsal transformasiya sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2021-ci il 27 aprel tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanında göstərilir ki, iqtisadiyyatın və cəmiyyətin rəqəmsal transformasiyası son illərdə Azərbaycan Respublikasının qarşısında duran prioritet məsələlərdən birinə çevrilmişdir.

- Bu sahənin inkişafı üçün sərmayə qoyuluşu hansı istiqamətlərə yönəldilməlidir?

- İKT investisiyaları digər kapital qoyuluşlarından daha çox gəlir gətirir. “Huawei” (2017) “Qlobal İnternetə Qoşulma İndeksi 2017” hesabatında göstərir ki, İKT infrastrukturuna hər 1 ABŞ dolları həcmində qoyulan əlavə investisiya ÜDM-də 3 ABŞ dolları, 2020-ci ildən sonra isə 3,70 ABŞ dolları əlavə gəlir gətirə bilər və 2025-ci ildə potensial gəlir 5 ABŞ dollarına qədər arta bilər. Azərbaycan rəqəmsal transformasiya vizyonunda bu amili nəzərə almalıdır. İKT sektoruna investisiya müxtəlif formalarda həyata keçirilə bilər. Birincisi, dövlət qrant və subsidiyaları texnologiya diffuziyasını təşviq etmək və platformalarla KOS-lar arasındakı texnoloji boşluğu aradan qaldırmaq üçün istifadə edilə bilər. Bazarın süni zəka kimi texnologiyalara ədalətli bir giriş əldə etməsini gözləməkdənsə, dövlət kiçik və orta firmalara birbaşa təsir edən proqramları, məsələn, vergi güzəşti və ya digər alətlər yolu ilə maliyyələşdirə bilər. Belə yanaşma qısa müddətdə dövlət borcunu artırsa da, bu xərclər iqtisadi gücün daha balanslı bölgüsü ilə müşayiət olunan artan məhsuldarlıq ilə kompensasiya ediləcək.

İkincisi, daha çevik, çoxtərəfli bir innovasiya modeli üzərində işləməliyik ki, bazara daxilolma və təmsil olunma ilə bağlı narahatlıqlar texnoloji dəyişiklik sürətini məhdudlaşdırmadan həll olunsun. Bu baxımdan, hədəf platforma iqtisadiyyatının yeni dəyər zəncirlərində qazanan və uduzanlar arasındakı gərginliyi azaltmaq olmalıdır.

Üçüncüsü, “rəqəmsal proteksionizm” üçün uyğun sahəni dəqiqləşdirmə vaxtı gəlib. Bəzi ölkələr yeni başlayan istehsalını dəstəkləmək üçün ticarət tariflərindən istifadə etdikləri kimi, rəqəmsal texnologiyalara tariflər də yerli innovasiya ekosistemlərini inkişaf etdirmək üçün istifadə edilə bilər.

Günümüzdə mərkəzi bankların rəqəmsal valyutalarına, həmçinin “steyblkoin”larına olan diqqət və inkişaf artmaqdadır. Təsadüfi deyildir ki, hazırda rəqəmsal valyutalar mərkəzi banklar tərəfindən fəal şəkildə araşdırılır və rəqəmsal ödəniş vasitələrinə olan tələb getdikcə artmaqdadır. Beynəlxalq Hesablaşmalar Bankının apardığı bir araşdırmaya görə, mərkəzi bankların 85 faizdən çoxu hazırda rəqəmsal valyutaları araşdırmaq istiqamətində fəaliyyətlər icra edirlər. Məsələn, Sinqapur hökuməti bu yaxınlarda topdansatış əməliyyatları üçün kriptovalyutanın istifadəsinə dair apardığı uzunmüddətli araşdırma olan “Project Ubin” layihəsini yekunlaşdırıb. Həmçinin Çin hökuməti rəqəmsal yuanın pərakəndə dövriyyədə istifadəsini hədəfləyən pilot layihələr həyata keçirir. Azərbaycan Mərkəzi Bankı da bu sahədə fəaliyyətlər göstərir.

Dünyada rəqəmsal transformasiya sürətlə irəlilədiyi halda, kvant transformasiyası da yaxınlaşır. Dünya iqtisadiyyatı sadəcə İKT-nin inkişafı nəticəsində 2030-cu ilə 15,7 trilyon ABŞ dolları vəsait cəlb etmiş olacaq. 2030-cu ilə qədər inkişaf etmiş və sürətlə inkişaf edən ölkələrin iş yerlərinin 30 faizi avtomatlaşdırılacaq. Yaxın illərdə 77 faiz əmək resursunun yeni bacarıqların əldə edilməsinə ehtiyacı yaranacaq. 2021-ci ildə bütün dünya üzrə İoT - internetə qoşulmuş əşyaların sayı 25 milyarda çatacaq. Bu proqnozlar rəqəmsal transformasiyanın iqtisadi artım üçün nə qədər əhəmiyyətli olduğunu göstərir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İran ABŞ-nin Yaxın Şərqdəki hərbi bazalarına zərbələr endirib

NYT: ABŞ mayda Hörmüz boğazından 100-dən çox gəminin keçidinə yardım edib

Kuril adaları yaxınlığında 5 bal gücündə zəlzələ baş verib

ABŞ Prezidenti: İran raket arsenalının 21-22 faizini qoruyub saxlayır

Tədqiqat: Manqrov meşələri bərpa olunur

Türkiyənin Rəqabət Şurası “Meta” şirkəti ilə bağlı araşdırmaya başlayıb

Tramp: İran məsələsini çox tez bir zamanda həll etməliyik

ABŞ qüvvələri İranın Goruk və Qeşm adasındakı radar məntəqələrinə zərbələr endirib

İsveçdə seçkilər ərəfəsində miqrasiya mövzusu yenidən ön plana çıxır

Pentaqon: Avropa təhlükəsizliyi üçün daha çox məsuliyyət daşımalıdır

HƏMAS nümayəndə heyəti Qəzza ilə bağlı danışıqlar üçün Misirə gəlib

Almaniya və Fransa liderləri Avropa İttifaqının tezliklə genişləndirilməsinin tərəfdarıdırlar

ABŞ İran futbolçularına Dünya Kuboku üçün viza verib

Türkmənistanda “Azərbaycan milli irsinin inciləri” adlı sərginin açılışı olub

Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub

Qəbələdə fermerlər və kənd təsərrüfatı məhsulları istehsalçıları ilə görüş olub

Qara dənizdə Türkiyə bayrağı altında üzən balıqçı gəmisinə hücum olub: 1 ölü, 4 yaralı

Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani VİDEO

Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani VİDEO

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib

Heydər Əliyev Sarayında Səməd Vurğunun yaradıcılığına həsr olunan ədəbi-bədii tədbir

Milli Xalça Muzeyində Elçin Şamillinin “Katarsis” sərgisi açılıb

Azərbaycanın “Böyük Qafqaz Biosfer Rezervi” UNESCO-nun Dünya Biosferlər Rezervi Şəbəkəsi Siyahısına daxil edilib

Türkiyədə “Qarabağdan Çanaqqalaya: Türkün zəfər yolu” layihəsi çərçivəsində ustad dərsi

Putin Zelenski ilə mümkün görüş barədə danışıb

“AzerGold” və RİİB Daşkəsəndə ekoloji aksiya keçirib

Vladimir Putin iri şirkətlərin Moskvadan regionlara köçürülməsinin vacibliyini bəyan edib

Fidan Hacıyeva: Ardıcıl ikinci ildir ki, Azərbaycanı Vyetnamda qürurla təmsil edirəm

Neft və təsviri sənət: Səttar Bəhlulzadə - “Xəzərdə axşam” VİDEO

Neft və təsviri sənət: Səttar Bəhlulzadə - “Xəzərdə axşam” VİDEO

Gəncə “Avropa Şəhərciyi-2026” tədbirinə ev sahibliyi edir

Türkiyənin ticarət naziri proteksionizmdən imtina etməyə və azad ticarəti dəstəkləməyə çağırıb

Almaniya, Fransa və Böyük Britaniya liderləri bazar günü Londonda Ukrayna Prezidenti ilə görüşəcəklər

Kapitan: Estoniya yığması ilə oyunda meydana qələbə üçün çıxmalıyıq

Millinin minifutbolçusu: Avropa çempionatında minimum hədəfimiz finala yüksəlmək idi

MEDİA Azərbaycanla bağlı dezinformasiya iddialarına dair açıqlama yayıb

Vitse-prezident: Çempionluq hazırlıqlara çox ciddi yanaşmağımızın nəticəsidir VİDEO

Vitse-prezident: Çempionluq hazırlıqlara çox ciddi yanaşmağımızın nəticəsidir VİDEO

Millinin üzvü: Dünya çempionu olduğumuz üçün rəqiblər bizə qarşı xüsusi motivasiya ilə oynayırdılar VİDEO

Millinin üzvü: Dünya çempionu olduğumuz üçün rəqiblər bizə qarşı xüsusi motivasiya ilə oynayırdılar VİDEO

Bu saata olan əsas xəbərlər

Seçmə mərhələ: Azərbaycan millisi Macarıstana uduzub

Azərbaycanın qadın voleybolçuları İsveç yığması ilə qarşılaşıb

Ekspert: BƏƏ-Azərbaycan layihələri enerji sahəsində tərəfdaşlığın inkişafı üçün möhkəm əsas yaradır

Millinin baş məşqçisi: Final oyunu çətin oldu, amma futbolçular toparlanaraq möhtəşəm çıxış etdilər VİDEO

Millinin baş məşqçisi: Final oyunu çətin oldu, amma futbolçular toparlanaraq möhtəşəm çıxış etdilər VİDEO

Uşaqlar UNEP-in icraçı direktoruna praktik ekoloji həllər təqdim etdilər

Ədirnə Biennalesində azərbaycanlı rəssamın əsərləri sərgilənir 

İşğaldan azad edilmiş ərazilərə köçürülən sakinlər məşğulluq və sosial dəstək tədbirləri ilə əhatə olunublar

Tullantıların içərisindən tapılan dəmir pullar uşaqları sevindirib

Avropa çempionu olan Azərbaycanın minifutbol millisi Vətənə qayıdıb VİDEO

Avropa çempionu olan Azərbaycanın minifutbol millisi Vətənə qayıdıb VİDEO

Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edib YENİLƏNİB 2 VİDEO

Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edib YENİLƏNİB 2 VİDEO

Hidrogen enerjisi BƏƏ-Azərbaycan enerji tərəfdaşlığının növbəti mərhələsi ola bilər – RƏY

Yaponiya səfirliyi: ADA Universitetində keçirilən festivalda iştirak humanitar əlaqələri gücləndirir

Rusiyalı mütəxəssis: Xəzərin enməsi prosesi davam edəcək

Çin şirkətləri Azərbaycanın iqtisadi potensialı və işgüzar mühiti barədə məlumatlandırılıb

Milli Məclisin komissiyası CNN-in informasiya təxribatına dair bəyanat yayıb

Regionlardakı təcili tibbi yardım bölmələrinə 25 yeni ambulans və reanimobil təhvil verilib

ADSEA nümayəndəsi: Xəzərin bir neçə metr aşağı düşməsi daha mürəkkəb problemlərə səbəb olacaq

® “Azercell” IV Milli Kibertəhlükəsizlik Forumunda süni intellektəsaslı həllərini təqdim edib

Azərbaycanın UFC döyüşçüsü: Mən yalnız zirvə üçün çalışıram

Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkovadan

Elnur Səfərov: Dənizin səviyyəsinin azalması prosesi bizi qabaqlayır

Laçında “Yeni yaşayış məhəlləsi” salınır: layihə yüzlərlə iş yerinin yaranmasına töhfə verəcək VİDEO

Laçında “Yeni yaşayış məhəlləsi” salınır: layihə yüzlərlə iş yerinin yaranmasına töhfə verəcək VİDEO

Portuqaliya Respublikasının Prezidenti Antoniu Joze Sequrudan

Xəzər dənizində səviyyə dəyişikliklərinin səbəbləri və regional əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb

Tullantıların idarə olunması sektoru dünyada metan emissiyalarının üçüncü ən böyük mənbəyidir

ÜST-nin nümayəndəsi: İnsanlar ətraf mühit və ya iqlim dəyişikliyi onların sağlamlığına təsir göstərdiyi zaman hərəkətə keçirlər

Ukrayna PUA-ları Mariupol və Berdyansk limanlarında, həmçinin Krım sahillərində beş gəmiyə zərbə endirib

Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası: müzakirəyə 8 məsələ çıxarılıb YENİLƏNİB VİDEO

Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası: müzakirəyə 8 məsələ çıxarılıb YENİLƏNİB VİDEO

ADA Universitetində keçirilən beynəlxalq festivalda Rusiyanın xalq sənətkarlığı təqdim olunub

Ekspert: Su səviyyəsinin 5 metr enməsi Xəzər suitilərinin çoxalma sahələrinin 57-81 faizinin itirilməsinə səbəb ola bilər

Badamdarda açıq ərazidə yanğın olub, tikililər və kommunikasiya xətləri yanğından mühafizə edilib VİDEO

Badamdarda açıq ərazidə yanğın olub, tikililər və kommunikasiya xətləri yanğından mühafizə edilib VİDEO

“Aşıq sənətində milli-mənəvi dəyərlər” toplusu nəşr olunub

Misirdəki dostluq cəmiyyəti xalqlar arasında humanitar və mədəni əlaqələri daha da möhkəmləndirməyə çalışır

Qlobal neft nəhənglərinin ümumi mənfəəti 2022-ci ildən bəri ilk dəfə ikirəqəmli artım nümayiş etdirib

Norveçin vəliəhd şahzadəsi ağciyər transplantasiyası gözləyir

Britaniyada süni intellekt vasitəsilə hazırlanmış ilk vaksin insanlar üzərində sınaqdan keçirilir

Bakıxanov qəsəbəsində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb

Coğrafiyaşünas-alim: Yüksəkriskli zonaların rəqəmsal xəritələri hazırlanmalıdır

Türkiyədən olan şəhid ailələri DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olublar

Məhkəmə ekspertizası sahəsində standartlaşdırma üzrə Texniki Komitə yaradılıb

AQTA: Qida məhsullarının izlənilməsi təmin edilməlidir

Araz Aslanlı: Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin modernləşdirilməsi Azərbaycanın uzunmüddətli strateji baxışının nəticəsidir

Azərbaycan regional sabitlik və iqtisadi inteqrasiyanın əsas təşəbbüskarlarından biridir ŞƏRH

Yerli startapın kibermaarifləndirmə məhsulu IV Milli Kibertəhlükəsizlik Forumunda təqdim olunub - Açıqlama

Gəncədə marketdə istehlaka yararsız məhsullar aşkarlanıb

Gənc rəssam Zeynəb Babayeva: Mənim hər bir əsərim heyvanlara sevgidən irəli gəlir

“Qida təhlükəsizliyi: Gözlənilməz hallara hazırlıq” - Beynəlxalq seminar

Türk ekspert: BTQ dəmir yolu xətti regional nəqliyyat sisteminin ayrılmaz hissəsinə çevrilmiş strateji təşəbbüsdür

Nişantaşı Universitetinin professoru: Nəqliyyat marşrutları arasında Orta Dəhlizin imkanları getdikcə güclənir

® Mərkəzi Gömrük Hospitalının cərrahı III Beynəlxalq Türkdilli Ölkələrin Tibb Konqresində və Endoforum 2026-da çıxış edib

İrlandiya İsrailin iki nazirinin ölkəyə girişinə qadağa qoyub

Ədliyyə naziri Zəngilanda vətəndaşların müraciətlərini dinləyib

Siyəzən-Dağ Quşçu-Ərziküş yolunda bərpa işlərinə başlanılıb

Premyer Liqaya yüksələn komandanın yeni baş məşqçisi açıqlanıb

Mütəxəssis: İnsanların rifahı və iqtisadi fəaliyyəti sağlam ekosistemlərdən asılıdır

TDT-yə üzv ölkələrin mərkəzi banklarının Şurası maliyyə sektorunun inkişafında daha sıx iqtisadi əməkdaşlığı təşviq edir

Mülkiyyət hüququnun təmin olunması Böyük Qayıdışın ən mühüm sütunlarından biridir RƏY

Azərbaycan investisiya cəlb edən ölkədən investor dövlətə çevrilib – ŞƏRH

Bakı Zooloji Parkında Amur pələngi balaları dünyaya gəlib

Akademik: Süni intellekt suverenliyi yerli elmi-tədqiqat potensialını gücləndirir

Ədliyyə Nazirliyinin “881” Çağrı Mərkəzində may ayında xidmət səviyyəsi 92 faizi keçib

Azad olunmuş torpaqların su resursları ərzaq təhlükəsizliyinin zəmanətidir – ŞƏRH

Rusiya XİN Azov dənizində gəmilərə hücumlarla bağlı bəyanat verib