Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Vyetnam Sosialist Respublikasının Prezidenti Çıonq Tan Şanqdan

Zati-aliləri,

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Vyetnam Sosialist Respublikası hökumətinin adından və şəxsən öz adımdan Zati-alinizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırmaq istərdim.

Son illərdə Sizin rəhbərliyiniz ilə ölkənizin inkişafında və müasirləşməsində mühüm nəticələr əldə edilir və bu da Azərbaycanın beynəlxalq arenadakı mövqeyinə təsir edir. Bu yaxınlarda Azərbaycana etdiyim rəsmi səfər zamanı qazandığınız uğurların şəxsən şahidi oldum və buna heyran qaldım.

Ölkələrimiz arasında dostluq münasibətlərinin və ənənəvi əməkdaşlığın davamlı olaraq möhkəmlənməsi, inkişafı və müxtəlif sahələrdə genişlənməsi üçün potensialın olduğunu məmnunluq hissi ilə vurğulayıram. Əminəm ki, dövlət başçılarımızın qətiyyəti sayəsində Vyetnam ilə Azərbaycan arasında ənənəvi dostluq əlaqələri xalqlarımızın mənafeyi, sülh və beynəlxalq inkişaf naminə daha da səmərəli olacaq.

Azərbaycana tərəqqi, xalqınıza isə xoşbəxtlik arzu edirəm.

Zati-alinizə möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti vəzifənizdə daha böyük uğurlar diləyirəm.

Hörmətlə,

Çıonq Tan Şanq

Vyetnam Sosialist Respublikasının Prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin