DÜNYA
“WhatsApp” messencerinin fəaliyyəti normallaşıb
Bakı, 3 noyabr, AZƏRTAC
Sosial şəbəkə istifadəçiləri “WhatsApp” messencerinin fəaliyyətinin normallaşdığını bildiriblər.
AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, bir qədər əvvəl “Twitter” istifadəçiləri messencerin normal fəaliyyət göstərdiyini yazıblar. Bəzi istifadəçilər isə proqramın işində problem yarandığı barədə informasiyanı təəccüblə qarşılayıb və bunu hiss etməyiblər.
Xatırladaq ki, noyabrın 3-də dünyanın bir sıra ölkələrində “WhatsApp” sosial şəbəkəsi ilə bağlı problemlər yaranmışdı.
Saytların və proqramların işlərində yaranan problemləri izləyən “DownDetector” saytının məlumatına əsasən, “WhatsApp” messenceri bəzi Avropa və Latın Amerikası ölkələrində, həmçinin Rusiya, Hindistan, Malayziya, Cənubi Afrika və ABŞ-da bir müddət fəaliyyət göstərməyib. Hazırda proqramın işində yaranan problemlərlə bağlı şikayətlərin sayı demək olar ki, sıfıra enib.
“WhatsApp” və messencerin sahibi olan “Facebook” hələ ki, problemin səbəbi barədə şərh verməyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.04.2024 [19:20]
Avropa Komissiyasının diplomatı Gürcüstana səfərə gələcək
- 30.04.2024 [19:14]
Ermənistan prezidenti sərhədlərin delimitasiyası prosesini dəstəkləyib
- 30.04.2024 [19:04]
Asiya İnkişaf Bankının 57-ci illik toplantısı Tbilisidə keçiriləcək
- 30.04.2024 [18:54]
Londonda insanlara qılıncla hücum edilib: dörd yaralı, bir ölü
- 30.04.2024 [17:39]
Keniyada daşqınlar nəticəsində ölənlərin sayı 169-a çatıb
- 30.04.2024 [17:34]