REGİONLAR
Xaçmaz həqiqətən də parklar şəhəridir
![Xaçmaz həqiqətən də parklar şəhəridir](/files/2014/3/1200x630/1409742020268036096_1200x630.jpg)
Bu sözləri İsmayıllı rayonunun Diyallı kənd tam orta məktəbinin X sinif şagirdi Eltun Qinyətov AZƏRTAC-a müsahibəsində dedi. Məktəbli tur-aksiyanın olduqca maraqlı və səmərəli keçdiyini bildirdi. Təəssüf edirəm ki, ekskursiyanın sonuncu gününü yaşayırıq. Səyahətimiz o qədər maraqlı keçir ki, 4 günün nə vaxt başa çatdığını heç hiss etmədim. Quba, Qusar, Xaçmaz rayonlarına gəlməmişdən bu bölgə haqqında xeyli məlumat toplamışdım. Amma bununla belə gördüklərim məni müsbət mənada təəccübləndirdi. Yenidən bu rayonlara gəlmək istərdim.
Eltun Qinyətov tur-aksiya müddətində olduqları rayonlarda olduqca mehriban qarşılandıqlarını, onlara daim diqqət və qayğı ilə yanaşıldığını xüsusi vurğuladı. Dedi ki, özümüzü doğma rayonumuzdakı kimi hiss etdik.