CƏMİYYƏT
Xəstəxana daxili infeksiyalarla mübarizə mövzusunda seminar keçirilib
Bakı, 8 iyun, AZƏRTAC
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında “Tibb müəssisələrində xəstəxana daxili infeksiyaların profilaktikası: dezinfeksiya və sterilizasiya” mövzusunda seminar keçirilib.
ATU-dan AZƏRTAC-a bildiriblər ki, “ST Company” MMC tərəfindən təşkil olunan tədbirdə klinika işçiləri üçün xəstəxana daxili infeksiyalarla mübarizə üsullarından bəhs edilib.
Bildirilib ki, dezinfeksiya məhsullarının dünya səviyyəsində tanınmış istehsalçı olan Almaniyanın “Dr.Schumacher” GmbH şirkətinin Azərbaycanda rəsmi distributoru “Tural Medikal” Azərbaycanda xəstəxana daxili infeksiyalarla mübarizə tədbirlərinin təkmilləşdirilməsi məqsədilə respublikanın müxtəlif aparıcı tibb ocaqlarında bu mövzuda seminarlar təşkil edir.
Seminarda “Dr.Schumacher” GmbH şirkətinin Türkiyə təmsilçisi Aslı Özbiber çıxış edərək iştirakçıları maraqlandıran sualları cavablandırıb.