“Xəzər” dünya ədəbiyyatı jurnalının yeni nömrəsində...
Bakı, 19 mart, AZƏRTAC
Azərbaycan Tərcümə Mərkəzinin “Xəzər” dünya ədəbiyyatı jurnalının yeni nömrəsi işıq üzü görüb.
AZƏRTAC xəbər verir ki, jurnalın bu nömrəsində “Nobel kürsüsü” rubrikasında Haynrix Bölün “Kişisiz ev” romanı, “Yubiley” rubrikasında Nizami Cəfərovun “Zakir Fəxrinin “mən”i” yazısı yer alıb.
Nəşrin digər rubrikalarında Luici Pirandellonun hekayələri, Yelena Bulqakovanın “Mən dustağam” gündəliyi, Alan Marşallın “Günortaüstü küçədə” və Piter Kauenin “Traktor” hekayələri, Semyon Kirsanovun şeirləri, Elis Manronun “Nəsə başqa cür” hekayəsi, Oktavio Pasın “Müqəddəslər günü, ölülər bayramı” essesi, Tarey Vesosun “Buz qəsr” romanı, Pablo Nerudanın şeirləri, Mixail Çexovun “Peşəkar aktyorluq dərsləri”, Peter Amaliettinin “Bir nəfər hamı üçün, yaxud Mixaylonun qisası” romanı, Slavomir Mrojekin “Bir yay günü” pyesi və s. maraqlı yazılar yer alıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [17:43]
Rejissor Leonid Klyots: Cırtdan çox maraqlı personajdır
- 09.06.2026 [17:10]
Məti Osmanoğlu: Səməd Vurğun “böyük zaman” yolçusudur
- 09.06.2026 [15:53]
Fidan Hacıyeva: Rəşid Behbudovun repertuarı gənc ifaçılar üçün əsas mənbədir
- 09.06.2026 [15:52]
Uşaq Filarmoniyasında “Nağıl aləminə səyahət” adlı konsert təşkil edilib
- 09.06.2026 [11:54]