ELM VƏ TƏHSİL
Xəzər Universitetində laboratoriyaların bioloji təhlükəsizlik tədbirlərinə dair seminar keçirilib
Bakı, 7 fevral, AZƏRTAC
Xəzər Universitetinin yuxarı kurs tələbələri üçün “Laboratoriyaların bioloji təhlükəsizlik səviyyələrinə görə təsnifatı və laboratoriyalarda biotəhlükəsizlik, biomühafizə tədbirləri” mövzusunda seminar keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, tədbirdə ABŞ-ın bioloji təhlükənin azaldılması proqramı çərçivəsində Azərbaycanda fəaliyyət göstərən laboratoriyalarının biotəhlükəsizlik üzrə təlimçisi Könül Quliyeva “Laboratoriyalarda biotəhlükəsizlik və biomühafizə tədbirləri”, Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Elmi-Tədqiqat İnstitutunun laboratoriya müdiri Şəlalə Zeynalova “Laboratoriyaların biotəhlükəsizlik səviyyələrinə görə təsnifatı” mövzusunda çıxış ediblər.
Təlimçilər fərdi mühafizə vasitələrini əyani nümayiş etdirərək, bioloji təhlükə zamanı onların istifadəsini praktik olaraq göstəriblər.