CƏMİYYƏT
Xilasedicilər qəzada yaralanmış şəxsləri əzilmiş avtomobildən çıxarmağa kömək ediblər
Bakı, 29 avqust (AZƏRTAC). Paytaxtın Səbail rayonunda “Shacman” və “Ford” markalı avtomobillər toqquşub.
Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hadisə nəticəsində hər iki avtomobil deformasiyaya uğrayıb. “Ford” markalı avtomobildə olan dörd nəfər xəsarət alıb və əzilmiş nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.
Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə yaralıları avtomobildən çıxarıblar. Yaralılar hadisə yerinə çağırılmış təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının əməkdaşlarına təhvil veriliblər.
Ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.