XOCALI FACİƏSİ BRÜSSELDƏ ANILDI
Fevralın 25-də Brüssel şəhərində Xocalı faciəsinin 11-ci ildönümü ilə bağlı aksiya keçirilmişdir.
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, aksiya bu ölkədə fəaliyyət göstərən Belçika - Azərbaycan Cəmiyyətinin təşəbbüsü ilə təşkil edilmişdir. Cəmiyyət Brüssel şəhərinin izdihamlı yerlərindən birində - “Place de Mone” meydanında çadır qurmuşdur. Çadırda Xocalı soyqırımı ilə bağlı xarici dillərə tərcümə edilmiş sənədlərin, broşürlərin, kitabların, habelə fotoşəkillərin və plakatların sərgisi təşkil olunmuş, faciəni əks etdirən materiallar iştirakçılara paylanılmış, Xocalı şəhidləri barədə film televiziya vasitəsi ilə nümayiş etdirilmişdir.
Brüsseldəki Azərbaycan diasporunun üzvləri aksiyada istirak etmiş fransız və alman sakinlərə faciə ilə bağlı ətraflı məlumat vermişlər. Belçikalılar faciənin belə böyük miqyasda olmasından dəhşətə gəldiklərini bildirmiş və çadırda qoyulmuş xüsusi kitaba ürək sözlərini yazmışlar.
Xocalı şəhidlərini anma mərasimində Azərbaycanın Belçika Krallığındakı səfirliyi və Avropa İttifaqındakı daimi nümayəndəliyinin əməkdaşları, habelə Türkiyə Məscidlər İttifaqı, Türk Koordinasiya Qurumunun üzvləri də iştirak etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]