Xorvatiya Respublikasının Prezidenti Zati-aliləri xanım Kolinda Qrabar-Kitaroviçə
Hörmətli xanım Prezident,
Xorvatiya Respublikasının milli bayramı - Dövlətçilik günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
Ümidvaram ki, Azərbaycan-Xorvatiya dostluğu və əməkdaşlığı xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Xorvatiya xalqına sülh və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 22 iyun 2015-ci il.