Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

XV BEYNƏLXALQ XƏZƏR NEFT-QAZ SƏRGİ VƏ KONFRANSININ AÇILIŞINDA AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

XV BEYNƏLXALQ XƏZƏR NEFT-QAZ SƏRGİ VƏ KONFRANSININ AÇILIŞINDA AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ
- Hörmətli xanımlar və cənablar,

Hörmətli qonaqlar,

Bu gün Azərbaycanın həyatında çox əlamətdar bir gündür. On beşinci dəfədir ki, Bakıda Xəzər neft-qaz sərgi-konfransı keçirilir. Sərgi və konfransın bütün iştirakçılarını səmimi qəlbdən salamlayıram.

1994-cü ildə ilk sərginin keçirilməsi, demək olar ki, dünya neft-qaz aləminin diqqətinin Azərbaycana cəlb edilməsi demək idi. O vaxt Azərbaycan öz müstəqilliyini yenicə bərpa etmişdi. Bildiyiniz kimi, müstəqilliyin ilk illəri çox ağır keçirdi. Ölkədə yaşanan böhran faktik olaraq müstəqil gələcəyimizi şübhə altına alırdı. 1993-cü ildə xalqın tələbi ilə ulu öndər Heydər Əliyevin Azərbaycana siyasi hakimiyyətə qayıdışından sonra vəziyyət sabitləşdi, Azərbaycanda sabitlik təmin olundu və ölkə sürətlə inkişaf etməyə başladı.

Hər bir gənc müstəqil ölkə üçün onun gələcəyi, gələcək inkişafı müəyyən amillərdən asılıdır. Bildiyiniz kimi, Azərbaycanın tarixində neft-qaz sənayesi həmişə xüsusi yer tutubdur. Azərbaycan qədim neft ölkəsidir. Dünyada sənaye üsulu ilə neft ilk dəfə məhz Azərbaycanda hasil edilmişdir. Dünyada dəniz yataqlarından da neft ilk dəfə Azəbaycanda çıxarılmışdır. Lakin müstəqillik əldə olunandan bir qədər sonra ölkədə yaşanan böhran nəticəsində neft sənayesi, demək olar ki, iflic vəziyyətinə düşmüşdü. Təbii ki, Azərbaycanın iqtisadi inkişafı üçün neft amilindən istifadə olunmalıydı. Məhz o illərdə Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanın yeni neft strategiyası elan olunmuşdu. Birinci konfransın keçirilməsi məhz o illərə təsadüf edir. 1994-cü ildə ilk sərgi keçirildi. Ondan sonra Azərbaycanı daha da yaxşı tanımağa başladılar. Deyə bilərəm ki, sərginin Azərbaycanın neft-qaz sektorunun inkişafında və genişmiqyaslı investisiyaların cəlb edilməsində çox mühüm rolu olmuşdur. Təsadüfi deyil ki, ilk sərgidən sonra “Əsrin müqaviləsi” imzalanmışdır və o, bu gün Azərbaycanın uzunmüddətli inkişaf imkanlarını böyük dərəcədə müəyyən edir. “Əsrin müqaviləsi”nin imzalanması çox tarixi bir hadisə idi. İlk dəfə Xəzər dənizi xarici investorlar üçün açılırdı, ilk dəfə olaraq genişmiqyaslı investisiyalar qoyulurdu, ilk dəfə olaraq Azərbaycan beynəlxalq, dünya miqyaslı şirkətlərlə əməkdaşlığa başlayırdı. Həmin müqavilənin nəticəsində bu gün biz Azərbaycanda neft-qaz sektorunun sürətli inkişafını görürük. Ancaq müqavilənin və ondan sonrakı addımların əhəmiyyəti, sadəcə, iqtisadi göstəricilərlə məhdudlaşmır. Bu, bizə imkan verdi ki, Azərbaycan və ölkəmizin şirkətləri dünya səviyyəsində, dünya miqyasında ən yüksək nüfuza malik olan şirkətlərlə bərabərhüquqlu münasibətlər yaratsın. Bu, bizə imkan verdi ki, beynəlxalq maliyyə qurumları ilə biz çox səmərəli işləyək və Azərbaycanın kredit reytinqi yüksəldi. Məhz o illərdə uğurlu neft strategiyasının icrası nəticəsində indi Azərbaycanın qarşısında heç bir maliyyə çətinliyi yoxdur. Həm öz imkanlarımız kifayət qədərdir, həm də istənilən layihəyə xaricdən, xarici maliyyə bazarlarından investisiyaların cəlb edilməsi bizim üçün mümkündür.

Azərbaycan bu illər ərzində sübut etdi ki, biz etibarlı tərəfdaşıq. Biz xarici şirkətlərlə qarşılıqlı maraqlar əsasında işləyirik və 14 il ərzində, 1994-cü ildən bu günə qədər Azərbaycanda işləyən şirkətlərlə Dövlət Neft Şirkəti, yaxud da hökumət qurumları arasında heç bir ciddi mübahisə, heç bir ciddi münaqişə olmamışdır. Biz bu gözəl əməkdaşlıq mühitindən səmərəli istifadə edirik. Mən bunu ona görə deyirəm ki, bəzi hallarda müəyyən maraqlar toqquşanda mübahisələr də başlayır, münaqişələr də yaşanır. Ancaq Azərbaycanda neft-qaz resursları ölkəmizin inkişafına və bölgədə təhlükəsizliyin möhkəmlənməsinə, regional əməkdaşlığın dərinləşməsinə yönəldilibdir. Bu, bizim böyük uğurumuzdur. Bu, sübut edir ki, neft-qaz resursları həm ölkənin inkişafı üçün, həm sosial məsələlərin həlli üçün və həm də beynəlxalq münasibətlərin yüksək səviyyədə qurulması üçün mühüm rol oynaya bilər. Biz bunu Azərbaycanın timsalında görürük.

Azərbaycan dövlət müstəqilliyini bərpa edəndə, demək olar ki, bizim neft-qaz hasilatımız kəskin şəkildə aşağı düşmüşdü. Baxmayaraq ki, keçən əsrin 40-50-ci illərində Sovet İttifaqında neftin 70 faizi məhz Azərbaycanda hasil edilirdi. 1990-cı illər ərəfəsində isə Azərbaycanda neft hasilatı ildə 8-9 milyon tona düşmüşdü. Qaz hasilatı kəskin şəkildə aşağı düşmüşdü, baxmayaraq ki, 1970-ci illərdə Azərbaycanda qaz hasilatı çox yüksək səviyyədə idi və qonşu respublikalara Azərbaycandan qaz göndərilirdi. Yəni bütün bu böyük sənayeni bərpa etmək, yenidən qurmaq, canlandırmaq böyük siyasi iradə, peşəkarlıq tələb edirdi, cəmiyyətin birləşməsini, səfərbər olmasını tələb edirdi, Azərbaycanda ictimai-siyasi sabitliyin yaranmasını tələb edirdi. Biz bütün bunlara nail ola bilmişik. Bu gün Azərbaycan dünyada iqtisadi artım baxımından ən sürətlə inkişaf edən ölkədir. Biz bu liderliyi ardıcıl üç ildir ki, saxlayırıq.

Azərbaycanda neft hasilatı bu il 50 milyon tondan çox olacaqdır. Gələn il 60 milyondan çox olacaqdır. Biz neft yataqları ilə bağlı olan bütün məsələləri uğurla həll etmişik. Böyük həcmdə investisiyalar cəlb etmişik. Bildiyiniz kimi, bizim ölkəmizin dünya bazarlarına birbaşa çıxışı yox idi. Neft kəmərləri tikilməli idi və onlar da tikildi. Lakin bu da asan məsələ deyildi. Xüsusilə nəzərə alsaq ki, kəmərlər tikildiyi zaman bölgədə vəziyyət bir az başqa idi.

Bizim neft-qaz kəmərlərimiz enerji resurslarımızı müxtəlif istiqamətlərə daşıyır. Azərbaycanda aşkar edilmiş neft-qaz yataqları bundan sonra da uzun illər, ən azı, 100 il ölkəmizi təmin edəcək, bizim ixrac imkanlarımızı təmin edəcək, etibarlı tərəfdaş kimi Azərbaycan gələcəkdə də öz müsbət rolunu oynayacaqdır.

Azərbaycanda qaz hasilatı bütün dövrlərdə olmuşdur. Ancaq nəhəng “Şahdəniz” yatağının kəşfindən, işlənilməsindən sonra Azərbaycan böyük həcmdə qaz ixrac edən ölkəyə çevrilir. Bu da böyük üstünlükdür. Çünki dünyada böyük həcmdə həm neft, həm də qaz ixrac edən ölkələrin sayı o qədər də çox deyildir. Biz yenə də Heydər Əliyevin uzaqgörənliyi nəticəsində 1996-cı ildə “Şahdəniz” qaz yatağının işlənilməsi üzrə beynəlxalq konsorsiumla müqavilə imzalamışıq. İndi Azərbaycan həm özünü qazla təmin edir, həm də onu qonşu ölkələrə və başqa ölkələrə ixrac edir. Bu ixracın coğrafiyası getdikcə genişlənəcəkdir.

 
Biz hesab edirik ki, növbəti illərdə, əlbəttə, bazarda olan tələbatdan asılı olaraq, qaz hasilatımızı böyük dərəcədə artıracağıq. Bu gün müzakirə predmeti olan müxtəlif qaz layihələrində Azərbaycan məqbul olan şərtlərlə iştirak etməyə hazırdır. Eyni zamanda, Azərbaycan hər bir neft-qaz ölkəsi qarşısında duran əsas vəzifəni də uğurla icra edir. Biz ixracın şaxələndirilməsini təmin etmişik. İndi Azərbaycanın qarşısında belə problem yoxdur. Çünki yolların şaxələndirilməsi həm istehsalçısı, həm də istehlakçı üçün lazımdır. Biz istehsalçı kimi çalışmışıq və nail olmuşuq ki, bütün istiqamətlərə çıxışlarımız var. Üç neft kəmərimiz var, ikisi Qara dənizə, biri Aralıq dənizinə çıxır. Dörd qaz kəmərimiz var. Onlardan biri Bakı-Tbilisi-Ərzurumdur, digərləri Azərbaycanı qonşu ölkələrlə birləşdirir. Deyə bilərəm ki, bütün bu kəmərlər işlək vəziyyətdədir. İstənilən istiqamətdə Azərbaycan öz neftini və qazını ixrac etmək iqtidarındadır.

Beləliklə, qısa müddət ərzində Azərbaycanın uğurlu neft strategiyasının icrası nəticəsində bizim 7 neft-qaz kəmərimiz var. Əlbəttə, bu, bizim həm iqtisadi maraqlarımızı təmin edir, həm tranzit ölkələrlə danışıqlarda mövqeyimizi möhkəmləndirir, həm də sirr deyil, beynəlxalq mövqelərimizi möhkəmləndirir. Çünki bu gün enerji təhlükəsizliyi bütövlükdə milli təhlükəsizlik məsələləri kimi tanınır. Həm bizim bölgədə, həm də Avropada və bütün ölkələrdə. Gələcəkdə bu sahənin dünya siyasətindəki çəkisi artacaqdır. Çünki hər bir ölkənin inkişafı üçün əsas şərt enerji resurslarıdır. İndi dünyada gedən iqtisadi inkişaf, əhalinin çoxalması və artan tələbat, bütövlükdə inkişaf daha da çox enerji resursları tələb edir. Onlar isə məhduddur. Mövcud olan əsas ixrac mənbələri də bəllidir. O mənbələrin hesabına müəyyən dərəcədə artımı təmin etmək olar. Ancaq yeni hövzə olduğuna görə və zəngin təbii ehtiyatlarına görə Xəzər hövzəsi dünya enerji bazarı üçün və dünya siyasəti üçün əvəzolunmaz bölgəyə çevrilibdir. Bu bölgədə Azərbaycan birinci ölkədir ki, 1994-cü ildə neft-qaz yataqlarına investisiya cəlb etmişdir, onları işlətməyə başlamışdır. Biz qarşıda duran bütün vəzifələri icra etmişik. Demək olar ki, ulu öndər Heydər Əliyevin başladığı və bu gün uğurla davam etdirilən Azərbaycanın yeni neft strategiyası tam öz məqsədinə çatmışdır.

İndi isə biz yeni mərhələ ərəfəsindəyik. Biz artıq iqtisadi cəhətdən və maliyyə resursları baxımından özümüzü təmin etmişik. İndi valyuta ehtiyatlarımız 10 milyard dollardan çoxdur. Növbəti illərdə, xüsusilə dünyada neftin qiymətinin kəskin şəkildə artması nəticəsində bizə böyük gəlirlər gələcəkdir. Qarşımızda artıq maliyyə çətinlikləri olmayacaqdır, biz o dövrü keçmişik. İndi bizim məqsədimiz inkişaf etmiş ölkəyə çevrilməkdir. Ancaq bu, o demək deyil ki, biz gərək arxayınlaşaq və əldə edilmiş uğurlarla kifayətlənək. Yox. Həyat yerində durmur. Xüsusilə bizim bölgədə enerji siyasəti ilə bağlı, enerji təhlükəsizliyi ilə bağlı yeni məsələlər ortaya çıxır. Əlbəttə ki, bu məsələlər müzakirə olunanda Azərbaycan, demək olar ki, onun əsas iştirakçılarından biridir.

 
Bizim coğrafi vəziyyətimiz, Avropa ilə Asiya arasında yerləşməyimiz, artıq güclü enerji və nəqliyyat infrastrukturuna malik olmağımız Azərbaycanı bu məsələlərlə bağlı əvəzolunmaz ölkəyə çevirir. Biz bundan istifadə edirik və edəcəyik. Yenə də demək istəyirəm ki, biz öz neft-qaz resurslarımızı regionda və dünyada təhlükəsizliyin, əməkdaşlığın və dostluğun inkişafına yönəldirik.

Bir daha qeyd etmək istəyirəm ki, enerji təhlükəsizliyi məsələləri yəqin ki, bundan sonrakı illərdə də dünyanın gündəliyində öz mühüm yerini tutacaqdır. Bizim bu sahədə uğurlarımız var, gələcək planlarımız da var. Biz artıq başqa ölkələrin, bölgələrin enerji təhlükəsizliyi ilə bağlı narahatlığını duyuruq, hiss edirik. Öz tərəfimizdən məqbul olan şərtlərlə bölgənin enerji təhlükəsizliyi məsələlərinə töhfəmizi davam etməyə hazırıq. Bildiyiniz kimi, təxminən iki il bundan əvvəl Avropa İttifaqı ilə Azərbaycan arasında enerji məsələləri üzrə strateji tərəfdaşlığa dair memorandum imzalanmışdır. Bu, əməkdaşlığın demək olar ki, ümumi çərçivələrini müəyyən edir. Digər ölkələrlə, o cümlədən Avropa İttifaqının üzvü olan ölkələrlə, qonşu ölkələrlə bu sahədə danışıqlarımız gedir. Hazırda Azərbaycan qazı iki ölkəyə ixrac edilirsə, gələcəkdə bu ölkələrin sayı daha da çox olacaqdır. Siz indi qazın nəqli ilə bağlı müzakirə predmeti olan bütün layihələrin adlarını bilirsiniz. Yəni gələcəkdə Azərbaycanın bu bölgədə rolu və iştirakı artacaqdır. Bu da öz növbəsində bizim ölkəmizi daha da gücləndirəcəkdir. Bizim beynəlxalq mövqelərimizi möhkəmləndirəcək, iqtisadi imkanları genişləndirəcək və əlbəttə ki, bölgədə bizim rolumuz kəskin şəkildə artacaqdır. Bu gün biz, eyni zamanda, şəffaflığı da təmin etmişik. Azərbaycan hasilat sahələrində şəffaflıq təşəbbüsünə qoşulan ilk ölkələrdən biridir. Bizim çox şəffaf və bütün beynəlxalq normalara uyğun olan Neft Fondumuz uzun illərdir ki, fəaliyyət göstərir. Dünya birliyi tərəfindən onun fəaliyyəti rəğbətlə qarşılanır. Keçən il Birləşmiş Millətlər Təşkilatı Azərbaycan Dövlət Neft Fondunu xüsusilə şəffaflıqda əldə edilən uğurlarla bağlı yüksək mükafata layiq görmüşdür. Yəni bu da neft-qaz sənayesinin əsas hissələrindən biridir. Azərbaycan cəmiyyətində neftdən əldə olunan gəlirlərin bölünməsi ilə bağlı heç bir narahatlıq yoxdur. Çünki bütün məlumatlar açıqdır, vaxtaşırı dərc olunur. Həm vəsaitin yığılması, həm də onun sərf olunması - bütün bunlar ciddi ictimai nəzarət şəraitində keçirilir. Eyni zamanda, parlament dövlət büdcəsini qəbul edərkən, hər bir Azərbaycan vətəndaşı parlamentdəki öz nümayəndəsi vasitəsilə vəsaitin bölünməsində iştirak edir. Bu, çox vacib amildir. Həm bizim imkanlarımızı, həm də ki, niyyətimizi göstərir. Biz gələcəkdə dünyada mövcud olan bütün müsbət meyarları Azərbaycanda tətbiq etmək istəyirik. Onların bir neçəsi artıq tətbiq olunubdur. Bütövlükdə, bizim məqsədimiz neftdən əldə olunan gəlirləri insan kapitalına yönəltmək, Azərbaycanda güclü qeyri-neft sənayesini yaratmaq, sosial məsələlərin həllinə nail olmaq və beləliklə, Azərbaycanı dünyanın inkişaf etmiş ölkələrinin sırasına daxil etməkdir. Budur bizim məqsədimiz və biz ona doğru irəliləyirik.

İndi biz sosial məsələlərin həllinə - təhsil, səhiyyə, informasiya-kommunikasiya texnologiyaları məsələlərinə çox böyük diqqət göstəririk. Sirr deyil ki, bizim iqtisadi inkişafımızın böyük hissəsi neft-qaz sektoru ilə bağlıdır. Bu sektorda yaranan əlverişli vəziyyət iqtisadiyyatın bütün başqa sahələrinə öz müsbət təsirini göstərir. Biz qısa müddət ərzində regionların sosial-iqtisadi inkişafının təmin edilməsinə nail olmuşuq. Son beş ilə yaxın müddətdə 650 mindən çox iş yeri açılmışdır. İşsizlik, demək olar ki, aradan qaldırılıb, yoxsulluğun səviyyəsi aşağı düşüb, iqtisadi inkişaf göz qabağındadır. Biz dörd ildə iqtisadiyyatımızı iki dəfə artıra bilmişik.

Bir daha demək istəyirəm ki, bütün bunların təməlində məhz 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması, ulu öndər tərəfindən atılmış müdrik, düşünülmüş və cəsarətli addım dayanır.

Bir daha qayıdıram bugünkü sərgiyə. Bu sərginin o zaman təşkil olunması Azərbaycana diqqəti cəlb etdi. Bəlkə bu sərgi keçirilməsəydi, xarici neft şirkətləri bir il də tərəddüd edəcəkdilər, çünki o vaxt xarici neft şirkətlərini Azərbaycana gətirmək çox çətin məsələ idi. Azərbaycan çox riskli bir ölkə kimi tanınırdı. Biz isə buna nail olmuşuq və indi müsbət nəticələrini görürük. Mən əminəm ki, böyüklüyündən asılı olmayaraq, Azərbaycanda işləyən bütün şirkətlər - istər xarici, istər yerli şirkətlər, bundan sonra da özlərini rahat hiss edəcəkdir. Azərbaycanda investisiya şəraiti daha da yaxşılaşacaq və iş görmək üçün ölkədə daha da böyük imkanlar yaranacaqdır.

Əziz dostlar, mən sizi bu gözəl, əlamətdar gündə bir daha salamlayıram. Bu sərgi 15-ci dəfədir keçirilir. Bu, bir növ yubiley hesab oluna bilər. Sərgi və konfransa, onlarda iştirak edən bütün insanlara uğurlar, cansağlığı arzulayram. Sağ olun.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Politico”: Seçkilərin birinci turu Makron üçün alçaldıcı olub

Erməni deputat: Ermənistan bütün qonşularının ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını tanıyır

Gürcüstanda qumar oyunları ilə bağlı qadağalar sərtləşdirilib

“Arxa cəbhənin insanları” ssenari müsabiqəsinin finalçıları elan edilib

Nikol Paşinyan Ermənistandakı demokratiyanın keyfiyyətindən narazıdır

İspaniya NATO-nun Slovakiyadakı döyüş qrupuna rəhbərliyə başlayıb

Reuters: Britaniyada seçki öncəsi keçirilən sorğu-anketlerdə Leyboristlər öndədir

Paytaxtda 198 ədəd ağac və kolun qanunsuz kəsilməsi nəticəsində təbiətə 413 min manatdan artıq ziyan vurulub

Masallıda keçmiş məhkumdan külli miqdarda narkotik vasitə aşkarlanıb

CBC erməni siyasətinin gizli mexanizmlərini üzə çıxaran yeni sənədli film təqdim edir

Dövlət Su Ehtiyatları Agentliyi son günlər baş verən sel və daşqınlara qarşı mühafizə tədbirlərini artırıb

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan dili kurslarında tədris ilinə yekun vurulub

Qoydan kəndinin sakinləri torpaq sürüşməsi səbəbindən təxliyə olunub

Azərbaycan millisinin aparıcı futbolçusu əməliyyat olunub

MEK-in 2024-cü ilin birinci yarısı üçün hesabatı dinlənilib

Prezident İlham Əliyev Qırğız Respublikasının ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNİB

COP29 Azərbaycan üzrə baş icraçı direktor: Ənənəvi iqtisadi inkişaf modeli Yer kürəsinə zərərlidir - VİDEOMÜSAHİBƏ

Reparasiya tərəfdarları Niderlandın üzr bəyanatlarının səmimiliyinə şübhə ilə yanaşır

BDU-nun jurnalı “Riyaziyyat, tətbiqi riyaziyyat” kateqoriyası üzrə 2-ci yerdə qərarlaşıb

Azərbaycan Deflimpiya Komitəsində yeni təyinat olub

İdxal olunan bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluqlar aşkarlanıb

“Asiya uşaqları” Oyunlarının qalibi: Dostumu məğlub edən idmançıdan revanş aldım

Bakıda Azərbaycan-Bolqarıstan hökumətlərarası komissiyanın 6-cı iclası keçirilib

Həqiqi hərbi xidmətə çağırılanlarla bağlı bəzi kateqoriyalar üzrə yekun tibbi müayinə necə aparılır?

Azərbaycanın yunan-Roma güləşçiləri "Asiya uşaqları" Oyunlarına 2 medalla başlayıblar

Azərbaycan millisinin seçmə mərhələnin oyunları üçün heyəti bəlli olub

Professor Nadir Məmmədli “Beynəlxalq Mahmud Kaşğari mükafatı”na layiq görülüb

“SABAH” qruplarına test imtahanının nəticələri elan olunub

Polşa ATƏT-dəki nümayəndəliyini bağlayır

Xocavənddə 1 tondan artıq yabanı çətənə bitkisi yandırılıb

Azərbaycan cüdoçusu “Asiya uşaqları” Oyunlarının qalibi olub

Ukrayna Təhlükəsizlik Xidməti bu ölkədə dövlət çevrilişi hazırlayan qrupu ifşa edib

Mədəniyyət Nazirliyinin tabeliyindəki məktəblərə şagirdlərin qabiliyyət imtahanları yekunlaşıb

Dağlıq və dağətəyi rayonlarda leysan yağacaq, dolu düşəcək - PROQNOZ

Xaricdən sifariş olunan malların istehlakçılara çatdırılması xidmətini həyata keçirən sahibkarlarla görüş keçirilib

Lisey və gimnaziyalara qəbul imtahanının nəticələri elan edilib

Taksi fəaliyyəti üçün icazə alan sürücülərin sayı 11 mini keçib

Yanacağa qənaət edən avtomobillərə keçid sürətlənəcək - AÇIQLAMA

ADA Universitetində “VII ADA 2024” Beynəlxalq Təhsil Konfransı keçirilir YENİLƏNƏCƏK VİDEO

Dünya mediası Fransada parlament seçkiləri haqqında: ifrat sağçılar hakimiyyətə gəlir

Dövlət Akademik Filarmoniyası tamaşaçılara zəngin proqram hazırlayıb

Bülənt Korkmaz: Türkiyə millisinin böyük potensialı var, Avropa çempionatında uğur qazana bilər

DSMF: Yanvar-iyun ayları ərzində 15,2 mindən çox vətəndaş müraciəti cavablandırılıb

Hövsan, Mərdəkan və Şüvəlan qəsəbələri istiqamətində yeni marşrutlar istifadəyə verilib

VI “Neftçili Yay Futbol Düşərgəsi” başa çatıb

Monqolustanda yeni qanuna əsasən 32 qadın parlamentə seçilib

BMT-nin 2024-cü il üçün Davamlı İnkişaf Hesabatı açıqlanıb

“Deneyap” texnologiya laboratoriyasına şagird seçimi imtahanı keçirilib

Həyətində çətənə kolları yetişdirən Salyan sakini saxlanılıb VİDEO

Şuşa Teatrının iyul repertuarı açıqlanıb

Rəqabət Məcəlləsi iqtisadiyyata cəlb olunan investisiyaların artması üçün geniş imkanlar yaradacaq

Avstraliya əcnəbi tələbələr üçün viza rüsumlarını ikiqat artırır

DİM rəhbəri: Müasir çağırışlara uyğun innovasiyalar tətbiq edilməlidir

Kitabxanada gənc rəssamın sərgisi açılıb

Fransada seçkilərdən sonra etiraz aksiyaları başlayıb VİDEO

“Sony” şirkəti CD-R, DVD-R və BD-R disklərinin istehsalını dayandırır

Stomatoloq: Diş itirilməsinin səbəbinin 70 faizi parodont xəstəliklərlə əlaqəlidir

Nazir: Bu gün ölkədə müəllim hazırlığına ciddi ehtiyac var VİDEO

Filippində denge qızdırması pik həddinə çatıb

Nazir: Uşaqların 85 faizindən çoxu bağçalara və məktəbəhazırlığa cəlb olunub VİDEO

Azərbaycan Premyer Liqasına qayıdan komanda yeni qapıçı transfer edib

ABŞ-da seçicilərin 72 faizi Cozef Baydenin sağlam olmasına şübhə edir

11 yaşını qeyd edən Oxu.az yeni layihəyə hazırlaşır – REPORTAJ

Fransa parlamentinə seçkilərin ilk turunda “Milli birlik” partiyası qalib gəlib

Misir və Aİ 33 milyard dollarlıq investisiya müqavilələri imzalayıb

Azərbaycan Ordusunun zabiti vəfat edib

“Azərpoçt” 19-cu “ÜPİ Təsnifat Müsabiqəsi 2024”də iştirak edir

İspanlar kütləvi turist axınına etiraz edirlər

Prezident İlham Əliyev Filippinin ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNƏCƏK

BDU-nun həmtəsisçisi olduğu jurnal 489 beynəlxalq nəşr arasında 6-cı yerdə olub

Azərbaycan Boks Federasiyasının 100 illiyi ilə bağlı xüsusi loqo hazırlanıb

Prezident İlham Əliyev Kanadanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNƏCƏK

Ötən həftəsonu təhvil götürülən silah-sursatın sayı məlum olub

DİN: Son iki gündə 216 kiloqramdan çox narkotik vasitə aşkarlanıb

Azərbaycan güləşçiləri xatirə turnirində beş medal qazanıblar

Prorektor: Sevindirici haldır ki, ADA Beynəlxalq Təhsil Konfransı çox dinamik və populyar platformaya çevrilib

Macarıstan Aİ Şurasının sədri oldu

Elm və təhsil naziri Xaçmazda vətəndaşları qəbul edəcək

Yens Stoltenberq NATO-nun Baş katibi postunda sonuncu müsahibəsini verib

Hərbi Tibb fakültəsində feldşerlərin buraxılış mərasimi olub

DİN: Ölkə ərazisində qeydə alınan 74 cinayətin üstü açılıb

Avro-2024: Bu gün 1/4 final mərhələsinin növbəti iştirakçıları bəlli olacaq

Türkiyə Azərbaycandan idxal edilən bəzi məhsullara gömrük rüsumunu azaldıb

BVF Qanada iqtisadi islahatlara dəstək üçün 360 milyon dollar ayırıb

“SOCAR Downstream Management” şirkətində görülmüş işlərlə əlaqədar hesabat görüşü keçirilib

"Asiya uşaqları" Oyunları: Azərbaycan atleti bürünc medal qazanıb

Dünya birjalarında neft bahalaşıb

Dövlət İmtahan Mərkəzi TKT imtahanına qeydiyyat elan edir

Şabranda yol qəzasında 1 nəfər ölüb, 3 nəfər yaralanıb

Azərbaycan dövləti Ukrayna Milli Uşaq Kitabxanasının təmirinə maliyyə yardımı ayırıb

İmişlidə qəza zamanı ata ölüb, övladı xəsarət alıb

Hacıqabulda yol qəzası olub, yaralılar var

Xızıda əməliyyat yolu ilə silah-sursat və çətənə kolları aşkarlanıb

NATO Asiya-Sakit okean regionu ölkələri ilə əməkdaşlığı gücləndirəcək

Beynəlxalq münasibətlər sistemində daha səmərəli iştirakımız baxımından növbədənkənar parlament seçkilərinin keçirilməsi çox əhəmiyyətlidir – ŞƏRH

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur

Bacısını qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub - YENİLƏNİB

Çingiz Qənizadə: Azərbaycan polisi ictimai-siyasi sabitliyin qorunmasında və Vətənin müdafiəsində həmişə ayıq-sayıqdır

Amerika Kuboku: Ekvador millisi 1/4 finala yüksəlib

NATO-nun məsləhətçisi: Almaniya Azərbaycanla enerji sahəsində əməkdaşlıqda böyük potensial görür – MÜSAHİBƏ