Yanvar-fevralda 47,5 min hektar sahədə yazlıq bitkilər əkilib
Bakı, 19 mart, AZƏRTAC
2018-ci ilin yanvar-fevral aylarında 47,5 min hektar sahədə yazlıq bitkilər, o cümlədən 4,1 min hektar sahədə dənli və dənli paxlalılar, 10,1 min hektar sahədə kartof, 9,6 min hektar sahədə tərəvəz, 23,6 min hektar sahədə çoxillik otlar və 0,1 min hektar sahədə digər bitkilər əkilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu dövrdə diri çəkidə 78,2 min ton ət, 299,8 min ton süd, 281,9 milyon ədəd yumurta, 16,3 min ton tərəvəz istehsal olunub.
2017-ci ilin yanvar-fevral ayları ilə müqayisədə ət istehsalı 3,4 faiz, süd istehsalı 1,1 faiz, yumurta istehsalı 1,1 faiz, tərəvəz istehsalı 1,9 dəfə artıb.
Ötən ilin yanvar-fevral ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 3,4 faiz, o cümlədən heyvandarlıq məhsullarının istehsalı 2,6 faiz, bitkiçilik məhsullarının istehsalı isə 43,8 faiz artıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]