Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

YAP Mərkəzi Aparatında “Vətən müharibəsi: Prezident-Xalq-Ordu birliyinin möhtəşəm rəmzi” mövzusunda dəyirmi masa keçirilib

Bakı, 21 oktyabr, AZƏRTAC

Oktyabrın 21-də Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında “Vətən müharibəsi: Prezident-Xalq-Ordu birliyinin möhtəşəm rəmzi” mövzusunda dəyirmi masa keçirilib.

AZƏRTAC xəbər verir ki, dəyirmi masada Milli Məclisin komitə sədrləri, parlamentdə təmsil olunan siyasi partiyaların rəhbərləri, hərbi, siyasi ekspertlər, QHT rəhbərləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Tədbirdə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Dəyirmi masada çıxış edən YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, müasir dövrdə hər bir ölkənin gücünü müəyyən edən əsas amillərdən biri milli həmrəylik faktorudur. Həmrəylik, əsas etibarilə, cəmiyyətin ümummilli məsələlər ətrafında səfərbər edilməsindən, toplumun mənəvi-siyasi enerjisinin milli maraqların qorunmasına yönləndirilməsindən asılıdır. Tarixi faktlar və reallıqlar təsdiq edir ki, burada əsas - aparıcı amil lider faktoru və ya liderlik fenomenidir.

YAP Sədrinin müavini qeyd edib ki, Azərbaycanda xalq-lider birliyi, yəni, milli həmrəylik amili həm müstəqilliyimizin, suverenliyimizin qarantı, həm də davamlı uğurlarımızın təminatçısıdır: “Ümumiyyətlə, müstəqillik dövrünün prosesləri və reallıqları təsdiqləyir ki, milli həmrəylik xalqımız, dövlətimiz üçün taleyüklü anlarda həlledici faktor kimi çıxış edib. Ümummilli lider Heydər Əliyev Azərbaycanda milli həmrəyliyi təmin etməklə sabitliyin və təhlükəsizliyin qorunmasına, inkişafın davamlı prosesə çevrilməsinə nail ola bilib. Ulu Öndərin ölkəmizə rəhbərlik etdiyi 1993-2003-cü illər ərzində həmrəylik Azərbaycan dövlətinin milli gücünü artıran amillərdən biri olub. Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi son 18 il ərzində isə milli həmrəyliyin daha da gücləndirilməsi Azərbaycanın möhtəşəm nailiyyətlər qazanaraq yeni zirvələr fəth etməsinə gətirib çıxarıb və ölkəmizin dünya birliyində layiqli yer tutmasını şərtləndirib. Azərbaycanın adının dünya siyasi tarixinə qalib ölkə kimi yazılmasını, tarixi ədalətin, milli ləyaqətin və milli qürurun bərpasını təmin edən 44 günlük Vətən müharibəsində qazanılmış qələbədə isə milli həmrəylik amilinin yeri və rolu müstəsnadır. Daha dəqiq desək, Prezident-Xalq-Ordu birliyi Azərbaycanın tarixi qələbəsinin əsasında duran ən mühüm amildir”.

Tahir Budaqovun sözlərinə görə, 44 günlük Vətən müharibəsi dövründə ölkəmizdə fəaliyyət göstərən əksər siyasi partiyalar Azərbaycanın ərazi bütövlüyünün təmin olunması məsələsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin prinsipial siyasətinə qətiyyətli dəstək göstərdilər, müxtəlif xalqların nümayəndələri yumruq kimi birləşərək döyüş meydanına atıldılar, gənclərimiz Vətənin bütövlüyü uğrunda mübarizəyə qatılaraq şərəf və şanlı qürur tarixi yazdılar. İkinci Qarabağ müharibəsinin nəticəsi olan tarixi qələbə Prezident-Xalq-Ordu birliyinin möhtəşəmliyini, Azərbaycan dövlətinin milli gücünü, xalqımızın isə mübarizə əzmini - sarsılmaz həmrəyliyini bütün dünyaya nümayiş etdirdi. Bir daha sübuta yetirildi ki, güclü – qüdrətli Azərbaycan mürəkkəb beynəlxalq şərtlərə və şəraitə, bəzi dairələrin təzyiq cəhdlərinə baxmayaraq, istənilən strateji hədəfini reallaşdırmaq əzmində və iqtidarındadır.

YAP Mərkəzi Aparatının rəhbəri vurğulayıb ki, Prezident-Xalq-Ordu birliyinin təntənəsi olan möhtəşəm Qələbənin nəticələri təkcə Azərbaycanın ərazi bütövlüyünün və tarixi ədalətin bərpasını deyil, eyni zamanda, istər Cənubi Qafqaz regionunda, istərsə də Avrasiyada yeni geostrateji reallıqların təşəkkülünə səbəb olub: “Azərbaycan öz milli gücü, hərbi-siyasi resursları ilə işğal faktına son qoymaqla - münaqişəni və separatizm faktını aradan qaldırmaqla yeni təhlükəsizlik və əməkdaşlıq mühiti formalaşdırıb. Yeni reallıqlar fonunda şərtləri qalib və üstün tərəf olan Azərbaycan diktə edir. Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə sistemli quruculuq işlərinin aparılması, tarixi, dini və mədəni abidələrimizin bərpa olunması regional inkişafın əhatə dairəsinin genişlənməsinə səbəb olmaqla yanaşı, milli tərəqqinin yeni mərhələsinə transformasiya deməkdir. Bütün bunlar xalq-lider birliyinin post-müharibə dövründə də Azərbaycanı siyasi-diplomatik və sosial-iqtisadi müstəvidə mühüm uğurlara daşıdığını, ölkəmizin qarşısında parlaq perspektivlər açdığını göstərir. Reallıqlar deməyə əsas verir ki, Azərbaycan bundan sonra da Prezident-Xalq-Ordu birliyi sayəsində öz mövqeyini daha da möhkəmləndirəcək, siyasi və iqtisadi imkanlarını genişləndirərək mühüm üstünlüklər qazanacaq. Bu isə xalqımızın milli sərvəti olan müstəqilliyimizin qorunması, tarixi qələbəmizin nəticələrinin möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında davamlı yüksəlişi və nəhayət, daha güclü – daha qüdrətli Azərbaycan deməkdir!”.

Sonra Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı “Siyasi dialoq və həmrəylik” mövzusunda çıxış edərək bildirib ki, Vətən müharibəsi nəticəsində Ermənistanın işğalçılıq siyasətinə son qoyuldu, torpaqlarımız işğaldan azad edildi. Onun sözlərinə görə, müharibədən sonra yeni Azərbaycan yaranıb: “Torpaqlarımızın işğaldan azad edilməsi məsələsində əksər siyasi partiyaların bir araya gəlməsi müharibədə Qələbəyə təsir edən amillərdən biri olub. Vətən müharibəsi başlayan gün ölkədə fəaliyyət göstərən siyasi partiyaların mütləq əksəriyyəti birgə bəyanat imzalayaraq Ali Baş Komandana və orduya dəstək nümayiş etdirdilər. Ümummilli məsələlərdə vahid mövqeyin qorunması əsas şərtdir”.

S.Rüstəmxanlı qeyd edib ki, bu gün dünyada siyasi ünsiyyəti dialoqsuz təsəvvür etmək mümkün deyil. Azərbaycanda normal dialoq mühitinin formalaşdığını deyən partiya sədri ölkəmizdə yeni siyasi konfiqurasiyanın yaranmasının əhəmiyyətini diqqətə çatdırıb və bu istiqamətdə Prezident İlham Əliyevin təşəbbüslərini yüksək dəyərləndirib. Siyasi partiyalar arasında bu birlik qorunmalıdır. O, siyasi münasibətlərin və dialoqun inkişafı ilə bağlı bir sıra təkliflər də irəli sürüb.

“Vətən müharibəsi: haqq və şərəf işi” mövzusunda çıxış edən Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc isə bildirib ki, Azərbaycanın son iki yüz ildə belə bir möhtəşəm Qələbə qazanmasının əsas səbəbi xalqın xilaskar lider ətrafında sıx birləşməsi olub. Onun sözlərinə görə, bu birliyin bundan sonra da qorunub saxlanmasına nail olmalıyıq: “Əgər biz ötən illərdə məğlubiyyətin acısını, çətinliyini yaşayırdıqsa, indi də qazandığımız Qələbəni qorumalı, onu möhkəmləndirməliyik. Çünki Qələbədən sonra müəyyən dairələr tərəfindən ölkəmizə qarşı şər-böhtan kampaniyasının aparıldığını görürük. Ona görə də, biz milli birliyimizi daha da gücləndirməli, Prezidentimizin ətrafında bundan sonra da sıx birləşməliyik”.

Dəyirmi masada “Müqəddəs savaş: cəsurluğun, şücaətin və vətənpərvərliyin təntənəsi” mövzusunda çıxış edən iki dəfə “Azərbaycan Bayrağı” ordenli ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov bildirib ki, Azərbaycan Ordusunun müharibədə Qələbə qazanmasının əsas səbəblərindən biri yüksək vətənpərvərlik amilidir: “Ulu öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldikdən sonra xalqımızın özünə inamı qayıtdı, o cümlədən, orduda, gənclərimizdə yüksək döyüş ruhu formalaşmağa başladı. Məhz bunun nəticəsidir ki, Birinci Qarabağ müharibəsində torpaqlarımızın bir hissəsi azad edildi. Atəşkəs dövründə isə Ulu Öndər tərəfindən güclü ordu quruculuğuna başlanıldı. Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirərək Azərbaycanda güclü ordu yaratdı. Bu gün bizim Silahlı Qüvvələrimiz dünyanın ən güclü 50 ordusu sırasındadır. Ötən dövr ərzində çox yüksək vətənpərvər ruhlu gənc nəsil formalaşdı ki, bu amil Qələbəmizin təmin olunmasında öz sözünü dedi”.

Tədbirdə Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin direktoru, politoloq Eldar Namazov “Vətən müharibəsi və yeni tarixi reallıqlar” mövzusunda çıxış edərək bildirib ki, hazırda tarixi proseslər yaşayırıq. Onun sözlərinə görə, dövlətimiz və xalqımız çox böyük qələbə qazanıb: “Azərbaycanla Türkiyə regionda güc balansını dəyişib. Hamı bu reallıqla barışmalıdır. Gələcəkdə bölgədə baş verəcək proseslərdə Azərbaycan müstəsna rol oynayan ölkələrdən biri olacaq. Biz artıq bunun son günlərdə İranla yaşanan gərginlikdə də şahidi olduq. Artıq İran rus sülhməramlılarının nəzarətində olan ərazilərimizə yük daşınmasına son verdi. Bu barədə İran tərəfi müvafiq qərar qəbul edib. Hesab edirəm ki, artıq bütün türk dövlətlərinin birliyinin daha da güclənməsi prosesi gedir və bu baxımdan gələcəkdə yeni bir güc mərkəzinin yaranmasının şahidi olacağıq. Noyabr ayında İstanbulda keçiriləcək türkdilli ölkələrin zirvə sammitində vacib qərarların qəbul edilməsi gözlənilir”.

Politoloqun fikrincə, 44 günlük Vətən müharibəsindəki Qələbəmizə tam qiymətin verilməsi üçün zaman lazım olacaq: “Biz dövlətimizin, liderimizin ətrafında sıx birləşməliyik. Bizi qarşıda işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərini həyata keçirmək üçün böyük iqtisadi layihələr gözləyir. Biz artıq bölgədə yeni bir güc mərkəziyik. Gələcəkdə bu hadisələr dərsliklərə, kitablara qızıl hərflərlə yazılacaq”.

Tədbirdə YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Hikmət Məmmədov isə “Paralel baxış: Vətən müharibəsi və informasiya savaşı” mövzusunda çıxış edib. O bildirib ki, müasir dövrdə müharibələr hibrid müharibələr kimi səciyyələndirilir. Onun əsas komponentlərindən biri də informasiya müharibəsidir.

H.Məmmədov qeyd edib ki, 44 günlük müharibədə düşmənin və onun havadarlarının bizim informasiya məkanımıza müdaxilə cəhdlərini gördük: “Müharibə həm də informasiya məkanında gedirdi. 44 gün ərzində 35-dən çox xarici KİV-ə müsahibə verən Prezident İlham Əliyev informasiya müharibəsində də qələbəmizi təmin etdi. Amma bu gün də informasiya savaşı davam edir və bütün cəmiyyətimiz, o cümlədən siyasi partiyalar milli maraqlarımızın qorunması naminə bu prosesdə fəal iştirak etməlidir”.

Dəyirmi masada, həmçinin Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, Milli Məclisin deputatı Qüdrət Həsənquliyev, Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı, Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa, Milli Cəbhə Partiyasının sədri, Milli Məclisin deputatı Razi Nurullayev, Respublikaçı Alternativ Partiyasının sədri İlqar Məmmədov, Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə, Vəhdət Partiyasının sədri, Milli Məclisin deputatı Tahir Kərimli, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri Rəna Mirzəzadə və iqtisadçı Fuad İbrahimov çıxış edərək 44 günlük Vətən müharibəsində qazanılan Qələbənin əhəmiyyətini və bu Zəfərin əldə olunmasında milli birliyin və həmrəyliyin xüsusi rolunu vurğulayıblar. Çıxışlarda, həmçinin siyasi münasibətlərin inkişafı ilə bağlı fikir və təkliflər səsləndirilib.

Sonda çıxış edən Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli dəyirmi masada faydalı müzakirələrin aparıldığını bildirib və səsləndirilən təkliflərin diqqət mərkəzində saxlanılacağını vurğulayıb. Birinci vitse-spiker qeyd edib ki, Vətən müharibəsində ölkəmizdə siyasi baxışlarından asılı olmayaraq siyasi partiyaların mütləq əksəriyyətinin vahid mövqedən çıxış etməsi birliyimizin əyani göstəricisi oldu. Ə.Hüseynli gələcəkdə də bu tipli tədbirlərin keçirilməsinin önəmini diqqətə çatdırıb.

Tədbirə yekun vuran YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bu cür görüşlərin bundan sonra da keçiriləcəyini, ümummilli maraqlar ətrafında bütövlükdə cəmiyyətin, o cümlədən siyasi partiyaların gələcəkdə də həmrəylik nümayiş etdirəcəyinə əminliyini ifadə edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Britaniyada deputat başqa partiyaya keçib

Ağdam rayonu ərazisində mina hadisəsi baş verib

Gənc Tamaşaçılar Teatrının səhnəsində “Ana” tamaşası nümayiş olunub

Süni intellekt qədim yunan filosofunun dəfn olunduğu yeri tapıb

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini aşkarlayıblar

Avropa Kosmik Agentliyi: Mövsüm dəyişikliyi zamanı Marsın səthini hörümçəyi xatırladan ləkələr örtür

Alimlər qədim nəhəng qızılbalıqların köpək dişləri olduğunu aşkar ediblər

İstanbul derbisi: “Fənərbağça” doğma meydanda “Beşiktaş”a qalib gəlib

Ankarada keçirilən forumda Qərbi Azərbaycanın tarixi irsi müzakirə olunacaq

“Rəqsin ürəyi Şəkidə döyünür” adlı konsert proqramı təqdim olunub

İndoneziya sahillərində güclü zəlzələ baş verib

Moskvada Qara Qarayev adına beynəlxalq müsabiqənin laureatlarının qala-konserti keçirilib

“Şuşanın musiqi mədəniyyəti: tarix və inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilib

Moskva Dövlət Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib

Premyer Liqa: "Sabah" doğma meydanda "Səbail"ə qalib gəlib

Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub

Sumqayıtda kanalda batan uşağın cəsədi tapılıb

Tovuzda üç nəfərin ağır xəsarət alması ilə nəticələnən qəza baş verib VİDEO

Abşeron rayonunda ağır cinayətin üstü isti izlər əsasında açılıb

“Təbiət konsepsiyası və onun ədəbiyyat və musiqidə inikası” mövzusunda elmi-praktik konfrans keçirilib

"Ocaq Sport" Klubunun yeni zalının açılışı olub VİDEO

Pakistanın hərbi təhsil üzrə nümayəndələrinə Azərbaycan Ordusundakı islahatlar barədə məlumat verilib

® "Nar"dan sərfəli smartfon təklifi

ARDNF-nin ən böyük texnologiya şirkətlərinə olan investisiyasının həcmi 1,7 milyard dolları ötüb - EKSKLÜZİV

İmişli-Biləsuvar yolunda avtomobil aşıb, ölənlər və yaralılar var

Azərbaycan taekvondoçusu Estoniyada keçirilən turnirdə gümüş medal qazanıb

Baş direktor: COP29-un Azərbaycanda keçirilməsi ölkənin bərpaolunan enerji mənbələrinə keçiddə potensialını göstərir

Birinci siniflərə qəbulla bağlı 326 alternativ qeydiyyat mərkəzi yaradılıb

Zirvələrə yüksələn zərif insan ömrü

Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər

Yardımlıda dağlıq ərazidə köməksiz vəziyyətdə qalan vətəndaş xilas edilib

Kür çayının Şirvan məntəqəsində suyun səviyyəsi 10 santimetr azalıb

Kubadakı nağd pul çatışmazlığı inflyasiya böhranını daha da artırır

Premyer Liqa: “Liverpul” çempionluq yolunda vacib xal itirib

Azərbaycan-Almaniya əlaqələri yüksələn xətlə inkişaf edir ŞƏRH

Avropa çempionatı: Azərbaycanın bir cüdoçusu finalda, ikisi bürünc medal qazana bilər

Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Baş Dövlət Yol Polis İdarəsi sürücülərə müraciət edib

Azərbaycan Qırğızıstana neft məhsulları tədarük edəcək

Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər

Rusiyada “Krokus Siti Holl”da terror aktı ilə bağlı 12-ci şübhəli həbs edilib

FHN-in komandası Ulu Öndərin xatirəsinə həsr olunan minifutbol turnirində finala çıxıb

Azərbaycanın Türk dünyası, o cümlədən Qırğızıstanla əməkdaşlığının perspektivləri ŞƏRH

İrəvanda milli maarifçilik mühitinin inkişafında azərbaycanlı ziyalıların rolu - Araşdırma

“Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində respublika müşavirəsi keçirilib

Azərbaycan Basketbol Liqası: “Gəncə” müntəzəm mövsümü beş qələbə ilə bitirib

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar

Dördqat Avropa çempionu: Tarixi uğurları və yeni rekordları sevirəm

Ümummilli Lider Heydər Əliyevin doğum günü münasibətilə 1300-dən çox müxtəlif növ ağac əkilib

Tanınmış basketbol hakimi hava limanında ətir oğurlayarkən saxlanılıb

Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub

Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Ağcabədidə bir sıra görüşlər keçirib

Dövlət Neft Fondu “Tesla” və “İntel” şirkətlərinin səhmlərini alıb - EKSKLÜZİV

Qanalı qeyri-adi rekordla Ginnesin Rekordlar Kitabına düşüb

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə "Qərbi Azərbaycana qayıdış" olimpiadasında 3371 nəfər iştirak edib

Akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib

“Dəniz Komando Təməl kursu”nun buraxılış mərasimində qazaxıstanlı hərbçilər də iştirak ediblər VİDEO

Abşeron rayonunda akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü qeyd edilib

Şahin Bayramov: Bu saziş Azərbaycanla Qırğızıstan arasında elm və təhsil əlaqələrinin gücləndirilməsinə ciddi zəmin yaradır

Dmitri Peskov: Moskva Azərbaycanla Ermənistan arasında sülh sazişinin tezliklə imzalanmasının tərəfdarıdır

İstanbul derbisi: “Fənərbağça” “Beşiktaş”a qarşı

DSX aparatında Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib VİDEO

“Qərbi Azərbaycana qayıdış” olimpiadasında Şəki-Zaqatala üzrə 279 şagird biliyini sınayıb

“Koroğlu”da polisdən qaçmaq istəyən narkokuryer barəsində cinayət işi başlanılıb VİDEO

Monteneqro Prezidentinə “Qarabağ işğaldan əvvəl və sonra” kitabı təqdim edilib

İri Avropa hava limanı sərnişinlərin yoxlanılması müddətini 3 saniyəyədək azaldıb

NASA-nın rəhbəri xalqları iqlim dəyişikliyi ilə mübarizədə səyləri birləşdirməyə çağırıb

Qubada akademik Zərifə Əliyevaya həsr olunmuş “Zəriflik” adlı tədbir keçirilib

“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikasının Hökuməti və “ACWA Power Azerbaijan Renewable Energy” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında “Dəyişikliklər edilmiş və yenidən tərtib olunmuş İnvestisiya müqaviləsi”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Azərbaycan Respublikasının təmsil edilməsi ilə bağlı bəzi məsələlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BDU professorunun 85 illik yubileyi qeyd olunub

Sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Naftalanda akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunan aksiya keçirilib

Monteneqro Prezidenti: Azərbaycan bizim üçün dost ölkədir

Rusiyada əcnəbilər yalnız biometriya ilə sim-kart əldə edə biləcək

Naxçıvan Bеynəlxаlq Hаvа Limаnındа kompleks mülki müdafiə təlimi keçirilib

Böyük Britaniyada miqrantlar haqqında qanunun qəbulu qaçqınların İrlandiyaya axınına səbəb olub

Türkiyəyə qanunsuz yollarla daxil olan 38 nəfər saxlanılıb

Bakıdakı Rus evində Beynəlxalq Rəqs Günü qeyd edilib

Sabirabad rayonu ərazisində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq

Səbail rayonunda qızıl mağazasından oğurluq edən saxlanılıb VİDEO

AzPMA-nın rəhbəri: Gələcəkdə digər universitetlərdə də layihə menecmenti ixtisasının təsis olunması üçün danışıqlar aparırıq

Sosial şəbəkələrdə dələduzluq yolu ilə 19 nəfərin kartını talayıb öz hesabına köçürən şəxs saxlanılıb

Azərbaycan şahmat millisinin məşqçisi: Avropa çempionatında əldə edilən nəticələr ümidvericidir

Prokurorluq əməkdaşları 2 hektar ərazidə 1500-dən çox ağac əkiblər

Bakıdakı Rus evinin Ədəbiyyat klubu çərçivəsində “açıq marafon” keçirilib

Naxçıvanda “İqlim dəyişikliyinin əməyin mühafizəsinə təsiri” mövzusunda konfrans keçirilib

Alimlər: Pilləkənlərlə qalxmaq ömrü uzadır

Çempionlar Liqası: Pley-off mərhələsində ən çox qol vuran futbolçular açıqlanıb

Yasamalda oğurluq edən şəxslər təhlükəsizlik kameralarına düşüb VİDEO

Azərbaycanın idman gimnastı Avropa çempionatında tarixi medal qazanıb

“Azərkosmos”: Ölkəmizin əldə etdiyi təcrübə regional və qlobal kosmik tədbirlərə ev sahibliyi etməyə imkan verir

ABŞ-ın üç ştatı güclü tornadonun təsirinə məruz qalıb - FOTO

Sakit okeanda 6,9 bal gücündə zəlzələ olub

Azərbaycanın gənc taekvondoçuları da Prezident Kubokuna qatılacaqlar

Xətai rayonunda “Kəlağayı festivalı” keçirilib

“İsmayıllı etnomühitindəki azsaylı xalqların folkloru” kitabının təqdimatı olub

Bakıda “Big Band Workshop” adlı ustad dərsləri keçiriləcək

ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb VİDEO