DÜNYA
Yaponiyanın Toyokava şəhərindəki bankda girov götürülmüş şəxslər azad edilmişlər
Tokio, 23 noyabr (AZƏRTAC). Yaponiyanın Aiçi prefekturasının Toyokava şəhər bankında bıçaqla silahlanmış kişi tərəfindən girov götürülmüş şəxslər noyabrın 23-nə keçən gecə polis tərəfindən azad edilmişlər.
Kyodo News informasiya agentliyinin verdiyi xəbərə görə, hadisə nəticəsində yalnız 19 yaşlı qız yüngül xəsarət almış, digər girovlara heç bir ziyan dəyməmişdir.
Noyabrın 22-də 32 yaşlı Kogi Naqakubo desant bıçağı ilə silahlanaraq, Toyokava banklarından birində dörd nəfər bank işçisini və bir nəfər müştərini girov götürmüşdür. Polislə danışıqlar zamanı K.Naqakubo Baş nazir Yoşihiko Nodanın istefasını, mətbuatla görüş, həmçinin ərzaq ehtiyatı tələb etmişdir.
Yerli vaxtla gecə saat 2.45 dəqiqədə bankın binasına ikinci mərtəbədəki pəncərədən daxil olan polis əməkdaşları basqın edən şəxsi zərərsizləşdirmişlər. Polislər onu əlində bıçaq yatmış vəziyyətdə yaxalamışlar.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.04.2024 [19:20]
Avropa Komissiyasının diplomatı Gürcüstana səfərə gələcək
- 30.04.2024 [19:14]
Ermənistan prezidenti sərhədlərin delimitasiyası prosesini dəstəkləyib
- 30.04.2024 [19:04]
Asiya İnkişaf Bankının 57-ci illik toplantısı Tbilisidə keçiriləcək
- 30.04.2024 [18:54]
Londonda insanlara qılıncla hücum edilib: dörd yaralı, bir ölü
- 30.04.2024 [17:39]
Keniyada daşqınlar nəticəsində ölənlərin sayı 169-a çatıb
- 30.04.2024 [17:34]