DÜNYA
Yaponiyanın “Toyota” şirkəti avtomobillərin satışına görə üçüncü yeri tutub
![Yaponiyanın “Toyota” şirkəti avtomobillərin satışına görə üçüncü yeri tutub](/files/2018/1/1200x630/15173739381409518303_1200x630.jpg)
Tokio, 31 yanvar, AZƏRTAC
Yaponiyanın “Toyota” şirkətinin rəhbərliyi 2017-ci ildə bütün dünyada avtomobillərin satışı üzrə hesabatı dərc edib.
AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, şirkət müvafiq olaraq, birinci və ikinci yerləri tutan “Volkswagen” və “Renault” şirkətlərindən sonra üçüncü olub.
Şirkətin nümayəndələri bildiriblər ki, “Daihatsu” və “Hino” şirkətlərinin də daxil olduğu “Toyota” ötən il 10 milyon 300 min avtomobil satıb. Bu, 2016-cı ilin göstəricisini 2,1 faiz üstələyir.
Analitiklərin rəyinə görə, Yaponiya şirkəti rəqiblərindən fərqli olaraq Çində satışları fəallaşdıra biləməyib. 2017-ci ildə “Toyota” son beş ildə ilk dəfə bu ölkədə birinci yeri əldən verib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.06.2024 [15:33]
Yeni Daşkənd şəhərinin Baş planının detalları açıqlanıb
- 24.06.2024 [15:30]
Viktor Orban Avropa Komissiyasının Prezidentini dəyişdirməyə çağırıb
- 24.06.2024 [15:03]
Əfqanıstanın şərqində torpaq sürüşməsi yeddi nəfərin həyatına son qoyub
- 24.06.2024 [14:49]
Dünya Bankı Misirə 700 milyon dollar maliyyə yardımı ayıracaq
- 24.06.2024 [14:47]
Aİ-də bəzi Rusiya media resurslarına qarşı qadağalar sabah qüvvəyə minəcək
- 24.06.2024 [14:43]
Bild: Almaniyanın hakim koalisiyası dağıla bilər
- 24.06.2024 [14:23]
Ötən il Londonda silahlı cinayətlərin sayı artıb
- 24.06.2024 [14:22]
ABC nəşri: Fransızlar Makronu Romanı yandıran Neronla müqayisə edirlər
- 24.06.2024 [13:34]