MƏDƏNİYYƏT
“YARAT” Akademiyasının növbəti payız sessiyasına qeydiyyat davam edir
Bakı, 12 sentyabr, AZƏRTAC
“YARAT” Müasir İncəsənət Məkanının elan etdiyi “YARAT” Akademiyasının növbəti payız sessiyasına qeydiyyat davam edir.
AZƏRTAC xəbər verir ki, layihə üç ayı əhatə edəcək. Mövzusu “Qeyri-ənənəvi tarix” olan sessiyada iştirakçılar çoxşaxəli tədqiqat metodları və tematik araşdırma metodu ilə tanış olacaq, tanınmış beynəlxalq və yerli rəssamlar, tədqiqatçılar və professorlarla görüşəcək, habelə panel müzakirə və seminarlarda iştirak edəcək və kursun sonunda verilmiş tapşırığı yerinə yetirməklə əldə edilmiş bacarıqları praktiki sahədə tətbiq edəcəklər.
“YARAT” Akademiyasının bütün xarici mütəxəssis mühazirələri Azərbaycan dilinə sinxron və ya ardıcıl tərcümə olunur. İştirak etmək istəyənlər müraciət edə bilərlər.
Qeydiyyat üçün [email protected] ünvanına, məktubun “Mövzu” bölməsində “YARAT Akademiya” qeyd edilərək ad, soyad və əlaqə telefon nömrəsi də göndərilməlidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.04.2024 [17:32]
Xalq yazıçısı Anar İstanbul Kültür Universitetində tələbələrlə görüşüb
- 30.04.2024 [15:20]
Əməkdar artist Osman Hacıbəyovun 100 illiyi münasibətilə tədbir keçirilib
- 30.04.2024 [14:57]
“Tron 3” filminin nümayiş tarixi məlum olub
- 30.04.2024 [14:55]
Məhəmməd Füzuli yaradıcılığı Polşa ədəbiyyat portallarında
- 30.04.2024 [14:38]
Akademik Milli Dram Teatrı may repertuarını açıqlayıb
- 30.04.2024 [14:08]
Bakıda Türk Mədəniyyəti və İrsi Fondunun birinci Şura Toplantısı keçirilib
- 30.04.2024 [12:34]