MƏDƏNİYYƏT
“Yarımçıq qalmış” tamaşasının premyerası olub
Bakı, 6 aprel, AZƏRTAC
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Yarımçıq qalmış” adlı tamaşanın premyerası keçirilib.
Teatrdan AZƏRTAC-a bildirilib ki, aprel döyüşləri zamanı şəhid olmuş Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunu Samir Kaçayevin xatirəsinə həsr olunmuş səhnə əsəri Y.Abramov və L.Bəyimin “Xəyalpərvər oğlan” əsəri əsasında hazırlanıb.
Tamaşanın quruluşçu rejissoru, Xalq Artisti Vaqif Əsədov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, rejissoru Gülnar Hacıyeva, musiqi tərtibatçısı Ramiq Nəsirovdur.
Birhissəli psixoloji dramda əsas obrazları Əməkdar artistlər Elşən Rüstəmov, Rasim Cəfərov, aktyorlar Elnur Kərimov, Günel Məmmədova, Zemfira Əbdülsəmədova, Manaf Dadaşov, İlqarə Tosova, Elgün Yəhyayev, Anar Seyfullayev və başqaları ifa edib.
Tamaşa maraqla qarşılanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.04.2023 [18:14]
Teatr forumunun vaxtı dəyişdirilib
- 06.04.2023 [21:40]
“Azərbaycan sənədli kino salnaməsi” çərçivəsində növbəti tədbir
- 03.04.2023 [12:47]
Operasevərlər üçün “Bohema” növbəti dəfə
- 03.04.2023 [11:30]
“Jizel” baleti növbəti dəfə səhnədə
- 03.04.2023 [11:22]
Vladivostok teatrı doqquz gün Bakının qonağı olacaq
- 30.03.2023 [14:27]
Muğam Mərkəzinin səhnəsində premyera - “Meyvələrin söhbəti”
- 30.03.2023 [12:19]
Nicat Kazımovun 50 illik yubileyinə həsr olunan sənədli film təqdim olunub
- 29.03.2023 [17:49]