Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Yasamal Rayon Məhkəməsinin yeni inzibati binası istifadəyə verilmişdir
Azərbaycan Prezidenti İlham Əliyev açılış mərasimində iştirak etmişdir

Bakı, 13 noyabr (AZƏRTAC). Noyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yasamal Rayon Məhkəməsinin yeni inzibati binasının açılışında iştirak etmişdir.

Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi, yaradılmış şəraitlə tanış oldu.

Binanın foyesində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə məhkəmə-hüquq sisteminin inkişafına göstərdikləri diqqət və qayğını əks etdirən fotoguşələr yaradılmışdır.

Dövlətimizin başçısı Yasamal rayon, Gəncə şəhəri Nizami rayon, Gədəbəy rayon məhkəmələrinin köhnə və yeni binalarının, eləcə də Azərbaycan Hökumətinin Dünya Bankı ilə birgə maliyyələşdirdiyi və Ədliyyə Nazirliyinin həyata keçirdiyi “Ədliyyə sisteminin müasirləşdirilməsi” layihəsi çərçivəsində hazırlanmış müasir məhkəmə kompleksinin layihələrini əks etdirən stendlərə baxdı.

Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Prezident İlham Əliyevə məlumat verdi ki, 20-dən çox yeni məhkəmə binasının, həmçinin bir neçə məhkəmənin yerləşəcəyi məhkəmə komplekslərinin layihələri hazırlanmışdır. Ötən il Oğuz, bu il isə Bakı şəhər Yasamal, Gəncə şəhər Nizami, Gədəbəy rayon məhkəmələri üçün yeni binaların inşası başa çatdırılmışdır. Artıq tərkibində bir neçə məhkəmənin fəaliyyət göstərəcəyi Sabunçu və Şəki məhkəmə komplekslərinin, Quba Rayon Məhkəməsi üçün yeni binanın inşasına başlanılmışdır.

Dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, Ədliyyə Nazirliyi Avropa Şurası Ədalət Mühakiməsinin səmərəliliyi üzrə Avropa Komissiyası ilə sıx əməkdaşlıq edir. Ötən il qurumun plenar iclasında Azərbaycanda hakimliyə namizədlərin seçimi proseduru müsbət nümunə kimi qiymətləndirilmiş və bu təcrübə digər Avropa ölkələrinə tövsiyə edilmişdir. Sentyabrda Vyanada Avropa ədliyyə nazirlərinin 31-ci konfransında isə bütün Avropa dövlətlərinin məhkəmə sistemlərinin təhlili üzrə hazırlanan hesabatın təqdimatı keçirilmişdir. Hesabatda qeyd olunmuşdur ki, Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı məhkəmə-hüquq islahatlarının dərinləşməsi, məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi və infrastrukturunun yaxşılaşdırılması istiqamətində genişmiqyaslı layihələrin həyata keçirilməsi, xüsusilə məhkəmə binalarının layihələndirilməsi üçün vahid konsepsiyanın hazırlanması, müasir məhkəmə komplekslərinin inşası, məhkəmələrdə mütərəqqi informasiya texnologiyalarının tətbiqi üzrə sərmayələrin qoyulması ilə nəticələnmişdir.

Məlumat verildi ki, Yasamal Rayon Məhkəməsinin yeni binası da “Ədliyyə sisteminin müasirləşdirilməsi” layihəsi çərçivəsində, milli memarlıq üslubunda, müasir standartlar səviyyəsində tikilmişdir. Yeni binanın layihə işləri “MDM” MMC, inşaat işləri isə “Əfqan” firması tərəfindən həyata keçirilmişdir. Dördmərtəbəli binanın inşasına 2010-cu ilin martında başlanılmışdır. Müasir informasiya-kommunikasiya qurğularının quraşdırıldığı bina inzibati və ictimai zonalara bölünür və hər iki zonanın girişi ayrıdır. İnzibati zona hakimlər və məhkəmə işçiləri, ictimai zona isə vətəndaşlar üçün nəzərdə tutulmuşdur. Ədliyyə Nazirliyinin icra qrupu, dövlət ittihamçıları və vəkillər ictimai zonadan istifadə edəcəklər. Bununla da hakimlər və vətəndaşlar arasında qeyri-prosessual münasibətlər məhdudlaşdırılır və onlar yalnız məhkəmə iclas zallarında görüşürlər. Binada daimi fəaliyyət göstərən iki qurum - rayon məhkəməsi və icra şöbəsi yerləşir.

Diqqətə çatdırıldı ki, BMT-nin Əlillərin Hüquqları Haqqında Konvensiyasına uyğun olaraq, Yasamal Rayon Məhkəməsinin binasında əlillərin sərbəst hərəkəti üçün də şərait yaradılmışdır. Girişdə əlillərin daxil olmaları üçün qaldırıcı qurğu quraşdırılmış, gözdən əlil vətəndaşların isə sərbəst hərəkəti üçün birinci mərtəbənin döşəməsinə xüsusi örtük salınmışdır. İctimai zonada bütün otaqların adlarını əks etdirən lövhələrdə gözdən əlil insanlar üçün də xüsusi yazılar vardır.

Prezident İlham Əliyev 1 saylı məhkəmə zalı ilə tanış oldu. Burada əsasən cinayət, zəruri hallarda digər işlərə də baxılır. Binada ümumilikdə 12 zal vardır. Zallardan beşi cinayət, yeddisi isə mülki işlər üçün nəzərdə tutulmuşdur. Zalın qarşısında məhkəmə prosesinin iştirakçıları üçün hər cür şərait yaradılmışdır. Burada vəkillər, dövlət ittihamçıları, şahidlər və icra məmurları üçün otaqlar ayrılmışdır. İnformasiya texnologiyalarının tətbiqi baxımından ölkəmizdə bənzəri olmayan bu məhkəmə zalında proseslərin daha dəqiq və sürətlə protokollaşdırılmasına xidmət edən və audio-video yazılışları aparan “Femida” sistemi, video-konfransların, təqdimatların keçirilməsi, elektron sənəd dövriyyəsi və məhkəmə işlərinin idarəetmə sistemi üçün zəruri infrastruktur yaradılmış, habelə müasir tipli İP təhlükəsizlik kameraları istifadəyə verilmişdir. Təqsirləndirilən şəxslər zalda dəmir barmaqlıqlar arxasında deyil, beynəlxalq standartlara uyğun xüsusi ayrılmış şüşə otaqda saxlanılırlar. Burada onların vəkillə birbaşa əlaqə saxlamaları üçün müvafiq qurğu da vardır. Məhkəmə zalında əcnəbi şəxslərin iştirakı ilə işlərə baxılan zaman tərcümə xidmətlərinin göstərilməsi üçün xüsusi yer ayrılmış və avadanlıq quraşdırılmışdır. Zalda təqsirləndirilən şəxslərin və şahidlərin məhkəməyə gətirilmədən uzaq məsafədən dindirilməsi üçün konfrans avadanlığı vardır.

Zalla tanışlıq zamanı Bakı İstintaq Təcridxanası ilə canlı bağlantı quruldu.

Qeyd edildi ki, binada təhlükəsizliyin etibarlı təmini məqsədilə müasir tipli 60 İP təhlükəsizlik kamerası, metal aşkarlayıcısı elektron və çanta yoxlayan rentgen qurğuları, turniketlər quraşdırılmışdır.

Bildirildi ki, vətəndaşların müraciət imkanlarının asanlaşdırılması, məlumatlılığın təmin edilməsi və şəffaf xidmətlərin geniş tətbiqi məqsədilə binanın birinci mərtəbəsində ilk dəfə olaraq müasir elektron məlumat daşıyıcıları, o cümlədən məlumat məntəqəsi, məlumat köşkü, iki tavanda yerləşdirilmiş böyük ölçülü ekran və məhkəmə zalının girişində divarda asılmış xüsusi monitor vardır ki, bu da vətəndaşların məhkəmə prosesləri və onların keçiriləcəyi tarix, məhkəmə zalı, hakim və digər məsələlərlə bağlı informasiyanı maneəsiz əldə etmələrinə imkan yaradır. Bundan başqa, vətəndaşlara bank, tibb xidmətindən və çay otağından istifadə etmək üçün şərait yaradılmış, məhkəmə zallarına qalxmaq məqsədilə müasir lift və eskalatorlar quraşdırılmışdır. Məhkəmə binasında ana və uşaqlar üçün otaq da yaradılmışdır.

Prezident İlham Əliyev mülki məhkəmə zalı ilə də tanış oldu. Burada məhkəmə prosesinin yüksək səviyyədə aparılması üçün lazımi avadanlıq quraşdırılmışdır.

Binanın dördüncü mərtəbəsində ulu öndər Heydər Əliyevin barelyefi qoyulmuşdur.

Bu mərtəbədəki konfrans zalı ilə tanışlıq zamanı dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, müasir avadanlıqla təchiz edilmiş bu zalda hakimlərə və məhkəmə işçilərinə Ədliyyə Nazirliyinin iclaslarına, müşavirələrinə, toplantılarına, həmçinin Ali Məhkəmənin Plenumuna birbaşa qoşulmaq imkanı yaradılmışdır. Həmçinin, məhkəmə sədrinin otağında quraşdırılmış və ölkəmizdə ilk dəfə tətbiq edilən “Bloostar” adlı video-konfrans telefon sistemi vasitəsilə 6 qurum rəhbəri ilə eyni vaxtda video-müzakirələr aparmaq mümkündür.

Sonra Dünya Bankı ilə birgə həyata keçirilən layihə çərçivəsində respublikamızın üç bölgəsində yeni inşa olunmuş Gədəbəy, Oğuz, Gəncə şəhəri Nizami rayon məhkəmələri ilə videobağlantı yaradıldı və həmin məhkəmələrin hakimləri ilə canlı danışıqlar aparıldı.

Bildirildi ki, təqsirləndirilən şəxslər üçün binanın alt qatında hər cür şərait yaradılmışdır. Təqsirləndirilən şəxslər məhkəmə prosesinə ayrıca xüsusi təhlükəsizlik vasitələri ilə təchiz olunmuş liftlə gətirilir. Mühafizə otağı, arxiv, dəftərxana xidməti və icra şöbəsinin işi də müasir tələblər səviyyəsində qurulmuşdur.

Qeyd edildi ki, 300 minədək əhaliyə xidmət göstərən Yasamal Rayon Məhkəməsində ildə 13 minə yaxın mülki, cinayət, inzibati xəta və prosessual məcburiyyət tədbirləri barədə işlərə baxılır.

Yasamal Rayon Məhkəməsinin yeni binası ilə yaxından tanış olan Prezident İlham Əliyev kollektivə uğurlar arzuladı.

 

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hərbi Prokurorluqda qazilərlə görüş keçirilib

Rezidenturaya ikinci cəhd qəbul imtahanının nəticələri açıqlanıb: 436 nəfər müsabiqə şərtini ödəyib

Zəngilan Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumuna ev sahibliyi edir - YENİLƏNİB FOTO

Nüfuzlu “Əl Əhram” nəşrində Azərbaycan səfiri ilə müsahibə dərc edilib

Milli Məclisdə bələdiyyələrin statusu və onların fəaliyyətinə inzibati nəzarət haqqında qanunlarda dəyişikliklər müzakirə olunub

Rektor: Məzunlarımız ibadət ocaqlarında imam kimi fəaliyyət göstərirlər

DİM: Elana çıxarılan vəzifələr üzrə qeydiyyatdan keçmiş 2274 namizədlə 4254 müsahibənin keçirilməsi planlaşdırılır

Mərkəzi Bank Dünya Bankı ilə Ölkə Tərəfdaşlıq Çərçivəsini müzakirə edib

Baş nazirin müavini: Qazaxıstan Orta Dəhlizin inkişafına töhfə verir

® “Birbank Biznes”də Sahibkarlığın İnkişafı Fondunun kreditindən yararlanma imkanı

FHN dənli və texniki bitkilərin, meşələrin yanğın təhlükəsizliyini diqqətdə saxlayır

Berlində Azərbaycan Mədəniyyət Mərkəzində “Əlifba: A Cultural Alphabet” kitabının təqdimatı keçirilib

Aygün Əliyeva: Azad edilmiş ərazilərdə ilk dəfə Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu keçirilir

“Azərbaycanın milli parklarının tanıtımı” tədbirində mindən artıq ziyarətçi iştirak edib

Professor İradə Hüseynovanın “Tarix. Zaman. Düşüncələr” çoxcildliyinin V cildi çapdan çıxıb

Yeni Daşkənd şəhərinin Baş planının detalları açıqlanıb

Musiqili Teatr iyul repertuarını açıqlayıb

Lənkəranda mənzildə 68 yaşlı qadın meyiti tapılıb

Viktor Orban Avropa Komissiyasının Prezidentini dəyişdirməyə çağırıb

İcbari tibbi sığorta ilə 540 splenektomiya əməliyyatı icra olunub

“Təhsilalanların sosial media savadlılığının artırılması” layihəsi həyata keçirilib

Avro-2024: Kilian Mbappe Polşa ilə matçda oynaya bilər

Qida Təhlükəsizliyi Agentliyinin sədri Göyçayda vətəndaşları qəbul edib

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

Bu günədək 400 min hektardan artıq sahədə taxıl biçini aparılıb – operativ məlumat

Konstitusiya Məhkəməsinin Plenumu Milli Məclisin buraxılmasının Konstitusiyaya uyğunluğu barədə Prezidentin sorğusuna baxacaq

Azərbaycanı sevən Renato Formenti növbəti dəfə Ədəbiyyat Muzeyinin qonağı olub

“The Jerusalem Post”: Bakı Kommünikesi COP29 çərçivəsində kiçik ada dövlətləri ilə dialoqa çağırır

Zəngilanda “Azərbaycan QHT-ləri: nəticələr və hədəflər” adlı panel müzakirələrə başlanılıb

Əfqanıstanın şərqində torpaq sürüşməsi yeddi nəfərin həyatına son qoyub

“Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsinin qarşısının alınması məqsədilə Vergi Sazişi üzrə tədbirlərin həyata keçirilməsinə dair Çoxtərəfli Konvensiya”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Dövlət qulluqçuları təltif edilib - SƏRƏNCAM

Qara və əlvan metal qırıntı və tullantıları ixracının tənzimlənməsi sahəsində əlavə tədbirlər və “Qara və əlvan metal qırıntı və tullantıları ixracının müvəqqəti dayandırılması barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 17 aprel tarixli 457 nömrəli Fərmanının ləğv edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Dövlət qulluqçularının təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Dünya Bankı Misirə 700 milyon dollar maliyyə yardımı ayıracaq

Aİ-də bəzi Rusiya media resurslarına qarşı qadağalar sabah qüvvəyə minəcək

Bild: Almaniyanın hakim koalisiyası dağıla bilər

Tədqiqat: Qəhvə içmək hərəkətsizliklə bağlı ölüm riskini azalda bilər

Ötən il Londonda silahlı cinayətlərin sayı artıb

ABC nəşri: Fransızlar Makronu Romanı yandıran Neronla müqayisə edirlər

Əməliyyat zamanı həlak olan polis kapitanı torpağa tapşırılıb VİDEO

Yeni nəşr: “Böyük türkmanlar və türk dastan yaradıcılığı tarixinin Oğuznamə dövrü”

“Sabah” Xorvatiya millisinin sabiq futbolçusu ilə anlaşıb

Azərbaycanlı rəssam Başkortostanda etnik-bədii simpoziumda iştirak edəcək

Xankəndidə ECOLEAD layihəsinə dair anlaşma memorandumu imzalanıb

ANAMA: Ötən həftə ərzində 946 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib VİDEO

Azərbaycanın qlobal enerji təhlükəsizliyindəki rolunu təsdiq edən dövlətlərin sayı artmaqdadır - ŞƏRH

Tural Əliyev: Layihəsi ilə praktikada əməli uyğun gəlməyən QHT-lərə heç bir güzəşt olunmayacaq

Nazirlik: 835 nəfər xaricdə təhsil üçün Dövlət Proqramına müraciət edib

Baş prokuror: Qondarma “qurum”un separatçı rəhbərləri barəsində cinayət işləri məhkəməyə göndəriləcək

ABŞ-ın Ayova ştatından quşçuluq məhsullarının Azərbaycana idxalına məhdudiyyət qoyulub

“Sabah” klubu üç basketbolçu ilə müqaviləni yeniləyib

Qabiliyyət imtahanlarında iştirak edəcək konsertmeysterlərin nəzərinə

Çində təkrar istifadə oluna bilən raketin sınağı keçirilib VİDEO

Ali Məhkəmə yanında Elmi-məsləhət şurasının iclasında əsassız varlanma mövzusu ətrafında müzakirələr aparılıb

Ərəb mediası Qərbi Azərbaycan həqiqətlərindən yazıb

Sabah paytaxtın iki prospektində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq

“Nəqliyyat vasitəsinin təhlükəli yüklərin daşınmasına buraxılması haqqında şəhadətnamə”nin yeni formada verilməsinə başlanılıb

Sabah bəzi Bakı ətrafı ərazilərdə yağış yağacağı ehtimalı var

Prorektor Mahirə Hüseynova: Məqsədimiz Qərbi Azərbaycan həqiqətlərini dünyaya çatdırmaqdır

İqtisadi Zonaların İnkişafı Agentliyinin Peşə Təhsil Mərkəzində ilk “Məzun günü”

Üçüncü “Baku Piano Festival” çərçivəsində istedadlı uşaqların konsertləri olub

Azərbaycan idmançıları reytinq turnirində iştirak edəcəklər

“Divanü lüğat-it-türk”ün 950 illiyi münasibətilə beynəlxalq elmi konfrans keçiriləcək

Media nümayəndələri musiqi və incəsənət məktəblərinə şagirdlərin qəbul imtahanını izləyiblər

Avro-2024: Oyun vaxtı huşunu itirən futbolçunun son durumu açıqlanıb

“Nərd oyunu” kitabı yenidən nəşr edilib

Xidməti vəzifələrini yerinə yetirərkən həlak olan polis əməkdaşları ilə vida mərasimi keçirilib

FHN: Ötən sutka ərzində 41 halda yanğına çıxış olub, 7 nəfəri xilas edilib

Nazir müavini: Azərbaycanda əmək müqavilələrinin sayında ciddi artım müşahidə edilir

Dilçilik İnstitutunun alimləri Bişkekdə beynəlxalq konfransda məruzə ediblər

Kənd təsərrüfatı naziri Astara, Lənkəran və Lerikdə təsərrüfatlara baxış keçirib, fermerlərlə görüşüb

“SpaceX” daha 20 internet peykini orbitə çıxarıb

Biləsuvarda gündə 1200-1300 hektar taxıl sahəsində biçin aparılır - məhsuldarlıq yüksəkdir REPORTAJ

Qazaxıstan Dağıstanda törədilən terror aktlarının araşdırılmasında Rusiyaya yardım təklif edib

Sədr: Qarabağın bərpası və yenidən qurulmasında iştirak edən şirkətlərə kreditlər güzəştli şərtlərlə verilir

Azərbaycan Ordusunun yaradılmasının 106 illiyinə həsr edilmiş “Dövlətin dayağı, Xalqın qüruru” adlı tədbir keçirilib

Nazir müavini: Beynəlxalq Valyuta Fondu Azərbaycanı dünyanın 7 ən cəlbedici investisiya ölkəsindən biri elan edib

Özbəkistan karbon qazı emissiyasının azaldılması üçün DB-dan maliyyə vəsaiti alan ilk ölkədir

Mütəxəssis: Yay aylarında dərinin su balansını qorumaq üçün daha çox maye qəbulu tövsiyə olunur

Viktor Orban: Son beş il Aİ tarixində ən uğursuz dövrdür

ADPU-nun “SABAH” magistraturasını seçmək üçün 1334 nəfər müsahibələrdə iştirak edib

Polşada “Azərbaycan və Polşanın 100 illik münasibətləri” mövzusunda tədbir keçirilib

İqlim dəyişikliyinə diqqət hazırda ən önəmli və təcili çağırışlardan biridir

Futbol üzrə Azərbaycan I və II Liqalarının start tarixi bəlli olub

Çin ABŞ-ın sərmayə məhdudiyyəti planına etirazını bildirib

Azərbaycan yığması “Asiya uşaqları” VIII Beynəlxalq İdman Oyunlarında iştirak etmək üçün Rusiyanın Yakutsk şəhərinə gəlib

Premyer Liqada yeni mövsümün püşkatma mərasiminin vaxtı müəyyənləşib

Azərbaycan İlahiyyat İnstitutunda “Məzun günü” keçirilib

ANAMA-nın İdarə Heyətinin sədri: Ermənistanın verdiyi mina xəritələrinin yararlılıq səviyyəsi 25 faizi keçmir

Silahlı Qüvvələr Gününə həsr olunmuş ciu-citsu üzrə Açıq Bakı turniri keçirilib

Türkiyədə kriptovalyuta bazarına tələblər sərtləşdirilir

Azərbaycan klubunun avrokuboklardakı oyununun vaxtı dəyişdirilib

ADPU və Corc Vaşinqton Universiteti arasında niyyət bəyannaməsi imzalanıb

Aİ Rusiyaya qarşı 14-cü sanksiyalar paketini qəbul edib

Rəvan Həsənov: Xaricdən Azərbaycana gəlib təhsil almaq istəyən gənclərə maneələr yaradılır

Konfrans Liqası: “Sumqayıt”ın Macarıstan klubu ilə ev oyununun stadionu bəlli olub

Xaçmazlı gənc dənizdə boğulub

Cənubi Koreyada akkumulyator zavodunda baş verən yanğın nəticəsində 20 nəfər ölüb

Rumıniyada süd zavodunun 4 işçisi çənə düşərək ölüb