Y.B. Gelfqata “Əməkdar Elm Xadimi” fəxri adının verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında tibb elmi sahəsində əlaqələrin möhkəmləndirilməsində xidmətlərinə görə Yevgeni Borisoviç Gelfqata “Əməkdar Elm Xadimi” fəxri adı verilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 dekabr 2011-ci il.