ELM VƏ TƏHSİL
Yeni “Məktəbəqədər təhsil proqramı (kurikulum)” 1-6 yaş aralığındakı uşaqları əhatə edəcək
Bakı, 14 aprel, AZƏRTAC
Yeni “Məktəbəqədər təhsil proqramı (kurikulum)” 1-6 yaş aralığındakı uşaqları əhatə edəcək.
AZƏRTAC xəbər verir ki, bunu Təhsil Nazirliyinin feysbukda təşkil etdiyi “Təhsil masası” adlı həftəlik brifinqdə nazirliyin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu deyib.
O bildirib ki, 2012-ci ildə təsdiq edilən kurikulum 3-6 yaşı əhatə edirdi.
Xatırladaq ki, “Məktəbəqədər təhsil proqramı (kurikulum)”nın təsdiqi barədə təhsil naziri əmr imzalayıb. Əmrə əsasən, Təhsil Nazirliyi tərəfindən 1998-ci ildə təsdiq edilmiş “Məktəbəqədər müəssisələrdə tərbiyə və təlim proqramı” və Təhsil Nazirliyinin 2012-ci il 10 iyul tarixli 1329 nömrəli əmri ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında məktəbəqədər təhsil proqramı (kurikulumu) (3-6 yaş)” ləğv edilib. Azərbaycan Respublikasının Təhsil İnstitutu “Məktəbəqədər təhsil proqramı (kurikulum)”nın əsasında metodiki tövsiyələrin hazırlanmasını təmin edəcək.