DÜNYA
Yens Stoltenberq: NATO Bosniya və Herseqovina üçün yeni dəstək paketi qəbul edəcək
Sarayevo, 28 iyun, AZƏRTAC
NATO-nun Madrid sammitində tərəfdaş ölkələr tərəfindən Bosniya və Herseqovina, Moldova və Gürcüstan, eləcə də Mavritaniya və Tunis üçün yeni dəstək paketləri qəbul olunacaq.
AZƏRTAC xəbər verir ki, bu sözləri NATO-nun Baş katibi Yens Stoltenberq deyib.
Y.Stoltenberq sammitdə NATO müdafiəsində köklü dəyişikliyi nəzərdə tutan yeni strateji konsepsiyanın qəbul ediləcəyini bildirib.
“Yeni konsepsiya ilə biz strateji rəqabət dövrünə qədəm qoyacağıq. Şərqdəki döyüş qrupları briqada səviyyəsinə çatdırılacaq. NATO-nun əks-həmlə qüvvələrində transformasiya aparılacaq. Yeni konsepsiyaya görə, yüksək hazırlıq səviyyəsindəki qoşunlarda əsgər sayı 300 mindən çox olacaq”, - deyə Baş katib qeyd edib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Sarayevo
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.04.2024 [19:20]
Avropa Komissiyasının diplomatı Gürcüstana səfərə gələcək
- 30.04.2024 [19:14]
Ermənistan prezidenti sərhədlərin delimitasiyası prosesini dəstəkləyib
- 30.04.2024 [19:04]
Asiya İnkişaf Bankının 57-ci illik toplantısı Tbilisidə keçiriləcək
- 30.04.2024 [18:54]
Londonda insanlara qılıncla hücum edilib: dörd yaralı, bir ölü
- 30.04.2024 [17:39]
Keniyada daşqınlar nəticəsində ölənlərin sayı 169-a çatıb
- 30.04.2024 [17:34]