Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“YEYİNTİ MƏHSULLARI HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUNDA DƏYİŞİKLİKLƏR EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, №1, maddə 8; 2001-ci il, №12, maddə 736; 2003-cü il, №1, maddə 7; 2004-cü il, №1, maddə 6; 2007-ci il, №6, maddə 560) aşağıdakı dəyişikliklər edilsin:

1. 18-ci maddənin beşinci abzasında “istehsalı və istifadəsi üzrə dövlət və regional balansları” sözləri “istehsalını, istehlakını və dövriyyəsini özündə əks etdirən ərzaq balansı” sözləri ilə əvəz edilsin.

2. 20-ci maddədə:

2.1. birinci hissə aşağıdakı redaksiyada verilsin:

“Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı zəruri tədbirlərin hazırlanıb həyata keçirilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən hər il müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada ərzaq balansı tərtib olunur.”;

2.2. ikinci hissədən “müvafiq qaydada təsdiq edilmiş ərzaq balansları əsasında yalnız” sözləri çıxarılsın.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 dekabr 2008-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin