REGİONLAR
ZAQATALADA YAZLIQ ƏKİNİ DAVAM EDİR
Zaqatala Rayon İcra Hakimiyyətindən AZƏRTAC- ın müxbirinə bildirmişlər ki, rayonun təsərrüfatlarında yazlıq bitkilərin əkini mütəşəkkil davam edir.
İndiyədək təsərrüfatlarda 3560 hektar sahədə yazlıq bitkilər əkilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 597 hektar çoxdur. Fermerlər 1384 hektar sahədə kartof, 550 hektarda tərəvəz, 76 hektar sahədə dən üçün qarğıdalı əkmiş, 1556 hektar sahəyə çoxillik yonca səpmişlər. Hazırda təsərrüfatlarda sahələr tütün, bostan, günəbaxan və digər yazlıq bitkilərin əkini üçün hazırlanır.
Bundan əlavə, “Aqrolizinq” ASC- nın xətti ilə cari ilin ötən dövründə rayon fermerlərinə güzəştli qiymətlərlə 160 ton azot və 132 ton fosfor gübrələri də verilmişdir.
Rayonda yazlıqların əkini davam edır.