Azərbaycan Dövlət İnformasiya Agentliyi

Zəngəzur dəhlizi məsələsində ziddiyyətlərin mahiyyəti barədə, yaxud prosesi ləngidən nədir?

Bakı, 16 oktyabr, Pərvanə Qarayeva, AZƏRTAC

Vətən müharibəsi nəticəsi olaraq Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli Bəyanat iki dövlətin tarixində postmünaqişə dövrünə yol açdı. Sülh prosesinin başlıca istiqamətlərindən biri regionda nəqliyyat kommunikasiyalarının açılmasıdır və bu məsələ hələ də həllini tapmayıb. Laçın dəhlizi ilə bağlı heç vaxt ciddi ziddiyyətlər yaranmasa və Laçın rayon mərkəzi yaxınlığından keçən yeni yolun istismarı vaxtından əvvəl baş tutsa da (suriyalı və livanlı köçkünlərin itirdikləri “doğma vətənləri Berdzor”la bağlı Ermənistandaxili isteriya nəzərə alınmazsa), əslində, üçtərəfli Bəyanatın Naxçıvan Muxtar Respublikası ilə Azərbaycan Respublikasının qərb rayonları arasında nəqliyyat yollarının bərpasını nəzərdə tutan 9-cu maddəsi əvvəlki kimi bəzi mübahisələr yaradır və bu məsələ açıq qalır.

Aydındır ki, müharibədən dərhal sonra və nəqliyyat kommunikasiyalarının açılmasını nəzərdə tutan müddəaların praktiki icrası məqsədilə Azərbaycan Respublikasının, Ermənistan Respublikasının baş nazirləri və Rusiya Federasiyası hökuməti sədrinin müavininin həmsədrliyi ilə üçtərəfli İşçi qrupu yaradılıb. Yolların açılması mövzusu Azərbaycan və Ermənistanın dövlət başçıları arasında müxtəlif vasitəçilərin iştirakı ilə aparılan birbaşa danışıqlarda da əsas müzakirə mövzusudur. Qeyd etmək yerinə düşər ki, bütün bu görüşlər qapalı keçib və keçirilir, bu səbəbdən də ekspert cəmiyyəti danışıqların bilavasitə iştirakçılarının ictimaiyyətlə bölüşməyi lazım bildikləri yalnız həmin məhdudlaşdırılmış informasiya əsasında təhlil apara və model yarada bilirlər.

Bununla əlaqədar qeyd etmək vacibdir ki, danışıqlar prosesinin iki ilə yaxın dövrü ərzində Azərbaycan tərəfinin bağlı qapılar arxasından sızıb keçən məlumatı öz həcminə görə çox az olsa da, bir dəfə də olsun bir-birinə zidd olmayıb. Daha gec daxil olan məlumat ondan əvvəlki ilə ziddiyyət təşkil etməyib, onu təkzib etməyib. Bunu yadda saxlamaq çox mühümdür, çünki bunu anlamaq o faktı izah edir ki, niyə ekspert cəmiyyətlərində müzakirələr bağlı qapılar arxasında danışıqlar masasına başçılıq edən kontentlə heç də həmişə üst-üstə düşməyən müxtəlif istiqamətlərdə gedə bilirdi. Məhz bunun başa düşülməsi bir çox sualları kənarlaşdırır. Yadda saxlamaq lazımdır ki, ilk gündən bütün söhbətlər eyni və ardıcıl məcrada gedirdi və hər halda Azərbaycan tərəfinin əvvəlki mövqelərdən uzaqlaşma kimi heç bir niyyəti yox idi. Əvvəldən bizim bir məqsədimiz olub və biz əminliklə ona doğru gedirik.

Eyni zamanda, erməni tərəfi danışıqlarda özünün geri çəkilməsini və uğursuzluğunu gizlətməkdən ötrü tez-tez cəmiyyətə heç vaxt müzakirə predmeti olmayan mövzular təqdim edirdi. Sonra isə birdən-birə camaat qarşısında onları təkzib edir və hər şeyi elə şəkildə təqdim edir ki, guya o, hansısa “mövqe”ləri qorumağa müvəffəq olub, o mövqeləri ki, onlara heç toxunulmayıb da. Erməni tərəfi çoxdanışan idi, lakin bədbəxtlik də ondadır ki, o, danışıqlar masası arxasında dediklərindən danışmırdı. Həddən artıq məlumat çatışmazlığı şəraitində ekspert cəmiyyətinin danışıqların gedişi barədə heç də həmişə real mövzunu tamamilə əks etdirən təsəvvürü yaranmır və erməni tərəfi bundan istifadə edirdi.

Bunu anlamaq üçün biz sadə, lakin olduqca səciyyəvi misal çəkəcəyik. İki ilə yaxın müddət ərzində danışıqlarda iştirak edən Azərbaycan rəhbərliyi “eksterritoriallıq” sözünü dilə gətirmədi. Əgər Prezidentin, onun köməkçisinin, hökumət üzvlərinin və başqa rəsmi şəxslərin bütün çıxışları nəzərdən keçirilsə, bu sözü tapmaq mümkün deyil. Onların çıxışlarının heç birində Ermənistandan öz yolları üzərində onun suverenliyinin dərəcəsini azaltmaq kimi eyhamı gözlədiklərinə rast gəlmək mümkün deyil. Bakı belə tələbləri heç vaxt irəli sürməyib. Ermənistanın hakimiyyətpərəst mənbələri, bəzi hallarda şəxsən baş nazir Paşinyan da dəfələrlə bəyan ediblər ki, guya onların ölkəsi nəsə bir “eksterritoriallığı” nəzərdə tutan hansısa bədnam “dəhliz məntiqi”nə heç vaxt razı olmayacaq, eyni zamanda, bu əsasda danışıqlar, ümumiyyətlə, heç vaxt aparılmayıb. Onlar belə açıq bəyanatlarla o niyyətlə çıxış ediblər ki, sonradan cəmiyyətə suverenliyin qorunub saxlanmasını öz “qələbə”ləri kimi təqdim etsinlər və aşağıda xatırladacağımız ən əsas əngəldən diqqəti yayındırsınlar.

Erməni tərəfi ilk gündən “dəhliz” sözündən yapışıb və bu sözə özünün “erməni” anlamını əlavə edib. Erməni tərəfi təkcə öz cəmiyyətini deyil, həm də qeyri-erməni olmayan ekspertləri tamamilə yalan stereotipə yoluxdurub ki, guya dəhliz “keçid həyəti” və “suverenlikdən imtina” deməkdir. O, bu sözə öz fikrini əlavə etməklə, Laçın yolunda qüvvədə olan (hələ ki), məlum olduğu kimi, dəhliz adlandırılan rejimdən çıxış edirdi. İndi ona elə gəlir ki, əgər bu yolu “Laçın dəhlizi” adlandırırlarsa, o halda yerdə qalan bütün dəhlizlər məhz bu cür olmalıdır. Madam ki, üçtərəfli Bəyanatın 9-cu maddəsində, eyni zamanda, Laçın hissəsi üzrə adıçəkilən “dəhliz” sözü yoxdursa, deməli, rejimlər “müxtəlif” olmalıdır. Azərbaycan Prezidenti bu stereotipi ötən ilin dekabrında, NATO-nun mənzil-qərargahında mətbuat qarşısında çıxışı zamanı “Azadlıq Radiosu”nun müxbirinin sualına özünün yığcam cavabı ilə aradan qaldırdı, ilk dəfə o vaxt hər iki yolun necə adlandırılmasından asılı olmayaraq, bu yollarda rejimin şəffaflığı barədə bəyan etdi. Bununla belə, onu da yadda saxlamaq lazımdır ki, o vaxt Prezidentin dediyi kimi, bu iki imkandan hər biri, - istər gömrüklü, istər gömrüksüz olsun, - bizim ölkəni qane edir.

Beləliklə, Prezident bir ifadəsi ilə bütün dünyaya və bizə, ekspert ictimaiyyətinə başa saldı ki, heç bir “dəhliz məntiqi” mövcud deyil və bir halda “dəhliz” sözü varsa, digər halda yoxdursa, bu, prinsipcə əhəmiyyət kəsb etmir. Mahiyyət terminologiyada deyil, hər iki yolda/dəhlizdə rejimlərin identikliyini nəzərdə tutan məzmundadır. Əgər Prezident o vaxt bu suala aydınlıq gətirməsəydi, Paşinyanın komandası ehtimal ki, cəmiyyəti “dəhliz” və “eksterritoriallıq” terminləri ətrafında abstrakt mühakimələrlə axmaq yerinə qoymaqda davam edərdi.

Lakin o, bunu bu gün də etməyə çalışır, özü də tamamilə qeyri-səmimi. Çünki o, MDB məkanında beynəlxalq nəqliyyat dəhlizlərinin, o cümlədən TRASEKA marşrutunun, Şimal-Cənub dəhlizi və digərlərinin necə işlədiyini çox yaxşı bilir. Onların hamısı nəqliyyat dəhlizləridir. Lakin onların hansında hələ ki, Laçın yolunda olan rejim fəaliyyət göstərir? Ermənistan rəhbərliyinə çox yaxşı məlumdur ki, nəqliyyat dəhlizi - daşınmanın təşviqində xərcləri və daşınma müddətini azaltmaqdan ötrü razılaşdırılmış nəqliyyat, gömrük və digər siyasət aparan bir neçə ölkənin ərazisindən keçən kommunikasiya marşrutudur. Bununla yanaşı, bu ölkələrin suverenliyi məhdudlaşdırılmır və tapdalanmır. Təbii ki, MDB-yə üzv dövlətlərin ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin razılaşdırılmış inkişafı haqqında Sazişin, digər analoji çoxtərəfli və ikitərəfli sənədlərin iştirakçısı kimi Ermənistana da belə nəqliyyat dəhlizi anlamı yaxşı tanışdır. Cəmiyyətə bağlı qapılar arxasında müzakirə olunmayan mövzular ötürən, daha sonra daxili auditoriyasına özünün “qələbəsi” kimi aşkar məlumatlar satan Ermənistan rəhbərliyinin qeyri-səmimiliyinin əsas mətləbi də məhz bundadır.

Bədnam “eksterritoriallıq”la belədir. Üçtərəfli İşçi qrupu çərçivəsində dəfələrlə izah edilib ki, nəqliyyat dəhlizi eksterritoriallıq prinsipinin tətbiqini nəzərdə tutmur. Lakin Ermənistan rəhbərliyi ictimaiyyətə dəfələrlə bəyan edib ki, o, “buna qarşıdır”. Nəyə qarşıdır? Müzakirə olunmayan hansısa məsələyə? Məlumdur ki, Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonları arasında nəqliyyat yollarına nəzarəti RF Federal Təhlükəsizlik Xidmətinin (FTX) Sərhəd Xidməti orqanları icra edəcəklər. Həmin o RF FTX ki, hələ 1992-ci ildə müvafiq ikitərəfli sazişə əsasən analoji funksiyanı yerinə yetirməkdən ötrü Yerevana göndərilmişdi. Məgər o vaxt Ermənistanda kimsə suverenliyin tapdanması barədə danışıbmı? Hiddətlənibmi? Axı yox!

Paşinyanın komandası pafosla deyəndə ki, bərpa olunan və tikilən nəqliyyat infrastrukturu obyektləri bu yolların keçdiyi ərazilərə sahib ölkələrin tam suverenliyi altında fəaliyyət göstərməlidir, o zaman onlardan soruşmaq istəyirsən ki, “bəs danışıqlarda bu, şübhə altına alınmışdı?”.

Cəmiyyətə danışıqların mövzuları olmayan sualları atmaqla və bununla da ictimai müzakirələri yanlış istiqamətə yönəltməklə Ermənistan real, ehtimal ki, yeganə saxlanan ziddiyyəti - avtomobil yolu marşrutunu gizlədir. Azərbaycanın qərb rayonlarını Naxçıvan Muxtar Respublikası ilə optimal marşrutun Ermənistan tərəfindən təqdim edilməməsi bu gün danışıqlar prosesinin uzanmasının və əngəlin başlıca səbəbidir. “Dəhliz” və “eksterritoriallıq” terminlərindən öz xeyri üçün istifadə etməklə, Paşinyan komandası danışıqlar prosesini ləngidir, optimal marşrut təqdim etmir və faktiki olaraq, üçtərəfli Bəyanat üzrə öz öhdəliklərini yerinə yetirmir. Yerevanın barəsində elan etdiyi həmin üç keçid-nəzarət məntəqəsi qəbuledilməzdir. Xəritəyə baxsaq, onların Naxçıvandan nə qədər uzaqda olmasını görmək kifayət edər. Digər tərəfdən, üçtərəfli Bəyanata görə hərəkətin təhlükəsizliyinə nəzarəti RF FTX-nin Sərhəd Xidməti həyata keçirəcəyi halda, onları bütün ölkəyə səpələmək əvəzinə daha qısa, bir marşrutda cəmləmək məntiqə uyğun deyilmi?

Azərbaycan Prezidenti əzmkarlıqla xəbərdar edir ki, Ermənistan istəsə də, istəməsə də biz öz məqsədimizə nail olacaq və dəhliz açacağıq. O, cəmiyyətə və bütün dünyaya açıq-aşkar işarə göndərir: sərhədyanı Araz çayı boyunca Ağbənddən Ordubada ən qısa və daha optimal marşrut olacaq! Dəmir yolu əvvəllər də oradan keçirdi, SSRİ-nin möcudluğunun son illəri ərzində isə ümummilli lider Heydər Əliyevin səyləri sayəsində avtomobil yolu da çəkilib, həmin yol ki, Paşinyan bu gün onu bərpa etməyə müqavimət göstərir. Lakin o, başa düşməlidir ki, prosesin uzanması yaxşı heç nə vəd etmir. Yol olacaq! Onu isə Ermənistan çəkməli olacaq, eynilə Azərbaycan Laçın rayonu ərazisində öz vəsaiti hesabına yeni yol çəkdiyi kimi. Vaxt ilə gedir və Ermənistanın xeyrinə işləmir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

52-ci Berlin Marafonunda 162 ölkədən 50 mindən çox iştirakçı yarışıb

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb

Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir

Burhanettin Duran: Qarabağ uğrunda mübarizə yaxın tariximizdə Vətən sevgisinin ən güclü nümunələrindən biri oldu

Bolqarıstanda prezident seçkiləri üçün rəsmi kampaniya başlayıb

Şəhid bacısı: Qardaşım Vətən uğrunda son damla qanına qədər döyüşdü

Rumıniyada yeni hökumətin formalaşdırılması həlledici mərhələyə daxil olub

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Çinin “panda siyasəti": ABŞ-yə 2 panda göndərilib

Vətən uğrunda son nəfəsədək döyüşən Ramil Hüseynov

Abşeron rayonunda şəhidlərin xatirəsinə həsr olunmuş tədbir keçirilib

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir VİDEO

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir VİDEO

Badri Naçkebiya: Azərbaycanın tarixi qələbəsi region üçün müstəsna əhəmiyyət kəsb edən böyük zəfərdir

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Anım Günü: Gənclərin milli yaddaş və dövlətçilik qarşısında məsuliyyəti

Füzulidə Anım Gününə həsr olunan sərgi açılıb

Şəhidlərin xatirəsi Brüsseldə anılıb

Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin rəhbərləri Zəfər parkını ziyarət ediblər

Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb