“GÜNƏŞLİ” YATAĞINDA 18-Cİ İSTİSMAR QUYUSUNUN QAZILMASI BAŞA ÇATMIŞDIR

10.03.2003 [18:10]
ARDNŞ-dən AzərTAc-ın müxbirinə bildirmişlər ki, “Günəşli” yatağında 18-ci istismar quyusunun qazılması başa çatmışdır. Dərinliyi 3750 metr olan quyu 8 nömrəli stasionar platformadan qazılmışdır. ...

AĞCABƏDİDƏ YARDIMÇI STANSİYA GƏRGİNLİK XƏTLƏRİNƏ QOŞULMUŞDUR

10.03.2003 [18:05]
Məlum olduğu kimi, ötən ay “Azərenerji”nin və Almaniyanın “Siemens” firmasının mütəxəssisləri Ağcabədi rayonunda yeni tikilmiş yardımçı stansiyada son sazlama işləri aparmışlar. ...

SUMQAYIT TELEKOMMUNİKASİYA QOVŞAĞININ ELEKTRONLAŞDIRILMASI 2006-CI İLƏDƏK BAŞA ÇATDIRILACAQDIR

10.03.2003 [17:50]
Rabitə Nazirliyinin mütəxəssisləri Sumqayıt şəhərindəki S-12 tipli elektron avtomat telefon stansiyasını genişləndirərək nömrə tutumunu 512-dən 3072-yə çatdırmışlar. ...

PENSİYALARIN KARTLARLA VERİLMƏSİ MƏBLƏĞƏ TƏSİR ETMƏYƏCƏKDİR

10.03.2003 [17:35]
Azərbaycan Beynəlxalq Bankı və Sosial Müdafiə Fondu arasında Bakı və Sumqayıtda yaşayan pensiyaçılara sosial müavinətlərin və pensiyaların kartlarla verilməsi barədə danışıqlar gedir. ...

3-CÜ FAZANIN İŞLƏNİLMƏSİNƏ GƏLƏN İL SANKSİYA VERİLƏCƏKDİR

10.03.2003 [17:25]
“Azəri-Çıraq-Günəşli” yataqlarının 3-cü fazasının işlənilməsinə gələn il sanksiya verilməsi nəzərdə tutulmuşdur. Bu barədə AzərTAc-ın müxbirinə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətindən məlumat verərək bildirmişlər ki, ...

“GÜNƏŞLİ”DƏ 18-Cİ İSTİSMAR QUYUSUNUN QAZILMASI BAŞA ÇATDIRILMIŞDIR

10.03.2003 [17:10]
ARDNŞ tərəfindən işlənən “Günəşli” yatağında yeni 18-ci istismar quyusunun qazılması başa çatmışdır. Şirkətin bu barədə məlumatında deyilir ki, dərinliyi 3750 metr, gündəlik hasilatı 400 ton olan quyu 8 nömrəli səyyar ...

“MKT” FİRMASI PAMBIQÇILARLA MÜQAVİLƏ BAĞLAMAĞA BAŞLAMIŞDIR

10.03.2003 [17:05]
“MKT” istehsalat-kommersiya firması cari təsərrüfat ili üçün 13 minə yaxın pambıqçı fermerlə müqavilə bağlamışdır. Firma bu il 14 rayonun pambıqçıları ilə əlbir işləmək fikrindədir.Ötən il müəssisənin tabeliyindəki zavodlar emal üçün ...

QƏRB İXRAC BORU KƏMƏRİNDƏ NEFT SIZMASININ NƏTİCƏLƏRİ ARADAN QALDIRILMIŞDIR

10.03.2003 [17:00]
Qərb İxrac Boru Kəmərinin Gürcüstan ərazisindən keçən 131-ci kilometrliyində neft sızmasının qarşısı alınmış, ətrafa dağılmış 18 kubmetr xam neft yığılaraq nasos vasitəsilə yenidən kəmərə vurulmuşdur. ...

AZƏRBAYCANIN YUK MAŞINLARI MAXAÇQALADA TOFOQRAF CİHAZI ALA BİLƏRLƏR

10.03.2003 [16:00]
Azərbaycanda dövlət qeydiyyatında olan yük maşınlarının Rusiya ərazisinə keçməsində yaranan problemlərin əsas səbəblərindən biri tofoqraf cihazlarının olmaması idi. ...

İKİ AYDA NƏ QƏDƏR NEFT VƏ NEFT MƏHSULLARI SATILMIŞDIR?

10.03.2003 [15:00]
Bu sualı Azərbaycan Dövlət Neft Şirkətinin mətbuat xidmətindən cavablandıraraq bildirmişlər ki, ilin ilk iki ayı ərzində Avropa bazarlarında 413 min 397 ton xam neft və 127 min 981 ton neft məhsulları satılmışdır. ...

QAZ HASİLATINA DAİR İKİ AYLIQ TAPŞIRIQ ARTIQLAMASI İLƏ ÖDƏNİLMİŞDİR

10.03.2003 [14:00]
Azərbaycan Dövlət Neft Şirkətinin qurudakı və dənizdəki mədənlərində ilin ilk iki ayında 676,9 milyon kubmetr qaz hasil etmiş və onun 586,8 milyon kubmetri dövlətə təhvil verilmişdir. ...

KREDİT VƏ ONUN İDARƏ OLUNMASI İMİŞLİDƏ BİZNES TƏLİMİ KEÇİRİLMİŞDİR

10.03.2003 [12:00]
Qərargahı Sabirabadda yerləşən Regional Əl İşləri Assosiasiyası İmişlidə “Kredit və onun idarə olunması” mövzusunda biznes təlimi keçirmişdir. Eyni proqramın Sabirabad, Biləsuvar, Beyləqan, Saatlı və Füzuli rayonlarında ...

ƏRAZİ KƏND TƏSƏRRÜFATI İDARƏSİ UZUNMÜDDƏTLİ PROQRAMLA FƏALİYYƏT GÖSTƏRİR

10.03.2003 [10:00]
Aqrar islahatların gedişi zamanı idarəetmə strukturlarında da dəyişikliklər həyata keçirilmiş, yeni qurumlar yaradılmışdır. Belə qurumlardan biri ərazi kənd təsərrüfatı idarələridir. ...

NORVEÇİN STATOYL ŞİRKƏTİ “ŞAHDƏNİZ” LAYİHƏSİNİN İKİNCİ OPERATORUDUR

06.03.2003 [17:15]
Norveçin “Statoyl” şirkəti “Şahdəniz” layihəsində 25,5 faiz paya malikdir. “Statoyl” yeni yaradılmış Cənubi Qafqaz Boru Kəməri Şirkətində biznesin inkişafına və inzibati işlərə cavabdeh olmaqla yanaşı, həm də Azərbaycan Qaz Təchizatı Şirkətinin operatorudur. ...

“AZƏRENERJİ” FEVRALDA 1,9 MİLYARD KİLOVAT-SAATDAN ÇOX ELEKTRİK ENERJİSİ İSTEHSAL ETMİŞDİR

06.03.2003 [17:05]
“Azərenerji” ASC bu ilin fevralında 1,9 milyard kilovat-saatdan çox elektrik enerjisi istehsal etmişdir. Cəmiyyətin mətbuat xidmətindən AzərTAc-ın müxbirinə bildirmişlər ki, hasilatın 1 milyard 652 milyon kilovat-saatı ...

İKİ AYDA NƏ QƏDƏR “MAVİ YANACAQ” SƏRF OLUNMUŞDUR

06.03.2003 [16:00]
Azərbaycan Dövlət Neft Şirkəti cari ilin yanvar-fevral aylarında ölkənin enerji istehsalçılarını və əhalini kifayət qədər qazla təmin edə bilmişdir. Şirkətdən AzərTAc-a daxil olan məlumata görə, tələbatı ödəmək üçün Rusiyanın “İtera” ...

FERMERLƏRƏ KREDİTLƏR VERİLİR

06.03.2003 [14:00]
Aqrar Kredit Fondu məhdud məsuliyyətli kredit təşkilatının Ağstafa şəhərində nümayəndəliyi açılmışdır. Rayon icra hakimiyyətindən aldığımız məlumatda bildirilir ki, nümayəndəlik qısa müddətdə 70-ə yaxın fermerə kənd ...

SOSİAL PROBLEMLƏRİN HƏLLİNƏ DİQQƏT YETİRİLİR

06.03.2003 [13:00]
Bərdə rayonunun Kətəlparaq bələdiyyəsi enerji təminatını yaxşılaşdırmaq məqsədi ilə kənddə bir ədəd yeni elektrik transformatoru quraşdırmış, üç transformatoru isə təmir etmişdir. ...

“XƏZƏR NEFT-QAZ” BEYNƏLXALQ SƏRGİ-KONFRANSININ 10 İLLİYİ QEYD OLUNACAQDIR

06.03.2003 [11:00]
Bu il iyunun 3-dən 6-dək Bakıda “Xəzər neft-qaz” Beynəlxalq sərgi- konfransının 10 illiyi təntənə ilə qeyd olunacaqdır. Böyük Britaniyanın “Spirhed Eksibişnz Ltd” şirkətinin və Azərbaycan Sənaye və Ticarət Palatasının təşəbbüsü ...